Icma.az
close
up
RU
Son dövrlər aktivləşən BƏLƏDİYYƏLƏR Onların tələb etdiyi vergiləri ÖDƏMƏLİYİKMİ? ARAŞDIRMA

Son dövrlər aktivləşən BƏLƏDİYYƏLƏR Onların tələb etdiyi vergiləri ÖDƏMƏLİYİKMİ? ARAŞDIRMA

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər yerlərdə bələdiyyələr xüsusi aktivlik göstərir. Bu aktivlik əsasən əmlak və torpaq vergisi istiqamətindədir. Bələdiyyə əməkdaşları bildirişlər paylayır, xəbərdarlıqlar edir.
Maraqlıdır ki, bildirişlərin bir çoxunda ödənilməsi vacib olan xeyli vəsait göstərilir...
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, müşahidə edilən  aktivliyin səbəbi ondan ibarətdir ki, bələdiyyələr torpaq və əmlak vergisinin toplanışını ilin ikinci yarısında adətən yoxlamaların güclənməsi, maliyyə planlarının icrası və hesabat dövrü ilə əlaqəlidir:
“Bundan başqa, büdcə gəlirlərinin artırılması və dövlətin bələdiyyələrin fəaliyyətinə nəzarəti də səbəblərdən biridir. Bəzi hallarda bu aktivlik növbəti ilin büdcəsi üçün vəsait toplama zərurəti ilə bağlı olur”.
Torpaq və əmlak vergisi necə hesablanır?
Müsahibimiz qeyd edib ki, torpaq vergisini hüquqi və fiziki şəxslər ödəyir:
“Ölçü vahidi belədir ki, 1 sot və ya 1 kvadratmetr üzrə dərəcələr  müəyyənləşdirilib. Vergi məbləği torpağın yerləşdiyi yerə və təyinatına görə dəyişir (şəhər, qəsəbə, kənd, həmçinin Bakıda mərkəz və kənar zonalar).
Məsələn: Bakı şəhərində yaşayış təyinatlı torpaqlar üçün hər kvadratmetrə görə müəyyən rüsum tətbiq olunur.
Əmlak vergisi (bina və mənzil sahibləri üçün) yaşayış evləri və mənzillərə görə hesablanır. Fiziki şəxslər üçün vergi mülkün sahəsinə əsaslanır. 30 kvadratmetrə  qədər sahə vergidən azaddır. 30 kvadratmetrdən yuxarı hissəsinə görə hər kvadratmetr üçün müəyyən tariflər tətbiq edilir (mülkün yerləşdiyi şəhər və zonadan asılıdır).
Hüquqi şəxslərdə isə hesablamalar balans dəyərinə görə aparılır. Amma hüquqi səxslər vergini bələdiyyəyə deyil, yerli xəzinadarlıq orqanlarına ödəyir”.
Vergi necə ödənilməlidir, ildə bir dəfə, yoxsa hər ay?
Sədr bildirib ki, fiziki şəxslər üçün vergi ildə bir dəfə ödənilir:
“Son ödəniş tarixi adətən noyabrın 15-i hesab olunur. Həmin dövrdən etibarən ödənilməmiş vergiyə görə cərimələr ("penya") hesablanır. Bu isə vergi məbləğinin şişməsinə səbəb olur”.
Vergini ödəməyən vətəndaşı nə gözləyir?

Akif Nəsirli suala belə aydınlıq gətirib:
“Cərimə və faizlər – vaxtında ödənilmədikdə gecikmə faizi hesablanır.
Torpaq və əmlak vergilərı əslində qanunvericiliklə dövlətə ödənilməli məbləğlərdir. Sadəcə dövlət bələdiyyələri dəstəkləmək məsqsədi ilə fiziki şəxslərin əmlak və torpaq vergilərini bələdiyyəyə yönəldib. Bəzən sakinlar bələdiyyələrə təzyiq vasitəsi olaraq vergi ödəməkdən imtina edirlər. Əslində isə özlərinə zərər vururlar. Çünki sonda məhkəmə qərarı ilə vergiləri cərimələrlə birlikdə ödəməli olurlar. Ona görə də bu vergiləri vaxtında ödəmək daha sərfəlidir”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see222

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see194

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see146

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see133

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri