Icma.az
close
up
RU
“Son 15 20 ildə heç vaxt belə yanaşma olmamışdı”

“Son 15 20 ildə heç vaxt belə yanaşma olmamışdı”

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”

Xəbər verdiyimiz kimi, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Regional Futbol Federasiyalarının (RFF) rəhbərləri ilə geniştərkibli görüş keçirib. Görüşdə Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, eləcə də quruma üzv olan digər regional federasiyaların nümayəndələri iştirak ediblər.

Toplantı zamanı ölkə futbolunun regionlarda mövcud problemləri və onların aradan qaldırılması yolları müzakirə edilib. Xüsusilə futbol infrastrukturunun təkmilləşdirilməsi, uşaq və yeniyetmə futbolunun sistemli şəkildə inkişafı, eləcə də yerli məşqçi kadrlarının hazırlanması əsas prioritet istiqamətlər kimi önə çəkilib.
Bununla yanaşı, federasiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi və regionlara göstərilən dəstəyin genişləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb. Bu istiqamətdə atılacaq məqsədyönlü addımların ölkə futbolunun inkişafına və regionlarda daha geniş yayılmasına töhfə verəcəyi vurğulanıb.

Görüşdə iştirak edənlərdən biri də Bakı Futbol Federasiyasının (BFF) prezidenti Tahir Süleymanov da olub. O, görüş barədə QOL.az saytına geniş açıqlama verib:

“AFFA-nın region federasiyaları rəhbərləri ilə rəsmi görüşünün təşkili təqdirəlayiqdir. Təsəvvür edin, son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı. Baş katib Cahangir Fərəcullayevin timsalında AFFA rəhbərliyi səviyyəsində regionlara olan münasibəti çox müsbət dəyərləndirirəm.

Azərbaycan futbolunun inkişafının əsas istqamətlərindən biri, AFFA Nizamnaməsinə uyğun strukturun, hüquqi bazasının formalaşdırılmasıdır. Keçmişin dağıdıcı mirasından yaxa qurtarılmalıdır. Hüquqi futbol  strukturuna, qanunlara söykənərək idarəçilik sistemi yenidən bərpa edilməli, proses inkişafı təmin edəcək işlək mexanizmə çevrilməlidir. 

Bu yanaşma illərdi axsayıb, məqsədli şəkildə region federasiyaları kənarda saxlanılıb. “Bölgələrdə futbol inkişaf etməlidir” deyəndə, əsas amillərdən biri, hüquqi statusa malik region federasiyalarının prosesə cəlb edilməsidir. Necə ki, BFF olaraq, biz Futbolun İnkişaf Strategiyasının hazırlanmasında öz təkliflərimizi verdik, əməli iştirakımız oldu. Bunun nəticəsi olaraq regionlarda 8 futbol mərkəzi-akademiyalarının yaradılması layihəmiz dəyərləndirildi və qəbul edildi. Bu iş böyük həcm, maliyyə resursları tələb edir və artıq AFFA nümayəndələri bölgələrdə infrastrukturla bağlı manitorinqlər keçirir, mövcud durum araşdırılır, futbol mərkəzlərinin yaradılması üçün yerlər müəyyən edilir, yerli və dövlət orqanları ilə məsləhətləşmələr aparılır”.

Tahir Süleymanov

Tahir Süleymanov görüşün konstruktiv keçdiyini deyir: “Görüşdə infrastruktur, uşaq-gənclər futbolunda olan problemlər geniş müzakirə olundu. Futbolçuların yetişməsi, müxtəlif yarışların müasir tələblərə uyğun keçirilməsi üçün  güclü məşqçi, hakim, idarəçi futbol kadrlarının, sahələr üzrə mütəxəssis potensialının olmasıdır. İnfrastrukturla yanaşı kadrların hazırlığı, innovativ yanaşma, tədris, təbliğat, media və ictimaiyyətlə əlaqələr, inteqrasiya prioritet istiqamət olaraq göstərildi. 

Bu yöndə AFFA ilə birgə ilk addımları atırıq. Artıq BFF olaraq federasiyanın müvafiq departament və şöbələri ilə D məşqçi kurslarının ikinci mərhələsini bitirmişik. AFFA Hakimlər Departamenti ilə yeni layihə hazırlanır, görüşlərimiz keçirilir və yaxın zamanda gənc hakimlərin futbola cəlb edilməsi, hazırlığı mərhələsinə start veriləcək. Nəinki keyfiyyət, bu sahədə kütləvi yarışların təşkili üçün hakim sayı çatışmır. 

Eyni zamanda "Sabahın ulduzları" layihəsinin yenidən, daha üst səviyyədə təşkili işləri davam edir. İnanıram ki, yaxın illərdə yeni-yeni elvinlər, bəhlullar, mahirlər, musalar, muradlar ölkə futboluna bəxş ediləcək. Azərbaycanda istedadlar yetərincədir, sadəcə onları sistemli şəkildə böyük futbola gətirib çatdırmaq lazımdır. Bu işlərdə peşəkar klubların prosesə cəlb edilməsi böyük əhəmiyyət daşıyır.

Uşaq-gənclər futbolunda məşqçilərin hazırlığı prosesinə ciddi önəm verilməlidir. Bölgələrdə bu sarıdan böyük çatışmazlıqlar var, uşaq məşqçiləri olmaq istəyənlərin tədrisinə xüsusi diqqət ayrılmalıdır. Məşqçi və hakimlərin hazırlığı yönündə sahələr üzrə təlimatçı qıtlığı yaşanır. İllər boşa verilib! Bunları aradan qaldırmaq üçün çox ciddi təşkilatı, strateji addımlar atılmalı, yeni layihələr hazırlanaraq həyata keçirilməlidir. Təbii, bu işlərin görülməsi üçün maddi-texniki bazanın yaradılması mütləqdir! 

De-yure hüquqi səlahiyyətlərə sahib region federasiyaları, bu illərə kimi de-fakto və bilərəkdən kənarda saxlanılmışdı. Hər bölgəyə aid Premyer Liqa, l, ll, region liqaları klubları var, onların region federasiyaları ilə əlaqələri hüquqi aspektdə möhkəmləndirilməli,  sıx əməkdaşlıq telləri yaradılmalıdır. Necə ki, FİFA, UEFA-nın klublarla əlaqələri AFFA vasitəsi ilə tənzimlənir. Bu da vahid futbol idarəçiliyi sistemini, işlək mexanizmi təmin edir. 

AFFA - federasiyaları özündə birləşdirən assosiasiyadır. İllər sonra AFFA tərəfindən qanuna söykənən təşəbbüs göstərilib. Region rəhbərləri də bu missiyanın vacibliyinin fərqinə varmalı,  assosiasiyanın yeni rəhbərliyinin Nizamnamə tələblərinə uyğun çağırışına səs verməli, işlərə məsuliyyətlə yanaşmalı, təşəbbüskarlıq göstərilməli, Azərbaycan futbolunun gələcəyi naminə qarşılıqlı işbirliyi yaradılmalıdır”.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Mart 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see314

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see253

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see244

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see232

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see232

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see223

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see222

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see215

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see215

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see214

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see212

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see210

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see201

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see201

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see198

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see188

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see187

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see186

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri