Icma.az
close
up
RU
SOMDA əməkdaşları peşə bayramlarını qeyd ediblər FOTOLAR

SOMDA əməkdaşları peşə bayramlarını qeyd ediblər FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

16 mart - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günüdür.

"Unikal" xəbər verir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı ilə əlaqədar Agentliyin rəisi general-mayor İlqar Abbasov və şəxsi heyəti  Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilərək məzarları üstünə güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı münasibətilə tədbir daha sonra Agentliyinin akt zalında davam etdirilib.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2025-ci il tarixli Sərəncamı ilə Agentliyin 12 nəfər hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə dövlət təltifləri ilə mükafatlandırılıb. Agentlik rəisinin müvafiq əmrləri ilə isə bir qrup  hərbi qulluqçular müxtəlif medallar və digər mükafatlar ilə təltif edilib.

Qeyd edək ki, beynəlxalq terrorizmin və sui – qəsdlərin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi və terrorçuluğa qarşı mübarizə, yüksək peşəkarlığa malik kadrların hazırlanması Agentliyin qarşısında duran əsas vəzifələrdəndir. Situasiya  mərkəzinin yaradılması, pilotsuz uçuş aparatlarından və 14 km məsafəni müşahidə edən termal və optik spektr şəbəkə kamerası kimi texnikanın yeni nailiyyətlərindən istifadə olunması mühafizə fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsi üçün yaradılmış təminatlardandır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Mart 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri