Icma.az
close
up
RU
Zəlzələ insan itkisinə səbəb olur, amma... Seysmoloqdan AÇIQLAMA

Zəlzələ insan itkisinə səbəb olur, amma... Seysmoloqdan AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Zəlzələ heç kimlə məsləhətləşmir, onu heç kəs əvvəlcədən bilmir. Zəlzələ təbiətin özündə baş verən bir prosesdir və istənilən vaxt qapımızı döyə bilər".
Bunu Demokrat.az-a açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.
O, bildirib ki, günəşdə və ya ayda baş verən aktivliklərin zəlzələlərin artımına səbəb ola biləcəyi haqqında nəzəriyyələr var:
"İyul ayında günəşdə çox güclü aktivlik müşahidə olundu, hətta bir neçə ay ərzində olduqca şiddətli günlər keçirdik. Bir müddət əvvəl dördüncü dərəcəli günəş partlayışları qeydə alındı. Ola bilər ki, bu hadisələrin zəlzələlərlə əlaqələndirilməsi müəyyən mənada doğrudur, amma nəzəriyyələrin hamısı etibarlı deyil".
Ekspert bildirib ki, bəzən belə ehtimallar özünü doğruldur:
"Günəşin aktivliyi təsir göstərə bilər, lakin əsas məsələ yerin daxilindəki təbəqələrin hərəkəti və onların bir-birini sıxmasıdır. Bu gərginlik nəticəsində yaranan enerji zəlzələ kimi üzə çıxır.
Düzünü desək, Asiya regionu nisbətən daha aktiv seysmik zonalardan biridir. Amerikada və digər yerlərdə də bu hallar müşahidə olunur, lakin burada vəziyyət bir qədər fərqlidir".
Onun sözlərinə görə, əvvəldən dəqiq proqnoz vermək mümkün deyil:
"Amma əsas olan budur ki, biz həmişə hazırlıqlı olaq. Xüsusən də Bakı kimi sıx məskunlaşmış və plansız tikililərin çox olduğu bir şəhərdə bu, həyati əhəmiyyət daşıyır. İnsanlar sıx şəkildə yaşayır və buna görə də diqqətli olmaq vacibdir. Zəlzələ insan itkisinə səbəb olur, amma bu itkilərin böyük hissəsi məsuliyyətsiz tikinti işlərinin nəticəsidir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri