Icma.az
close
up
RU
Gergerlioğlunun ucuz erməni təbliğatı Türkiyədən REAKSİYALAR

Gergerlioğlunun ucuz erməni təbliğatı Türkiyədən REAKSİYALAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin DEM Partiyasından olan deputat Ömer Faruk Gergerlioğlu növbəti dəfə Azərbaycanın ünvanına əsassız və təxribat xarakterli ittihamlarla çıxış edib.

İndiyədək İsraillə olan qarşılıqlı maraqlara əsaslanan münasibətlərimizə görə dəfələrlə qarayaxmaya cəhd edən Gergerlioğlu bu dəfə tamamilə aidiyyəti olmayan bir hadisəni - “Madeline” gəmisinin Qəzza sahilinə buraxılmamasını bəhanə edərək Azərbaycanı günahlandırmağa cəhd göstərib.

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf partiyasından olan üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Ömer Faruk Gergerlioğlunun fikirlərinə önəm vermirlər:

“Biz bunları saymırıq. Türkiyədə belə adamlar var. Bizim üçün vacib olan Türkiyə-Azərbaycan qardaşlığıdır. Təəssüf ki, bəzən belə acıdil adamlar çıxır. Ona parlamentdə də, Xarici İşlər Nazirliyi tərəfindən dəlazımi cavablar verilib. 3 may 2024-cü ildən Türkiyə İsraillə ticarət əlaqələri kəsilib. Bu adamlar rəsmi sənədlərə inanmırlar. Biz ona fikir vermirirk. Doğruları hər yerdə dilə gətiririk. Bizim üzərimizdən Azərbaycanı ittiham edir. Siz Azərbaycan neftini İsrailə satırsınız deyirlər. Azərbaycanla birlikdə Türkiyəni də ittiham edir. Ona görə biz onun sözlərinə heç fikir vermirik. Lazımi platformalarda cavablarını veririk, yenə də verəcəyik”.

Ş.Ayrım vurğulayıb ki, belə adamların çıxışları Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə bilməz:

“O, doğrulara inanmır, özünün də ortaya qoyduğu bir şey yoxdur. Birilərinə xidmət etməyə çalışır. “Sülh həlli”nin müzakirə edildiyi, prosesin müsbət həll olunmasına bir addım qaldığı bir dövrdə qarşı tərəfin dəyirmanına su tökür. Ermənistanla Azərbaycan sülh danışıqlarında bir nöqtəyə gəliblər. Ermənistan konstitusiyası və Minsk qrupunun ləğv edilməsi illə bağlı  prosesləri hamımız izləyirik. Belə bir vaxtda cəfəng işlərlə məşğuldur. Biz bunların hamısının fərqindəyik, izləyirik. Bunu yaxşı bilin ki, belə səhv adamlar Azərbaycan-Türkiyə münasibətlərinə zərər verə bilməz".

TBMM-nin digər bir deputatı Yıldırım Tuğrul isə qeyd edib ki, Azərbaycan böyük dövlətdir, bu cür lazımsız adamları diqqətə almağa ehtiyac yoxdur.

"Müşahidələrim əsasında deyə bilərəm ki, bu şəxs türk düşmənliyi edilir. Bu şəxsi də tanıyırıq, ona görə də bu sürpriz olmadı. "İki dövlət, bir millət" sözü, görünür, onu narahat edib. Bunu öz aləmində "bombalamağa" çalışır. Ciddiyə alınacaq bir şey deyil. Türkiyə də, Azərbaycan da regionda stabilliyi təmin edən önəmli dövlətlərdir. Bunu da bütün çətinliklərə baxmayaraq bacara biliblər”.

Deputat qeyd edib ki, Fələstində baş verənlər İsrailin problemidir:

“Osmanlı vaxtilə İspaniyadakı yəhudiləri inkvizasiyadan xilas edib, öz torpaqlarına gətirib. Biz 500 il heç bir problem, savaş olmadan münasibətlərdə olmuşuq. İsrailin qurulmasından bu yana həmin əlaqələr bu əsasla gedib. İsrailin etdiyi hər şeyi bəyənmirik. Fələstində 50 min insanın, qadının, uşaqların öldürülməsini dünyada heç kəs xoş görə bilməz. Bunun müdafiə edilə biləcək tərəfi yoxdur. Amma bu İsrailin problemdir. Bu demək deyil ki, hər ölkə öz siyasətini müstəqil qurmayacaq. Azərbaycan bölgədə önəmli dövlətdir və öz siyasətini istədiyi kimi qurmaq azadlığına sahibdir. Etdiyi də doğrudur.

Burada işin təməli budur ki, türk düşmənliyini alovlandırmağa çalışırlar. Yəni məsələ Azərbaycan və onun siyasəti deyil. Türk dövlətləri bir araya gəlir. Bu da bəzi dairələri narahat edir. Bu şəxs də, yəqin ki, həmin dairələrin birinin ağzı ilə danışır. Avropada 30-dan çox ölkə bir araya gələrək Avropa Birliyi, bir çox dövlət NATO-da birləşib hərbi pakt qura bilir. Türkçə danışa bilən insanlar bir araya gəlib regional pakt, iqtisadi, mədəni işbirliyi quranda bunları niyə narahat edir? Maraqlı olan budur. Ona baxmaq lazımdır. Yoxsa o şəxsin iki-üç ucuz sözünə fikir vermək lazım deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri