Icma.az
close
up
RU
Son illərin ən aşağı iqtisadi artımı Proqnozlar özünü niyə doğrultmadı?

Son illərin ən aşağı iqtisadi artımı Proqnozlar özünü niyə doğrultmadı?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş nazir Əli Əsədov Milli Məclisin ötən ilin dekabrında keçirilən plenar iclasında çıxışı zamanı 2025-ci ildə ümumi daxili məhsulun 3,5 faiz (129,2 milyard manat), qeyri-neft sektoru üzrə 4,9 faiz real artım tempi proqnozlaşdırıldığını bildirimişdi. Lakin bir neçə gün öncə açıqlanan rəsmi rəqəmlərdə qeyd olundu ki, bu ilin yanvar-noyabr aylarında ölkədə 11 milyard 6320,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Doğrudur, bu rəqəmlər ilin 10 ayını əhatə etsə də, ekspertlər həmin göstəricilərin artmayacağını, proqnozların özünü doğrultmadını qeyd etdilər. 

Bəs hökumətin bu proqnozu özünü niyə doğrultmadı?

İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya bildirib ki, bu gün hər şeyi neft və neftdən gələn gəlirin üzərinə atmaq olmaz. Çünki neftin hasilatının azalacağı öncədən də bilinirdi. Buna isə hazırlıq görmək, digər sahələrdəki iqtisadi artım üçün layihələr həyata keçirmək lazım idi:

"Bu proqnozların özünü doğrultmamasının rəsmi izahı ondan ibarətdir ki, Azərbaycanda neftin hasilatı, qiyməti düşüb, neft sektorunda problemlər var. Bu da ümum daxili məhsulun artım tempinə mənfi təsir göstərir. Lakin bu aysberqin görünən tərəfidir. Görünməyən tərəfi isə ölkədə iqtisadi aktivliyin azalmasıdır".

İqtisadçı bunu da büdcə xərcləmələrinin daha çox Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad olunmuş torpaqların bərpasına yönəlməsi ilə izah edib:

"Digər bölgələrdə isə investisiya layihələri daha az icra olunur. Təəssüf ki, Azərbaycanda uzun illərdir qurulan iqtisadi modelə uyğun olaraq iqtisadi aktivliyi daha çox büdcə xərcləmələri saxlayır. Büdcə layihələri, investisiya layihələri elan olunur, bunun multiplikativ, yəni dalğavari effekti olurdu. Məsələn, tikinti materialları istehsal edən, satan, daşıyan, işləyən kimi amillər iqitisadiyyatda bir canlanma yaradırdı. Nəticə etibarı ilə də ümumi daxili məhsulun artımına da müsbət təsir göstərirdi".


İqtisadçı vurğulayır ki, açıqlanan 1.6 faizlik artımı, iqtisadi artım hesab etmək olmaz:

"ÜDM istehsalı bizim kimi ölkələrdə heç olmasa 2 faizdən çox olmalıdır ki, onun təsirlərini hiss edə bilək. Çünki biz inkişaf etməkdə olan ölkəyik. Ona görə də 1.6 faizlik ÜDM artımı inflyasiyanın yaratdığı artım tempindən başqa bir şey deyil. Daha çox inkişaf üçün kiçik və orta sahibkarlığa dəstək layihələri olmalı idi. Amma təəssüf ki, bunlar gecikir, təşviq planları vaxtı-vaxtında yerinə yetirilmir, nəticədə iqtisadiyyatda artım tempinin kəskin şəkildə azaldığını görürük".

Natiq Cəfərli əlavə edib ki, qonşu ölkələrdə iqtisadi artım tempinin xeyli yüksək olması da bizim üçün problemdir:

"Məsələn, bu artım qonşu Gürcüstanda 8 faiz, Ermənistanda 5 faiz civarında, Qazaxıstanda 4.5 faiz civarındadır. Bizi əsasən Qazaxıstan daha çox maraqlandırır. Çünki Qazaxıstan da neftdən asılı ölkədir. Ancaq orda neftdən asılılığı azaltmağın yollarını tapdılar. Başqa sahələrin inkişafına, əsasən də kiçik və orta sahibkarlığa böyük önəm verdilər. Bizim isə ən zəif nöqtəmiz kiçik və orta sahibkarlıqdır. ÜDM-in formalaşmasında kiçik və orta sahibkarlığın payı 6-7 faizi keçmir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 55-60 faizdir”.

Bu zəif artan artımın gələn il üçün ölkə iqtisadiyyatına təsirləri haqqında danışan Natiq Cəfərli vurğulayıb ki, daha çox insanların gəlirlərində özünü göstərir, iqtisadiyyatın inkişafına təsir edən amillər isə başqadır:

"ÜDM daha çox artanda insanların da gəlirləri daha çox artır. İnflyasiyaya təsir edən amillər isə başqadır. Məsələn, Azərbaycan idxaldan asılıdır. Biz özümüzü ərzaq məhsulları ilə cəmi 25 faiz təmin edə bilirik. Yerdə qalan isə idxal məhsullarıdır. Bu da qiymət artımına səbəb olan əsas amillərdən biridir. İqtisadiyyatda rəqabətli mühitlə bağlı problemlər var. Məsələn topdansatış ticarəti ilə məşğul olan, ölkəyə məhsul gətirən şirkətlərin sayı çox azdır. Pərakəndə ticarətdə müəyyən rəqabət var, topdansatışla məşğul olan şirkətlər arasında rəqabət var, demək olmaz. Rəqabətsizlik mühiti isə qiymətin daha çox artmasına səbəb olan amilə çevrilir”. 

Günay İlqarqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri