Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 156,2 min nəfərə yaşa görə müavinət təyin olunub.
Yeniavaz.com xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 min 153 nəfər və ya 12,2% artıb.
Qeyd edək ki, son 6 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği aşağıdakı kimi olub:
1 Yanvar 2020-ci il – 82,4 min nəfər (aylıq müavinət 130 manat);
1 Yanvar 2021-ci il – 100,2 min nəfər (130 manat);
1 Yanvar 2022-ci il – 113,6 min nəfər (180 manat);
1 Yanvar 2023-cü il – 128,3 min nəfər (220 manat);
1 Yanvar 2024-cü il – 143,7 min nəfər (220 manat);
1 Yanvar 2025-ci il – 156,2 min nəfər (220 manat).
Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64-dür.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 166 mini keçdi
25 Avqust 2025 15:15
Son 7 ildə pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 3 dəfəyə yaxın artıb
16 May 2025 10:20
Yaşı çatsa da, pensiya ala bilməyənlərin sayı niyə artır?
29 Aprel 2025 18:21
Pensiya yaşına az qalmış...
08 Mart 2025 12:03
Qadınların pensiya yaşına baxılmalıdır Deputat
27 Noyabr 2024 11:42
Baxış sayı:108
Bu xəbər 14 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















