Son 7 ildə pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 3 dəfəyə yaxın artıb
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 161,6 min nəfərə yaşa görə müavinət təyin olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlra istinadən xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 min nəfər və ya 8,6% artıb.
Qeyd edək ki, 2019-cu ilin eyni dövründə yaşa görə müavinət alanların sayı 60,5 min nəfər olub və son 7 ildə onların sayı 2,7 dəfə artıb.
Son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği aşağıdakı kimi olub:
1 Aprel 2019-cu il – 60,5 min nəfər (aylıq müavinət 73 manat);
1 Aprel 2020-ci il – 94 min nəfər (130 manat);
1 Aprel 2021-ci il – 103 min nəfər (130 manat);
1 Aprel 2022-ci il – 119,2 min nəfər (180 manat);
1 Aprel 2023-cü il – 132,6 min nəfər (220 manat);
1 Aprel 2024-cü il – 148,8 min nəfər (220 manat);
1 Aprel 2025-ci il – 161,6 min nəfər (220 manat).
Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64-dür.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır
14 Mart 2025 19:02
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 166 mini keçdi
25 Avqust 2025 15:15
Yaşı çatsa da, pensiya ala bilməyənlərin sayı niyə artır?
29 Aprel 2025 18:21
Azərbaycanda narkotik satan qadınların sayı 7 ildə 7 dəfəyə yaxın artıb
21 Aprel 2025 12:25
Hacıqabulda minik avtomobillərinin istehsalı son 3 ildə 4 dəfəyə yaxın artıb
28 Avqust 2025 15:24
Baxış sayı:92
Bu xəbər 16 May 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















