Icma.az
close
up
RU
Son mənzil deyil, son borc Qəbir yerləri niyə bu qədər bahadır?

Son mənzil deyil, son borc Qəbir yerləri niyə bu qədər bahadır?

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

“Əgər Bakıda öləcəksənsə, qabaqcadan qəbir yeri al”.

Bu söz bir zarafat kimi səslənsə də, reallığın sərt təzahürüdür. Çünki son illər Bakıda qəbir yerlərinin qiymətləri bəzi hallarda ev qiymətləri ilə yarışır. İnsan yaşadığı vaxtda ev almağa çətinlik çəkdiyi kimi, ölümündən sonra da “yer” almaq problemə çevrilir.

Hazırda paytaxtın bəzi qəbiristanlıqlarında bir qəbir yeri üçün tələb olunan məbləğ 3.000 manatdan başlayır, bəzi məkanlarda 7.000 manata qədər qalxır. Halbuki ölüm hər kəsə bərabərdir, amma dəfn bərabər deyil.

Rayonlarda isə fərqli mənzərə var. Məsələn, Tovuz, Yardımlı, Quba, Qax, Şəki və digər bölgələrdə qəbir yerləri adətən pulsuz verilir. Bu, həm kənd içi münasibətlərdən, həm də torpaq bolluğundan qaynaqlanır. Bəzi hallarda bələdiyyələr sadəcə təmizlik və sənədləşmə üçün cüzi məbləğ tələb edir ki, bu da 50-100 manat arası olur. Amma bu rəqəm Bakı ilə müqayisədə qəpik-quruş sayılır.

Rəsmi qurumlar bildirir ki, qəbiristanlıqların təmiri, qorunması, ərazinin abadlaşdırılması üçün bu rüsumlar vacibdir. Amma sual yaranır. Niyə bu xidmət hər vətəndaşa eyni səviyyədə və eyni dəyərdə göstərilmir? Niyə rayonda vətəndaş pulsuz dəfn olunur, amma Bakıda ailəsi borca düşür?

Bəzən qəbir yeri tapmaq da çətinləşir. Hətta bəziləri əvvəlcədən yer “rezerv” edərək yaxınlarını eyni ərazidə dəfn etməyə çalışır. Bu isə əlavə xərclər və vasitəçilərlə “danışıqlar” deməkdir.

Ölümə qiymət qoymaq insanlığa yaraşmaz. Amma görünən odur ki, bir çox ailə yaxınını son mənzilə yola salarkən belə “cibinə baxmalı” olur. Bu, yalnız kasıblıq deyil, həm də sistemsizlik probleminin özüdür. Axı torpaq onsuz da hamımıza məxsusdur. Sağ ikən də, öləndən sonra da.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 İyul 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri