Icma.az
close
up
RU
Qəbir yerləri pulla satılmalıdır? KONKRET

Qəbir yerləri pulla satılmalıdır? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Din insanın son mənzilində bərabərlik və sadəliyi ön plana çəkir. Lakin bu gün bəzi hallarda vətəndaşlar yaxınlarını dəfn etmək üçün qəbir yeri almağa məcbur olurlar.

Maraqlıdır, İslam bu məsələyə necə yanaşır? Qəbir yerlərinin pulla satılması dini baxımdan doğrudurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam inancına görə ölüm son deyil, yeni bir həyatın başlanğıcıdır:

Ağa Hacıbəyli

“İnsana bu dünya həyatı yalnız əbədi həyata hazırlıq üçün verilib. Necə ki, uşaq ana bətnində 9 ay qalar və doğulduqdan sonra yeni həyata qədəm qoyar, insan da bu dünyada müəyyən müddət yaşayır, ölüm isə başqa bir aləmə keçiddir.”

İlahiyyatçının sözlərinə görə, torpaq da, göy də, kainat da Allahın mülküdür və heç kəsin bu mülk üzərində ticarət aparmaq haqqı yoxdur:

“Torpaq Allahın mülküdür. İnsan torpaqdan yaranıb, yenidən torpağa qayıdacaq. Ona görə bu dönüşü bazarlığa çevirməyə kiminsə haqqı yoxdur. Vəfat edən insanın dəfn edilməsi üçün torpağa görə pul tələb etmək mənəvi cinayətdir.”

Ağa Hacıbəyli vurğulayıb ki, məzarlıqlar insan insafının, bərabərliyin və sadəliyin göründüyü yerlər olmalıdır:

“Qəbirlər dəbdəbəli olmamalıdır. Ora bərabərliyin yeridir. İslamda elə bir göstəriş yoxdur ki, insan dəfn olunduğu torpaq üçün pul ödəsin. Vəfat edən şəxs bu torpağa, dövlətə xidmət etmiş bir vətəndaşdır və haqqıdır ki, son mənzilində pulsuz dəfn olunsun.”

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri