Icma.az
close
up
RU
“Son zəng”də yenə kriminal loqolar, jarqonlu mahnılar: deputatdan ÇAĞIRIŞ

“Son zəng”də yenə kriminal loqolar, jarqonlu mahnılar: deputatdan ÇAĞIRIŞ

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyunun 14-də məktəblərdə keçirilən “Son zəng” tədbirləri bu il də müzakirəsiz ötüşməyib. Hər il xəbərdarlıq edilməsinə baxmayaraq, bu dəfə də on birinci sinif şagirdləri arasında məktəbli köynəyinə kriminal aləmə məxsus jarqonlar, loqolar yazanlar, cinayət aləminə həsr edilən mahnıları xorla oxuyaraq rəqs edənlər az olmayıb. Məktəblərdən yayılan görüntülər sosial şəbəkələrdə ciddi tənqid və etirazla qarşılanıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, cəmiyyətdə dəyərlərin ciddi transformasiyası ilə üz-üzəyik.

“Bu gün cəmiyyətdə çox ciddi proseslər gedir. Təəssüflə qeyd etməliyik ki, gənclərin bir hissəsi kriminal əməllərə, kriminal aləmə meyil edir. Əfsus ki, bir sıra hallarda “Son zəng” tədbirlərinin milli-mənəvi dəyərlərimizə uyğun keçirilmədiyini müşahidə edirik. Dəfələrlə rəsmi qurumların xəbərdarlıq etmələrinə baxmayaraq, “Son zəng”in mahiyyəti təhrif olunur, ruhuna uyğun olmayan addımlar atılır. Bu cür köynəklərin geyinilməsi, üzərinə belə şüarlar yazılması gənclərin tərbiyəsinin hansı formada və səviyyədə olduğunu göstərir. Hər zaman deyirik ki, məktəbin işi yalnız təhsil vermək deyil, həm də tərbiyə verməkdir. Məktəblərimizdə tərbiyə işini gücləndirməliyik. Məktəblərdə təlimlə yanaşı tərbiyə işi də ən yüksək səviyyədə qurulmalıdır. Valideynlərimiz də bu məsələyə həssas yanaşmalıdırlar. Hər bir şəxsin formalaşmasında bir neçə amil rol oynayır. Bu amillərdən biri də məktəb və ailələrdir. Təəssüf ki, əksər ailələrimiz bu rolu oynaya bilmir. Nəticədə isə belə halların atmasına gətirib çıxarır. Çalışmalıyıq ki, bu cür hallar kütləviləşməsin. Məktəblərdə mütləq şəkildə şəxsiyyətin formalaşmasına, tərbiyə işinin güclənməsinə qarşı daha diqqətli, həssas olmalıyıq. Gənclər arasında davamlı təbliğat, maarifləndirmə aparmalıyıq ki, onlar düzgün yolda olsunlar, yanlış yola, yanlış istiqamətə yönəlməsinlər. Onların yanlış addımlar atmaları gələcəkdə bizə ciddi problemlər yaradacaq”, — deputat çağırış edib.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 İyun 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see153

Xərçəng xəstəliyinə qarşı “Troya atı”

15 İyun 2025 23:21see149

Netanyahu: İran nüvə silahını Husilərə ötürmək niyyətində idi

15 İyun 2025 22:02see143

İsrail İran qarşıdurması yaxın saatlarda bitəcək

16 İyun 2025 12:22see128

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

16 İyun 2025 06:26see126

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see124

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

15 İyun 2025 21:03see124

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

15 İyun 2025 20:23see122

İsrail İrandan raket atışlarını qeydə aldı

15 İyun 2025 17:42see121

“Nitsa”nın forvardı Türkiyə yolunda

15 İyun 2025 23:27see120

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see120

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see119

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see119

Bakıda uşaqlıq həvəsi 35 yaşlı kişinin başına iş açdı

15 İyun 2025 18:27see119

Fənərbaxça rusiyalı futbolçunu istəyir

15 İyun 2025 22:44see119

Pezeşkian İraq Baş nazirinə XƏBƏRDARLIQ ETDİ

15 İyun 2025 17:18see118

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see118

ABŞ İsrail İran münaqişəsinə müdaxilə edə bilər

15 İyun 2025 18:48see117

Trabzonspor üzvü evləndi və sosial şəbəkədə bunu etdi

16 İyun 2025 07:02see114

Son zəng günü dənizdə batan Elmirin FOTOSU

15 İyun 2025 18:05see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri