Icma.az
close
up
RU
Apteklərdə dərmanlar niyə bu qədər bahadır?

Apteklərdə dərmanlar niyə bu qədər bahadır?

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda apteklərdə satılan dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisə xeyli bahadır. Hətta qonşu Türkiyə, Rusiya, Gürcüstan və İranda 5-10 manata satılan dərmanlar ölkə apteklərində 5 qat baha qiymətə alıcılara təklif olunur. Buna görə də sosial durumu aşağı olan ailə üçün adi bir müalicə kursu belə ciddi maliyyə yükünə çevrilir. Qonşu ölkələrdə dost-tanışı, yaxını olan insanlar lazım olan preparatları daha ucuz qiymətə oradan gətirtdirirlər. Bu imkanı olmayanlar isə məcbur qalaraq borc-xərc edib ölkə apteklərindən lazımi dərmanları baha qiymətə alıb istifadə edirlər. Üstəlik, qiymətindən asılı olmayaraq , satılan dərman preparatlarının keyfiyyəti xaricdən gətirilənlərlə müqayisədə qat-qat aşağıdır. İddia olunur ki, bir çox işbazlar ucuz başa gəlsin deyə bəzi xarici ölkələrdəki istehsalçılarla anlaşmaya gedərək, dərmanın tərkibini bahalı edən maddələrin faizini azaltdırır. Bundan sonra onu ikiqat ucuz alır və gətirib ikiqat da baha satırlar.

Ölkənin dərman sənayesi, məhduddur

Professor, tibbi ekspert Adil Qeybullanın sözlərinə görə, ölkə apteklərində satılan dərmanların baha olmasının səbəbi ölkənin dərmanla bağlı idxaldan asılı olmasıdır: "Məlumdur ki, ölkənin dərman sənayesi, demək olar ki, məhdud həcmdədir. Bu səbəbdən də biz əksər dərman preparatlarını qonşu ölkələrdən idxal edirik. Əvvəllər Azərbaycana dərman preparatları əsasən Ukrayna, Belarus və Rusiyadan idxal olunurdu. Rusiya ilə Ukrayna arasında gedən müharibə və infrastrukturun xeyli zərər çəkməsi müəyyən dərmanların yoxa çıxmasına gətirib çıxardıb. Preparatları bahalaşdıran digər səbəb isə dərman idxalı ilə məşğul olan strukturların vəziyyəti vaxtında dəyərləndirməyib, lazımi tədbirlər görməməsidir. Bütün məsuliyyət onların üzərindədir. Yaxşı olar ki, əhali üçün əlçatan, xüsusilə qiymətlərdə müvafiq dərmanların idxalı Türkiyədən həyata keçirilsin. Həm bu dərmanlar kifayət qədər keyfiyyətlidir, həm də qiymətləri bizə müvafiqdir".

Böyük şirkətlər qiymətləri diktə edir

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkədə bəzi dərman vasitələrinin qiymətləri həqiqətən də dəfələrlə yüksəkdir. Hazırkı dərman qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş qiymətlərdir. Lakin bu tənzimlənmə dərman preparatlarının molekullarına və istehsal ölkələrinə görədir: "Mən Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməsini doğru saymıram. Bu dərmanların xaricdən daha ucuz, keyfiyyətsiz gətirilib burada baha qiymətə satılmasına səbəb olur. Bu gün bazarda rəqabətin olmaması böyük şirkətlərin istədiyi qiyməti təyin etməsinə gətirib çıxarır. Bazarda böyük şirkətlər var ki, onlar qiymətləri diktə edirlər. Kiçik şirkətlərin bir çoxu sıradan çıxarılıb. Bu da rəqabətsizlik mühitinin daha da genişlənməsinə səbəb oldu. Vəziyyətdən yeganə çıxış yolu rəqabət mühitinin artırılmasıdır. Bu zaman qiymətlərin tənzimlənməsi ilə bağlı yeniliyə nail olmaq mümkündür. Əks təqdirdə bu sahədə heç bir irəliləyişə nail olmaq mümkün deyil".

Ölkədə dərman istehsalı yoxdursa...

Ekspertin dediyinə görə,  Azərbaycanda dərman istehsalı üçün müəssisələr yaradılmış, bunun üçün vəsait də ayrılmışdı. Amma təəssüf ki, uğursuz oldu, ciddi nəticələr doğurmadı. Problem budur ki, dərman istehsalı bir zavodun qurulması ilə yetərli deyil. Dərmanın komponentləri, xammalı, molekulları var. Azərbaycanın isə elmi bazası yoxdur ki, özü dərmanın xammalını təşkil edən molekul istehsal etsin. Buna görə də Azərbaycanda belə bir məktəbin, təcrübənin, elmi bazanın olmadığını nəzərə alaraq insanlar düşünürlər ki, Azərbaycanda istehsal olunan dərmanlar keyfiyyətli olmayacaq: "Dərman istehsalı zəncirvari prosesdir. Hər hansı xammalın ölkəyə gətirilməsi və yaxud onun istehsalının dərman forması şəkilində istehsalının təşkil olunması hələ heç nə demək deyil. Bunun üçün ikinci istehsal sahələri gərəkdir. Çin və Hindistandan rav material şəkilində alıb, Azərbaycana gətirmək hələ yetərli deyil. Bunun üçün öncə şüşə, qapaq və antibiotikin istehsalında lazım olan digər vasitələr, qapağa qoyulan rezin qapaqcıqların istehsalı lazımdır". Ölkədə dərman istehsalı yoxdursa, niyə bunun gömrük rüsumu olmalıdır? Niyə şirkətlər gömrük rüsumu ödəməlidir və nəticə etibarilə də qiymətlər birbaşa 15 faiz bahalaşmalıdır? Yaxud ƏDV niyə 18 faiz olmalıdır? 15 deyil, 5, yaxud daha aşağı faiz gömrük rüsumu olsun. Əsas funksiya bazara insan sağlamlığına zərər vuracaq molokul və dərmanların qarşısını almaq olmalıdır. Bu səbəbdən bahalaşma dalğası ilə üz-üzə qalırıq".

Qanunvericilik buna imkan verir

N.Cəfərli bildirib ki, qanunla ölkəyə gətirilən dərman preparatlarının baha qiymətə satılması yolverilməzdir: "Azərbaycana dərman idxal edən şirkətlər dərmanı ölkəmizə gətirərkən birbaşa istehsalçıdan aldıqları qiymətə rəsmiləşdirmirlər. İstehsalçıdan alınan dərman preparatını başqa ölkədə yaratdıqları şirkətin adına həmin ölkəyə ixrac edirlər. Oradan isə baha qiymətə sənədləşdirərək ölkəmizə idxal edirlər. Faktiki olaraq qanunvericilik də buna imkan verir. Burada hər hansı qanun pozuntusu olmadığından, şirkətlər bu yolla daha çox qazanc əldə edirlər. Ona görə də dərman şirkətlərini buna vadar edən səbəbləri aradan qaldırmaq lazımdır".

Dərmanların qiymətinin aşağı düşməsi üçün gömrük rüsumları aşağı salınmalıdır

İqtisadçının dediyinə görə, dünyada nüfuzlu dərman şirkətləri mövcuddur. "Bayer" və s. kimi məşhur şirkətləri Azərbaycana dəvət etmək olar. Məsələn, "Bayer"in Almaniya zavodunun fəhləsi ayda 4 min avro maaş alırsa, bu şirkət Azərbaycanda açılan zavodda 1000 avroyla, yaxud 700-800 avroyla, yəni 1500-2000 manat arası maaşla çox uğurlu şəkildə işçi qəbul edə bilər. Bu yolla getsələr, Azərbaycanda həm dərman preparatları məsələsi həllini tapar, həm də güvən yaranar ki, dərman Azərbaycan istehsalı deyil, Azərbaycanda istehsaldır. Bunlar fərqli məsələlərdir". Ancaq əhalinin daha çox istifadə etdiyi dərmanların qiymətində ucuzlaşma tendensiyası var və onların ucuzlaşması üçün də Tarif Şurası ciddi şəkildə nəzarət edir. Amma dərmanların həddən artıq ucuz satılması da real deyil. Çünki sahibkar bu dərmanları alıb gətirir və onun burada nəsə marağı olmalıdır. Olmasa, ona qazanc gətirən başqa istiqamətə yönələr. Dərmanların qiymətinin aşağı düşməsi üçün gömrük rüsumları aşağı salınmalıdır. Əlavə dəyər vergisindən azad edilməsi kimi konkret tədbirlər görülməlidir ki, qiymətlər endirilə bilsin".

Dərman preparatlarını istənilən şəxs ölkəyə gətirə bilməz

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, dərman qiymətlərinin yüksək olmasının bir neçə səbəbi var: "Məlumdur ki, ölkədə dərman preparatları istehsal olunmur. Ölkəyə dərmanlar xaricdən gətirilir. Bu zaman isə daşınma və vergi xərci dərman qiymətinin üzərinə əlavə edilir. Nəticədə də qiymət yüksəlir".

Xalid Kərimli vurğulayıb ki, dərman preparatlarını istənilən şəxs ölkəyə gətirə bilməz. Səhiyyə Nazirliyi həmin şəxslərə xüsusi rəy verməlidir ki, onlar preparatları ölkəyə gətirə bilsinlər. Bu proses müəyyən standartlara cavab verməlidir. Dərmanların ölkəyə gətirilməsini mürəkkəbləşdirən məsələlər var. Ona görə də, rəqabət mühitində müəyyən maneələr var. Bu sahədə hökmran olan şəxslərin sui-istifadəsi üçün çox münbit şərait var. Dərman preparatlarını ölkəyə gətirən bir neçə şəxs və qurum var. İlk növbədə onların üzərində nəzarət gücləndirilməlidir". 

Elə dərman preparatları var ki, onların qiyməti istehsalçı ölkənin özündə də bahadır

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli isə vurğulayıb ki, bəzi dərman preparatları var ki, onların qiyməti istehsalçı ölkənin özündə də bahadır. Bu səbəbdən də bu dərmanı baha alıb ucuz satmaq mümkün deyil: "Bəzi nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri təkcə Azərbaycanda deyil, istehsalçı ölkədə də çox bahadır. Əgər bu dərmanlar ƏDV-dən azad olunarsa, onda 18 faiz ucuzlaşacaq. Ölkəmiz bu sahədə idxaldan asılıdır. Hesab edirəm ki, yalnız nadir xəstəliklərin müalicəsində tətbiq olunan dərman preparatları deyil, ümumiyyətlə, Azərbaycana idxal olunan bütün dərman məhsulları ƏDV-dən azad edilməlidir".

Ekspertin sözlərinə əsasən, bu gün ölkədə xəstəliklər çox, dərmanlar bahadır. Bir xəstəlik üçün adətən davamlı müalicələr tələb olunur. İnsanların əksəriyyəti baha olduğu üçün bu müalicələri davam etdirə bilmir. Çünki buna onların maddi vəziyyəti imkan vermir. Dərman vasitələrinin ƏDV-dən azad olması qiymətlərdə kifayət qədər fərq yarada bilər.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see287

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see181

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see173

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see143

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see140

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see137

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see137

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see135

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see131

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri