SON DƏQİQƏ! Azərbaycanda internetin qiyməti artırılır?
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda internetin qiymətinin artacağı ilə bağlı məlumat yayılıb.
“Yeni Sabah” xəbər verir ki, yayılan məlumatda oktyabrın 1-dən Azərbaycanda bütün sabit internet tariflərinin minimum 25 manatlıq vahid tarifə keçiriləcəyi bildirilib.
Qeyd olunub ki, qərar bazarda tariflərin vahidləşdirilməsi siyasəti çərçivəsində qəbul olunub. pizza sifarişi
Oxu.Az-ın əldə etdiyi məlumata görə, söhbət internetin qiymətinin artırılmasından deyil, abonentlərə tətbiq olunan güzəştlərin ləğv edilməsindən gedir.
Mənbənin sözlərinə görə, bəzi provayderlər müəyyən abonent qruplarına, xüsusilə yeni binaların sakinlərinə güzəştlər tətbiq edərək aylıq internet ödənişini 18 manat və ya daha aşağı müəyyən ediblər.
"Yəni ola bilər ki, hansısa provayderin güzəştli müştəriləri var. Məsələn, hansısa binanın internet təminatına sahib olmaq üçün provayder həmin binanın sakinlərinə güzəşt edərək aylıq ödənişi 18 manatdan qəbul edirdi. İndi həmin müştərilərə edilən güzəştlər ləğv olunur. Heç bir qiymət artımından söhbət getmir. Çünki faktiki olaraq bu gün internetin aylıq qiyməti 25 manatdır", - deyə mənbə bildirib.
Baxış sayı:114
Bu xəbər 16 Sentyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















