Icma.az
close
up
RU
Ölkəmizdə Ramazanı sabah qeyd etməyənlər də var... Deputatdan ÇAĞIRIŞ

Ölkəmizdə Ramazanı sabah qeyd etməyənlər də var... Deputatdan ÇAĞIRIŞ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabah ölkəmizdə Ramazan bayramı qeyd ediləcək. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.

Lakin bütün müsəlmanlar ölkələrində Ramazan bayramı eyni vaxtda qeyd edilmir. Məsələn Səudiyyə Ərəbistanında martın 31-i, İranda daha fərqli tarixlərdə Ramazan qeyd olunur.

Ölkəmizdə də bəziləri Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən yox, məhz adını sadaladığımız ölkələrin təqviminə əsasən bayramı qeyd edirlər.

Ramazan təqvimi ilə bağlı fikir ayrılığının səbəbi, bu haçalanmanın müsəlman dünyasında ixtilafların dərinləşməsinə səbəb olub-olmayacağı, eləcə də öz təqvimiz ola-ola başqa ölkələrin kalendarına uyğun bayram qeyd etməyin nə qədər düzgün olub-olmadığı ciddi suallar doğurur.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsini üzvü Ceyhun Məmmədov bildirib ki, Ramazan ayının başlaması və bitməsi birbaşa yeni ayın çıxması ilə bağlıdır:

"Yəni yeni aypara çıxanda müsəlmanlar oruca başlayırlar, növbəti yeni aypara çıxanda isə orucu dayandırırlar. Bu gün müsəlman dünyasında Ramazan ayının başlaması və bitməsi ilə bağlı fərqli mənzərinin olmasının səbəbi ayrı-ayrı ölkələrdə, yerlərdə ayın müxtəlif vaxtlarda görülməsi ilə əlaqədardır. Azərbaycanda rəsədxana deyir ki, ayın 30-da yeni ay çıxır. Başqa ölkələrdə isə yeni ayın martın 31-də görünəcəyi bildirilir. Fikir ayrılığının yaranmasının səbəblərindən biri budur",

Deputatın sözlərinə görə, bəzi ölkələr Ramazan bayramını fərqli gündə qeyd etməyi məqsədli şəkildə edir.

"Yəni digər ölkələrdən tamamilə fərqlənmək və özlərinin gücünü, qüdrətini göstərmək üçün bir sıra hallarda belə addımları atırlar. Əslində İslama görə bir müsəlman ölkəsində ay görünübsə, bütün müsəlmanlar oruca başlaya bilərlər. Eyni zamanda bir müsəlman ölkəsində yeni ay göründükdə, hamı onun əsasında orucunu dayandıra bilər. Hesab edirəm ki, ən düzgün yanaşma budur. Müsəlmanlar çalışmalıdırlar ki, bu yanaşmaya keçsinlər. Təəssüf ki, bu, hələ mümkün deyil. Qeyd etdiyimiz kimi bəzi müsəlman ölkələri digər ölkələrdən fərqlənməni özləri üçün prinsip seçirlər. Hər il digər ölkələrdən fərqlənməyə çalışırlar. Amma mən düşünürəm ki, birliyi, vəhdəti, bərabərliyi təmin etmək üçün müsəlmanların eyni tarixdə oruca başlayıb, orucu dayandırması yaxşı olar. Bu, mümkündür və həmrəyliyə də töhfə verə bilər. Uzun müddətdir ki, əksər müsəlman dövlətləri fərqli günlərdə Ramazana başlayıb, oruclarını dayandırırlar. Bəzən müxtəlif polemikalar olsa da, bu hansısa qarşıdurmaya aparıb çıxarmır".

C.Məmmədov ölkəmizdə də fərqli vaxtlarda Ramazana başlayanlar və oruclarını dayandıranlar barədə də danışıb. O, bunun təəssüf doğurduğunu qeyd edib:

"Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə sabah müsəlmanların bir qismi bayramı qeyd etsələr də, bir qismi həftənin ilk günü qeyd edəcəklər. Təəssüf ki, biz hər il olduğu kimi bu il də eyni problemi yaşayırıq. Bu məsələnin həlli kifayət qədər mürəkkəbdir. Amma mən düşünürəm ki, istək olarsa, başqa ölkələrdən fərqlənmək düşüncəsini, öz gücünü, qüdrətini göstərmək təşəbbüsünü, cəhdini bir sıra ölkələr kənara qoysalar, biz hər il bu problemi yaşamaya bilərik. İnsanlara da tövsiyyəm ondan ibarətdir ki, onlar Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən oruca başladıqları kimi, həmin təqvimə əsasən də oruclaırnı bitirisinlər. Yəni biz müstəqil dövlətik. Azərbaycanın öz dövlət siyasəti var. Bu dövlət siyasətini bu gün də davam etdirməliyik, qorumalıyıq və bu istiqamətdə addımlar atmalıyıq. Bu olduqca önəmli məsələdir. Məsuliyyəti isə fətvanı verən qurumlar daşıyırlar,onlar narahat olmasınlar, bunun üçün heç bir əsas yoxdur. Əsas odur ki, dövlətimizin öz ənənələri, dəyərləri var. Biz bu ənənələri qorumalıyıq. Hesab edirəm ki, burada ilahiyyatçıların, din sahəsində çalışanların üzərinə böyük bir məsuliyyət və vəzifə düşür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Mart 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri