Icma.az
close
up
RU
Azərbaycanda güclü zəlzələ təhlükəsi var? Seysmoloqdan VACİB AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? Seysmoloqdan VACİB AÇIQLAMA

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bu gün Azərbaycanda zəlzələ baş verib. Yeraltı təkanlar Oğuz, Ağdaş, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Şirvan, Şəki, Xankəndi və başqa ərazilərdə də hiss edilib.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində 5 baldan yuxarı yeraltı təkanların baş verdiyini açıqlayıb. Maraqlıdır, Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir?

“Yeni Sabah” xəbər verir ki, yer elmləri üzrə elmlər doktoru, professor, seysmoloq Qulam Babayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan yüksək seysmik aktivliyə malik ölkələr sırasındadır: Marqarita pizza

“Belə ki, Azərbaycan Avrasiya və Ərəbistan tektonik plitələrinin qarşılıqlı təsir zonasında yerləşdiyi üçün burada davamlı olaraq hiss olunan zəlzələlər baş verir. Dağıdıcı və fəlakətli zəlzələlərin baş verməsi istisna hallardır, lakin hiss olunan zəlzələlər mütəmadi olaraq qeydə alınır. 

Xüsusilə Böyük Qafqazın cənub yamacı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala bölgələri, Talış dağları və Xəzər dənizinin Azərbaycan sektoru daha yüksək seysmik təhlükə ilə səciyyələnir.

Qəbələ rayonunda 3-5 maqnitudalı hiss olunan zəlzələlər baş verir. Hazırda qeydə alınan zəif və ya orta güclü zəlzələnin yaxın zamanda daha böyük zəlzələyə səbəb olacağını isə dəqiq demək mümkün deyil. Müasir elm hələlik zəlzələlərin dəqiq vaxtını və yerini əvvəlcədən proqnozlaşdıra bilmir.

Bu gün Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir. Geoloji baxımdan 7 maqnitudalı zəlzələnin baş verməsi mümkündür.

Lakin bölgədə tektonik hərəkətlər o qədər də intensiv deyil. Buna baxmayaraq, 4, 4.5 və 5.5 maqnitudalı zəlzələlər davamlı olaraq qeydə alınır.

Zəlzələlərin baş verməsinin əsas səbəbi yer qabığında toplanan tektonik gərginliyin qəfil boşalmasıdır. Yer qabığı müxtəlif tektonik plitələrdən ibarətdir və bu plitələr daim, çox yavaş sürətlə hərəkət edərək gərginlik yaradır.

Bu gərginlik kritik həddə çatdıqda qırılma baş verir və toplanmış enerji seysmik dalğalar şəklində ayrılaraq ətrafa yayılır. Həmin dalğalar yer səthində titrəyişlər yaradır ki, biz bunu zəlzələ kimi hiss edirik”.

Seysmoloq qeyd edib ki, zəlzələlərin əksəriyyəti tektonik mənşəli olsa da, bəzi hallarda vulkanik fəaliyyət, su anbarlarının yaradılması, mədən işləri və digər insan fəaliyyəti nəticəsində də baş verə bilər.

Onun sözlərinə görə, Qəbələdə qeydə alınan son zəlzələ isə tektonik mənşəlidir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyun 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri