Son 48 saatda 200 dən çox zəlzələ Türkiyəni hansı təhlükə gözləyir? Seysmoloqdan AÇIQLAMA
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, son 48 saat ərzində Egey dənizində 200-dən çox zəlzələ baş verib. Yeraltı təkanlardan sonra körpələr evi, ibtidai və orta məktəblərdə dərslər dayandırılıb.
Baş verən ardıcıl zəlzələlər bir sıra narahatlıqlar yaradıb. Bu zəlzələlər böyük fəsadlar yarada bilərmi və ya bu zəlzələrin Türkiyəyə də təsir etməsi mümkündürmü?
Məsələ ilə bağlı News24.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq alim Ənvər Əliyev bu ərazinin ən seymsik zonalardan biri olduğunu deyib.
Ənvər Əliyev
Onun sözlərinə görə, indi bu ərazilərdə zəlzələrin belə aktiv olması təbii haldır, yeni heç nə yoxdur və buna da onarın öncədən hazırlıqlı olmaları lazım idi.
"Praktikaya əsasən, belə xırda zəlzələlərin olması bəzən yerin enerjisini çıxartmaqla güclü zəlzələrin baş verməsinə mane olurlar və yaxud da qarşısını alırlar.
2 il öncə Türkiyədə baş verən dəhşətli zəlzələnin bütün göstəriciləri ilə İstanbulda baş verməsi gözlənilirdi. Mən də qorxu içində yaşayırdım ki, orta maqnitudalı belə zəlzələ olsa, çoxlu fəsad törədə bilər.
Ancaq zəlzələ ilə bağlı öncədən nəsə demək mümkün deyil. Ümidvaram ki, bu, Türkiyə ərazisindən ötüşər", - deyə o qeyd edib.
Günel Məlikzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 03 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















