Son 3 ildə nə qədər rus hərbçisi həlak olub? Dəqiq rəqəm açıqlandı AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynaya qarşı təxminən üç il davam edən müharibədə Rusiya ən azı 6083 elit hərbçisini itirib.
“AzPolitika” xəbər verir ki, bu barədə “BBC” nəşrinin araşdırmasında bildirilir.
Qeyd olunur ki, bu hərbçilərin yetişdirilməsi üçün illərlə zaman və milyonlarla vəsait lazımdır.
Bildirilir ki, aparılan hesablamalar yalnız Rusiyanın hava-desant qüvvələrini, dəniz piyadalarının, Müdafiə Nazirliyinin və Rusiya Milli Qvardiyasının xüsusi təyinatlılarının bölmələrini, eləcə də hərbi pilotları əhatə edir.
Nəşr açıq məlumatlara əsaslanaraq, Ukraynada indiyədək öldürülən 88055 rus əsgərinin adını müəyyənləşdiriblər. Məlumata görə, Rusiya elit qüvvələrini müharibənin əvvəlində itirib. Qeyd edilib ki, 2022-ci il sentyabrın 1-dək 900 elit rus hərbçisi müharibədə həlak olub. 2025-ci ilin əvvəlinə isə bu rəqəm demək olar ki, yeddi dəfə artaraq 6 min nəfəri keçib.
“BBC” Jurnalistlərİ qeyd ediblər ki, Rusiya hərbçilərinin və elit bölmələrinin cəbhə xəttində rolu mühüm olaraq qalır, çünki onlar cəbhənin ən vacib və çətin bölgələrində dəqiq əməliyyatlar aparırlar.
“AzPolitika.info”
Baxış sayı:133
Bu xəbər 10 Yanvar 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















