Icma.az
close
up
RU
SON DƏQİQƏ! AZAL təyyarəsini vuranların adları təsdiqləndi

SON DƏQİQƏ! AZAL təyyarəsini vuranların adları təsdiqləndi

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Rusiya Federasiyasının müstəqil media orqanı ASTRA, 2024-cü ilin dekabrında Qroznı yaxınlığında vurulan AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsi ilə bağlı “Minval Politika” tərəfindən irəli sürülmüş ittihamların doğruluğunu təsdiqləyib.
Məlumata görə, təyyarənin vurulmasında adı keçən şəxslərin Rusiya Silahlı Qüvvələri ilə birbaşa əlaqəli olması artıq təsdiq olunub.

Raketin buraxılışında adı keçən üç zabit kimdir?

“Minval Politika”nın əvvəlki təhqiqatında təyyarənin vurulması zamanı döyüş növbətçiliyində olan və prosesə bilavasitə cəlb edilən üç yüksək rütbəli rus hərbçisinin adı çəkilmişdi:

Kapitan Dmitri Pudovkin – 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının baş naviqatoru

Polkovnik-leytenant Vladimir Yanovski – Cənub Hərbi Dairəsinin qərargahının operativ növbətçisi

Polkovnik Gennadi Eremenko – Rusiya Hərbi Hava Qüvvələrinin 4-cü bölməsinin nümayəndəsi

ASTRA-nın əldə etdiyi sızmalar bu şəxslərin Rusiya ordusunda aktiv şəkildə xidmət etdiyini və “Minval Politika”nın təqdim etdiyi bilgilərin faktiki baza ilə üst-üstə düşdüyünü sübut edib.

Sosial mediada və arxivlərdə izlər

Təhqiqat zamanı müəyyən olunub ki:

Dmitri Pudovkin 2020-ci ilə qədər 42352 saylı hərbi hissədə xidmət edib.

Vladimir Yanovski 2010-cu ildə Voronejdəki Jukovski adına Hərbi Hava Qüvvələri Akademiyasında müəllim kimi fəaliyyət göstərib.

Gennadi Eremenkonun sosial şəbəkələrdə paylaşılan 15 illik arxiv fotosunda Rusiya hərbi çiyin nişanları aydın görünür.

Dron raketini atan şəxs danışdı?

“Minval Politika”nın təqdim etdiyi başqa bir diqqətçəkən sübut, AZAL təyyarəsini vuran şəxslərdən biri sayılan kapitan Dmitri Paladiçukun audio mesajıdır. Səsyazma “Minval – LIVE” Telegram kanalında yayımlanıb. 

ASTRA bu səsin həqiqətən də Paladiçuka aid olduğunu öz jurnalistlərinin onunla keçmişdəki danışıqları əsasında təsdiqləyib.

“Əgər Moskva məsuliyyət daşımaq istəmirsə, bu da bir cavabdır”

“Minval Politika”nın baş redaktoru Emil Mustafayev yayımlanan məlumatlarla bağlı belə açıqlama verib:

“Biz bu materialların yüz faiz doğru olduğunu heç zaman iddia etməmişik. Amma mövzunun cəmiyyət üçün əhəmiyyəti və həssaslığı bizi onu dərc etməyə vadar etdi. Azərbaycan tərəfinin apardığı araşdırmalara kömək məqsədilə hər bir sənədi təqdim etdik”.

E.Mustafayev bildirib ki, “Agentlik”, ASTRA və “The Insider” kimi nüfuzlu rus nəşrlərinin də bu məlumatların etibarlığını tanıması, yayılan sənədlərin ciddi əsaslara söykəndiyini göstərir.

Təəssüf doğuran məqam: şübhəlilər cəzalandırılmayıb, bəziləri vəzifə yüksəlişi alıb

Məsələnin ən qalmaqallı tərəfi ondan ibarətdir ki, adı çəkilən hərbi şəxslərin heç biri xidmətdən uzaqlaşdırılmayıb, rəsmi istintaq isə yalnız formal xarakter daşıyıb. Hətta “baş müttəhim” kimi təqdim olunan general Tolopilo, məlumatlara görə, cəzalandırılmaq əvəzinə vəzifədə yüksəldilib.

E.Mustafayev sonda ASTRA nəşrinə istintaqa verdiyi obyektiv dəstəyə görə təşəkkür edib və vurğulayıb ki, bütün faktlar artıq ortadadır. Azərbaycan prezidentinin tələb etdiyi kimi, Rusiya bu faciəyə görə məsuliyyəti öz üzərinə götürməli, günahkarları cəzalandırmalı və təzminat ödənilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyul 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri