Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bələdiyyələr özünü idarə etmir, idarə olunur ekspert ARAŞDIRMA

Bələdiyyələr özünü idarə etmir, idarə olunur ekspert ARAŞDIRMA

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçriləcək. İndəyədək seçkilərdə 16 mindən çox şəxsin namizədliyi təsdiq edilib. Onların 8400 nəfəriciyasi partiyaları təmsil edir.  

Bələdiyyə seçkilərini müşahidə etmək üçün 68.869 nəfər akkreditasiyadan keçib. 
Ölkədə mövcud olan 25 siyasi partiyadan 23-ü bələdiyyə seçkilərində rəsmi iştirak edəcək. 


Seçkilər 5.846 məntəqədə keçiriləcək seçkilərdə  5 milyon 960 mindən çox səsvermə hüququ olan seçici səs verə bilər 

Namizədlərin  müraciət müddəti artıq bitib.  
Milli Məclisin Regional məsələlər komitəsinin "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələrində 1400 bələdiyyə birləşməsi haqqında qanun qəbul edilib. Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-dan 684-ə düşüb.

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bələdiyyələrə ümumilikdə 13.5 milyon manat (2024-cü illə müqayisədə 1 milyon manat və ya 8% çox) vəsait ayrılması proqnozlaşdırılıb. 

Bu vəsaitin 7.5 milyon manatı dotasiya, 1,6 milyon manatı subvensiya, 4,4 milyon manatı isə su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün isə subsidiya formasında ayrılacaq.

Keçmiş bələdiyyə üzvü Vəfa Nağı Anews.az-a müsahibəsində bildirib ki, Aərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərmir. 

Onun sözlərinə görə, Azərbaycanda bələdiyyələr yerli icra hakimiyyəti orqanları kimi çalışırlar.  

"Avropa, Türkiyə təcrübəsində bələdiyyələr problemlərin həllində iştirak edirlər. Azərbaycanda isə bələdiyyələr icra hakimiyyətlərinin bir qolu kimi görünürlər.  Ona görə də adi bir qərar üçün icra hakimiyyətinə , daha sonra prezident aparatı və başqa yerlərə müraciət edirlər. Bələdiyyələrin görməli olduğu işi başqa qurumlar görür. Bələdiyyələri ləğv etmək lazımdır kimi səsləndirilən fikirlər absuddur. Hər bir ərazinin öz bələdiyyə orqanı olmalıdır. Ümumiyyətlə bütün yerli problemləri bələdiyyələr həll etməlidirlər. Vətəndaş əlavə enerji itirməli deyil. Bələdiyyələr niyə görə yalnız torpaq satmaqla məşğul olmalıdır? Mən  bələdiyyə üzvü kimi özüm seçilmişəm. Digər seçilən bələdiyyə üzvləri isə təyinatla  gəliblər. Buna görə də  işimdə mənə xor baxırdılar. Mənim çalışdığım dönəmdə heç bir hesabatlar aparılmırdı. Bələdiyyə büdcəsi açıqlanmırdı. Yalan məlumatlar verilirdi. Bunları tələb etdiyim üçün məni vəzifəmdən uzaqlaşdırdılar",- keçmiş bələdiyyə üzvü bildirib.


İqtisadçı, yerli özünüidarə məsələləri üzrə ekspert Samir Əliyev bildirir ki, Cənubi Qafqazda yerli bələdiyyə idarə etmə sistemini digər ölkələrlə müqayisə etsək, ən zəifi Azərbaycandadır. 

"Azərbaycan yerli özünü idarəyə dair Avropa xartiyasını ratfikasiya edib və üzərinə öhdəlik götürüb. Xartiyada minimal və tam tələblər var. Azərbaycan onun minimal tələblərini qəbul edib. Növbəti illərdə digər tam tələbləri boynuna u desə də, hələki götürməyib. Hazırda Azərbaycanda bələdiyyə faktiki olaraq, lazımsız bir qruma çevrilib və onu icra hakimiyyətinin əlavəsi də adlandırmaq olar. İnsanların gözləntisi yoxdur. Bunun bir sıra səbəbləri var. Biz bələdiyyə modellərindən danışarkən, ilk növbədə Azərbaycanda bələdiyyələrin statusu müəyyən etməliyik. Bu gün bələdiyyələrin statusu qeyri müəyyəndir. Bələdiyyənin statusu haqqında qanuna dəyişiklik edilməlidir. Hazırki  qanunda bilinmir ki, bələdiyyə nə sturukturdur. Cənubi Qafqazda yerli bələdiyyə idarə etmə sistemini müqayisə etsək, ən zəifi Azərbaycandadır. İcra  başçısı müəyyən edir ki, bələdiyyə üzvü və sədri kim olacaq. İcra başçısı bələdiyyə sədri ilə yola getmirsə o kənarlaşdırılır",- ekspert vurğulayıb.

Əliyevin fikrincə, Azərbaycanda artıq bələdiyyələrin səlahiyyətləri yoxdur.

"Azərbaycanda bələdiyyələrə səlahiyyət verilməlidir və ona uyğun maliyyə ayrılmalıdır. Azərbaycanda  bələdiyyələrin büdcəsi 50 milyon manatdır. Bakıda, Gəncədə, Sumqayıtda böyük şəhər bələdiyyələri yaradılmalıdır. Mer institutu olmalı, mer seçilməlidir.  İnstitutun bələdiyyə şurası yaradılır, seçilir və onların üzvləri arasından  sədr seçilir. Türkiyədə də belədir. Azərbaycanda kontinental yəni Fransa  modelindən istifadə olunur. Yəni ona uyğundur. Amma əslində ona uyğun idarə olunmur. Bu modeli götürmüşük, amma onu primitiv şəkildə istifadə edirik",- Samir Əliyev əlavə edib.


Ekspert həmçinin bildirib ki, Azərbaycanda bələdiyyələr bilərəkdən bu hala gətirilib ki, sabah onların ləğvi məsələsi gündəmə gəlsin. Ya da gündəmə gələndə insanlar bunu adi hal kimi qəbul etsinlər.

"Əvvəl bələdiyyələri el arasında adını "torpaq satan", "vergi yığan" kimi adlandırdılar. Bu da onların nüfuzdan salinmasına gətirib çıxardı. Şəhər yerlərində bələdiyyələrin varlığını hiss etmək olmasa da kəndlərdə belə deyil. Kənddə nə olsa, hər kəs qaçır bələdiyyə sədrinin üstünə. Hətta məişət zəminində olan problemlərdə belə kömək istəyirlər",- Əliyev vurğulayıb.

Milli Məclisin üzvü Vüqar Bayramov bildirir ki, Azərbaycanda bələdiyyələrin güclənməsi eləcə də imkanların genişlənməsi ilə bağlı son bir ildə ciddi addımlar atılıb.

"Nəzərə alsaq ki, qanunvericiliyin təkminləşməsi, bələdiyyələrin sayının azaldılması, onların maliyyə imkanlarının genişləndirilməsinə səbəb olacaq. Bundan başqa onların regional iqtisadi baxımdan inkişafına gətirib çıxaracaq. Artıq yeni dövrdə bələdiyyələrin daha aktiv şəkildə regionlarda təmsil olunduğu ərazilərdə proseslərə təsir edəcəyi gözlənilir. Bəzi vergilər bələdiyyələr tərəfindən yığılır, bu da onların maliyyə imkanlarının yaxşılaşmasına səbəb olacaq",- deputat bildirib.

Xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur. Zəif Şura — güclü mer modeli, güclü şura — zəif mer modeli, zura menecer modeli, komissiya modeli, qarışıq model.

Şura menecer modelinin (Council-Manager Model)  -  yerli şura siyasətləri formalaşdırır və qərar qəbul edir. Şəhər meri administrativ işləri idarə edir, bələdiyyə işçilərini təyin edir və gündəlik fəaliyyətləri həyata keçirir. ABŞ-ın çoxsaylı şəhərlərində, Kanada və bəzi Avropa ölkələrində geniş yayılan formadır.


Şura-Mer Modelinin  (Council-Mayor Model) -  yerli şura bələdiyyə siyasətlərini müəyyən edir, lakin mer (bələdiyyə başçısı) icraedici funksiyaları birbaşa həyata keçirir. Mer xalq tərəfindən seçilir və güclü icraedici səlahiyyətlərə malik olur. Bəzi hallarda merin qərarlarına qarşı yerli şura nəzarət mexanizmləri təqdim edilir.  Tətbiqi ABŞ-ın böyük şəhərlərində Nyu-York, Los-Anceles, Latın Amerikası və bəzi Asiya ölkələrində yayılıb. Merin xalq tərəfindən seçilməsi idarəetmənin demokratikliyini və hesabatlılığını artırır.

Güclü Mer-Sistem (Strong Mayor System)  - mer yerli idarəetmədə geniş səlahiyyətlərə malik olur.  büdcə təklifi, qərarların icrası və yüksək səviyyəli məmurların təyin edilməsi funksiyasını daşıyır. Şura həmçinin məhdud nəzarət funksiyasını da yerinə yetirir. ABŞ-ın  Çikaqo və Filadelfiyada kimi şəhərlərində geniş yayılıb.

Zəif Mer-Sistem (Weak Mayor System) - merin səlahiyyətləri məhduddur olur. Əsas qərarlar şura tərəfindən qəbul edilir. Mer adətən şuranın sədri kimi fəaliyyət göstərir və simvolik rəhbərlik funksiyasını yerinə yetirir. Tətbiqi kiçik şəhər və kəndlərdə tətbiq olunur. Üstünlükləri səlahiyyətlərin demokratik bölgüsü və kollektiv qərar qəbuletmədir.

Regional Bələdiyyə İdarəetməsi kiçik bələdiyyələr, regional səviyyədə birləşərək ortaq xidmətlər göstərir. Məsələn, nəqliyyat, tullantıların idarə olunması və s. məsələlərdə istifadə olunur. Regional idarəetmə vasitəsilə resurslardan daha səmərəli istifadə edilir. Tətbiqi Skandinaviya ölkələri Danimarka, İsveç, Kanada və bəzi Avropa ölkələrində yayılıb.

Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilən seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabrında baş tutub. 

Aytac Zeynalova


www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://anews.az
archiveBu xəbər 23 Yanvar 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri