Icma.az
close
up
RU
Son dərəcə kritik: Əliyev anlayır ki… Qobl və Brayzadan sensasion sözlər

Son dərəcə kritik: Əliyev anlayır ki… Qobl və Brayzadan sensasion sözlər

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Dünya siyasi arenasında baş verən son proseslər mühüm geosiyasi mövqeyə malik Azərbaycandan yan keçmir. Bu baxımdan, indiki məqamda İran, İsrail, Türkiyə kimi böyük dövlətlərin liderlərinin Bakıya səfərləri müzakirə predmetinə çevrilib. Bu səfərlər öncəsində Azərbaycan Prezidentinin Çində apardığı danışıqlar və imzalanan sənədlər mühüm əhəmiyyət daşıyır.

Rəsmi Bakı Ankara-Təl-Əviv arasında gərginliyin aradan qaldırılması üçün vasitəçi qismində və ya danışıqlar üçün platforma olaraq çıxış edə bilərmi? Azərbaycanın regional və beynəlxalq sferada rolunun artması göz önündədir. Diplomatiya masasında nələr var?

ABŞ-ın Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Globalinfo.az-a açıqlamasında bildirib ki, Azərbaycan İsraillə yaxşı münasibətləri olan bir müsəlman ölkəsi kimi vasitəçilik etmək üçün münasib mövqedədir:

“Aydındır ki, məhdudiyyətlər var: bunun bir qismi Bakının özünün, digərləri isə Tehranın Cənubi Azərbaycanla bağlı narahatlıqlarıdır. Amma Bakının burada öz töhfəsini verməyə çalışması yaxşı olardı. Bu, çox bəyənilər və bir çox paytaxtlarda Bakıya qarşı etimadı artırardı.

Pol Qobl

İlham Əliyev anlayır ki, münaqişələrin olduğu indiki dünya nizamında ikinci dərəcəli dövlətlər üçün yeni imkanlar yaranıb. İndi beynəlxalq münasibətlərdə təkcə böyük güclər rol oynamır və o (İlham Əliyev – red.), regionun digər bir neçə dövləti kimi bu imkanları dəyərləndirir. Aydındır ki, beynəlxalq sistemin təbiətində tektonik yerdəyişmə baş verib. Bu, görünən olsa da, tam miqyası hələ məlum deyil”.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza isə bildirib ki, rəsmi Bakının Ankara ilə Təl-Əviv arasında danışıqlarda vasitəçilik etməsi mümkündür və cəlbedicidir:

“Çünki Azərbaycanın Türkiyə ilə dünyanın hər hansı bir ölkəsindən daha sıx əlaqələri var və həmçinin İsraillə təhlükəsizlik baxımından son dərəcə yaxın tərəfdaşlıq münasibətləri qurub. Bu baxımdan, Prezident Əliyevin Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında daha yaxşı münasibətlərin qurulmasına kömək edə biləcəyi təbiidir.

İsrail və İran arasında danışıqlara gəldikdə, mən Azərbaycanın burada rol oynayıb-oynamayacağına çox da əmin deyiləm. Azərbaycanın İranla münasibətləri, əsasən, İsraillə yaxın münasibətlərinə görə gərgindir. Ona görə belə bir ehtimal azdır. Lakin İran rejiminin gələcək addımlarından çox şey asılıdır, çünki Prezident Tramp yeni bir nüvə sazişi bağlamaq üçün İrana çox təzyiq göstərir”.

Metyu Brayza

M.Brazya qeyd edib ki, Çin uzun müddətdir, Azərbaycanın neft və təbii qaz yataqlarına investisiya qoymaqda maraqlıdır:

“Azərbaycan isə balanslı xarici siyasət aparır. Başqa sözlə, Bakı hər hansı regional, siyasi təhlükəsizlik və ya iqtisadi bloklara qoşulmaqdan yayınıb və neft və təbii qaz kəməri siyasətinin sübutu kimi Avropa və ABŞ-la çox güclü əlaqələr saxlamağa çalışıb. Amma Bakı həm də həmsərhəd olduğu Rusiya və İranla müsbət əlaqələr saxlayır. Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir.

Çin isə Azərbaycan üçün həm də ona görə əhəmiyyətlidir ki, buradan və Şərqi Asiyadan ixrac edilən malları Mərkəzi Asiya, Xəzər dənizi, daha sonra isə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Avropaya daşıyan Orta Dəhlizdə Pekin əsas rol oynayır. Odur ki, Azərbaycanın Çinlə həm iqtisadi, həm də siyasi münasibətlərini yaxşılaşdırmağa çalışması təbiidir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Aprel 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri