“Son dəyişikliklərdə də Tarif Şurası ilə işbirliyimiz olub”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qanunda nəzərdə tutulmuş əsas səlahiyyətlər çərçivəsində artıq işlər aparılır. Biz Tarif Şurası ilə sıx əməkdaşlıq aparırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Tariflərin müəyyən olunması, onların müxtəlif təchizat sahəsi üzrə hesablanmasında bizim çox aktiv rolumuz olub, son tarif dəyişikliklərində də Tarif Şurası ilə işbirliyimiz olub. Baxmayaraq ki, bu səlahiyyətlərin layihədə 2028-ci ildə tətbiqi nəzərdə tutulsa da, artıq həmin dövrə qədər biz aidiyyəti dövlət qurumları ilə əlaqələrin qurulması sahəsində işlərimizi görürük”, - deyə Rövşən İsmayılov qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















