Icma.az
close
up
RU
“Son məqsəd Avropa Birliyi modelində bir ittifaqın yaradılması olmalıdır” Qüdrət Həsənquliyev

“Son məqsəd Avropa Birliyi modelində bir ittifaqın yaradılması olmalıdır” Qüdrət Həsənquliyev

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Millət vəkili, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən zirvə toplantısı ilə bağlı partiyanın mətbuat xidmətinə açıqlama verib.

Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanın türk dövlətlərinin yaxınlaşması üçün göstərdiyi səylər müstəsna və qürurvericidir. Onun sözlərinə görə, Azərbaycan böyük türk ailəsinin bir üzvü kimi, Türk Dövlətləri Təşkilatının (TDT) regional təhlükəsizliyə, əməkdaşlığa və ən başlıcası, üzv dövlətlərin insanlarının rifahına ciddi töhfə verə biləcəyinə inanır: “Azərbaycan çalışır ki, ölkələr daha sıx inteqrasiya olunsun, mədəni, humanitar əlaqələr genişlənsin. Qardaşlıq əlaqələri güclənəcəksə, türk xalqları bir-birinə daha möhkəm tellərlə bağlanacaq. Bizi yalnız qan yaddaşı birləşdirməyəcək. İlk növbədə Anadolu türkcəsi ortaq türk dili kimi bütün ölkələrdə geniş tədris olunmalıdır. Gələcək nəsillərin ünsiyyət problemi olmamalıdır. Niyə Anadolu türkcəsi? Çünki bu dildə daha çox insan danışır. Türkiyə bunun üçün daha çox vəsait xərcləməli və səy göstərməlidir".

Deputat qeyd edib ki, ümumi bazar yaradılması istiqamətində ilkin addımlar atılmalıdır və son məqsəd 10 il ərzində Avropa Birliyi modelində bir İttifaqın yaradılması olmalıdır: “Bu istiqamətdə ilk addımı Azərbaycan və Türkiyə ata bilər".

TDT+ formatında əməkdaşlıq məsələsinə də toxunan Qüdrət Həsənquliyev bu sahədə potensial tərəfdaş ölkələrin adlarını açıqlayıb.

O bildirib ki, Gürcüstan, Ermənistan, Rusiya, İran və Pakistan da Macarıstan kimi təşkilatın işində yaxından iştirak etsə, bu, nəinki regional, hətta qlobal təhlükəsizliyə və iqtisadi inkişafa böyük xidmət etmiş olar: “Bütün dövlətlərarası təşkilatlar insanların təhlükəsizliyinə, onların maddi və mənəvi tələbatının ödənilməsinə, rifahına xidmət etməlidir. Eyni zamanda, iqtisadi əlaqələrin inkişafı tərəfdaş ölkələrin iqtisadiyyatının liberallaşmasına və biznes mühitinin yaxşılaşmasına şərait yaratmalıdır. Qeyd etdiyim dövlətlər arasında sərhədlər götürülməli, insanların, kapitalın və malların sərbəst dövriyyəsi təmin olunmalıdır. Bu istiqamətdə cəsarətli qərarların qəbulu günümüzün sifarişidir".

Millət vəkili əlavə edib ki, türk xalqları müttəfiqləri ilə birlikdə daha güclü olmalı və daha yaxşı yaşamalıdır: “Bu sahədə özünün ciddi problemlərinin olmasına baxmayaraq, daha çox inkişaf etmiş Türkiyə digər türk dövlətlərinə hüquqi dövlət və azad bazar iqtisadiyyatı quruculuğu istiqamətində kömək etməlidir. Bunun üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq müqavilələr imzalanmalı, nəzarət mexanizmləri yaradılmalıdır".

Rasim Əliyev

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri