Son yeddi ildə keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik forumları 100 mindən çox gənci əhatə edib
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeddi ildir, keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik forumları 100 mindən çox gənci əhatə edib.
"Report" xəbər verir ki, bunu Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, könüllülərin fəaliyyəti yüksək qiymətləndirilir: "2024-cu ildə Azərbaycan könüllülərinin fəaliyyəti təkcə ölkədə deyil, beynəlxalq səviyyədə də diqqət çəkdi. COP29 kimi vacib bir tədbirin təşkilinə 3000-dən çox könüllü cəlb olundu.
Bununla bərabər, 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələdən əziyyət çəkənlərə kömək missiyasında, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərindəki ekoloji aksiyada könüllülər çox əhəmiyyətli rol oynadılar".
Q.Xəlilov vurğulayıb ki, 7 ildir keçirilən Azərbaycan Könüllülərinin Həmrəylik Forumları 100 mindən çox gənci əhatə edib. Onun sözlərinə görə, forum Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların da diqqətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















