Icma.az
close
up
RU
Son 6 ay çox əziyyət çəkdi, sağalması mümkün deyildi

Son 6 ay çox əziyyət çəkdi, sağalması mümkün deyildi

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

"İranə xanımın ürəyi dayandı. Onun istedadı kimi, xəstəliyi də qeyri-adi oldu. Motoneyron, neyronların ölməsi xəstəliyi var idi. Çox nadir xəstəlikdir. Birinci ayaqları tutuldu. O qədər iradəli insan idi ki, son gününə qədər reabilitoloqla idman edirdi. O dərəcədə ruh var idi onda".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firdovsi Atakişiyev "Həftənin qonağı" verilişində mərhum həyat yoldaşı, Xalq artisti İranə Tağızadənin xəstəliyindən danışarkən deyib. Aktyor mərhum xanımının xəstəliyinin sağalmaz olduğunu vurğulayıb:

"3 il hər şeyi atdım, sənətdən uzaqlaşdım, ancaq İranə ilə oldum. Heç vecimə də deyildi. Çəkilişlərdən imtina etdim. İki köməkçimiz var idi. Mən isə üçüncü. Oğlum da eynən. İşdən qayıdan kimi mənim bir neçə saat dincəlməyimə imkan verirdi. Çox çətin günlər idi. Buna baxmayaraq, deyib-gülür, planlar qururduq. Çox çalışdıq, Moskvada, Türkiyədə olduq. İsraildəki həkimlərlə də əlaqə saxladıq. Amma heç cür olmadı. Sağalması mümkün deyildi. 3 il mərhələli şəkildə xəstəliyi artdı. Son 6 ayı çox əziyyət çəkdi, qucağımızda gəzdirirdik. Buna görə məndə və oğlumda bel yırtığı yarandı. Bir dəfə 48 saat davam edən ağrıdan qışqırırdım. İndi də ildə iki dəfə bundan müalicə alıram.

Əlbəttə ki, halal xoşu olsun. Həmişə deyirdi ki, mənə görə hər şeydən imtina edirsən. Cavab verirdim ki, bəs sən mənə bu qədər sevgini, səadəti yaşadanda necə?"

Firdovsi Atakişiyev mərhum həyat yoldaşının xəstəliyi dövründə sənətdən uzaqlaşdığını və bütün təklifləri rədd etdiyini açıqlayıb:

"Türkiyədən serialla bağlı təklif gəlmişdi. Dedim ki, heç cür mümkün deyil. Söylədilər ki, bilirsən nədən imtina edirsən? Bildirdim ki, bilirəm. Oğlum hətta təklif etdi ki, işdən çıxsın. Bu müddət ərzində mən çəkilim. Dedim ki, hə, bir bu qalmışdı. Təsəvvür et, Türkiyədə seriala çəkilirəm. Çəkilişdən sonra gəlib hoteldə dincəlirəm. Sən isə burada belə. Dedim ki, ola bilməz, mümkün deyil.

Mənə deyirdilər ki, özünü kölgəyə döndərmisən, nə gündəsən? Həm də həddindən artıq arıqlamışdım. Özümə fikir vermirdim. Təklif etdilər ki, səni filmə çəkək, maddi yardım olsun. Ona da cavab verdim ki, mənə heç nə lazım deyil, hər şey qaydasındadır, təki sevgimi geri qaytara bilim. O da alınmırdı. Amma İranə dünyasını dəyişəndən 1 həftə sonra artıq işləməyə başladım."

Qeyd edək ki,  İranə Tağızadə Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru olub. İ.Tağızadə 9 aprel 2023-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://axsam.az
archiveBu xəbər 02 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri