Icma.az
close
up
RU
Bir millət, iki dövlətin XXI əsrdə zirvəyə doğru yürüşü ŞƏRH

Bir millət, iki dövlətin XXI əsrdə zirvəyə doğru yürüşü ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

2021-ci il 15 iyun tarixi Azərbaycan və Türkiyə münasibətləri tarixində yeni mərhələnin başlanğıcı kimi yadda qaldı. Bu tarixdə azad edilmiş Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” yalnız iki dövlət arasında hüquqi sənəd deyil, eyni zamanda geosiyasi iradənin təcəssümü, tarixi yaddaşın davamı və strateji niyyətlərin rəmzi oldu. Bu sənəd, əsrlər boyu bir-birinə sıx bağlı olan iki qardaş xalqın dövlət səviyyəsində gələcək münasibətlərini müəyyən edən yol xəritəsinə çevrildi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənəd sadəcə bir diplomatik razılaşma deyil, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərinə sadiqliyin real təzahürüdür. Bu fikirlər, artıq yalnız tarixi xatirə deyil, dövlətlərarası münasibətlərin əsas prinsipidir. Şuşa Bəyannaməsi bu fikirlərə hüquqi və siyasi baxımdan yeni nəfəs verdi. Şuşa Bəyannaməsi strateji baxımdan çoxsahəli bir əməkdaşlıq platformasıdır. Sənədin əhatə etdiyi sahələr arasında siyasi koordinasiya, müdafiə və təhlükəsizlik, iqtisadi və energetika əməkdaşlığı, nəqliyyat və logistika, təhsil, mədəniyyət və informasiya siyasəti kimi önəmli istiqamətlər var. Bu sənəd iki ölkə arasında bütün sahələrdə tam koordinasiyanı təmin etməklə yanaşı, həm də regional sabitliyin və təhlükəsizliyin təminatçısına çevrilir.Ən vacib strateji mesajlardan biri isə bəyannamənin imzalandığı yer və tarixlə bağlıdır. Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı, Vətən müharibəsinin rəmzi və milli qürurun təcəssümüdür. Məhz bu şəhərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında bəyannamənin imzalanması iki ölkənin həmrəyliyini dünya ictimaiyyətinə nümayiş etdirdi.

Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə üçün deyil, həm də Cənubi Qafqazda və daha geniş coğrafiyada geosiyasi münasibətləri formalaşdıran sənəddir. Bu bəyannamə ilə Türkiyə Cənubi Qafqazda yeni status qazanır, Azərbaycan isə regionun təhlükəsizlik arxitekturasında mühüm rola yiyələnir.Bəyannamə müttəfiqlik münasibətlərinin hüquqi zəminini müəyyən etməklə yanaşı, gələcəkdə istənilən təhdid qarşısında qarşılıqlı hərbi yardım və müdafiəni də ehtiva edir. Bu, Ermənistandakı revanşist qüvvələrə və regionda sabitliyi pozmağa çalışan qüvvələrə ünvanlanan ciddi ismarışdır. Artıq heç kim Azərbaycanla Türkiyənin iradəsinə qarşı çıxmağa cəsarət etməməlidir.

Bəyannamədə Zəngəzur dəhlizi ilə bağlı müddəaların əks olunması isə regionun geoiqtisadi gələcəyi baxımından mühüm hadisədir. Bu dəhliz təkcə Azərbaycan və Türkiyəni deyil, Türk dünyasını birləşdirəcək strateji layihəyə çevrilməkdədir. Bəyannamədə müdafiə sənayesi sahəsində əməkdaşlıq, birgə hərbi təlimlər, müasir texnologiyalar əsasında silahların istehsalı və istifadəsi, informasiya təhlükəsizliyi üzrə koordinasiya kimi məsələlər də yer alır. Bu isə hərbi-siyasi baxımdan iki ölkənin daha güclü və davamlı müttəfiqliyinin göstəricisidir.Eyni zamanda, sənəddə iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi, sənaye zonalarının yaradılması və investisiya mühitinin yaxşılaşdırılması kimi praktiki hədəflər nəzərdə tutulur. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və regionun yeni iqtisadi model üzrə inkişafına şərait yaradır.

Şuşa Bəyannaməsi informasiya müstəvisində də yeni çağırışlara cavab verir. Xaricdə yaşayan türk və Azərbaycan icmalarının əlaqələrinin dərinləşdirilməsi, ortaq media platformalarının yaradılması, informasiya diplomatiyasının gücləndirilməsi üçün konkret hədəflər müəyyənləşdirilib. Bu, informasiya müharibəsində qlobal miqyasda rəqabətə hazır olan milli platformaların formalaşmasına zəmin yaradır. Sonda qeyd edək ki, Şuşa Bəyannaməsi artıq ənənəyə çevrilmiş illik konfranslara da əsas verib. 2022, 2023 və 2024-cü illərdə iyunun 15-də Şuşada keçirilmiş beynəlxalq tədbirlər bu sənədin praktik nəticələrə malik olduğunu, ideyadan konkret fəaliyyətə keçdiyini təsdiqləyir. Bu tədbirlər təkcə müzakirə formatı deyil, həm də iki ölkənin ortaq siyasi fəlsəfəsini təbliğ edən güc platformalarıdır.Şuşa Bəyannaməsi XXI əsrdə Türk Dünyasının inteqrasiyasına, regionun sabitliyinə və müstəqil siyasət yürütmək istəyən dövlətlərə ilham mənbəyi kimi çıxış edir. Bu sənədin mahiyyətində milli iradə, strateji baxış, tarixi məsuliyyət və gələcəyə hesablanmış birlik dayanır. Hər bir bəndi ilə gələcəyə mühüm mesajlar göndərən bu sənəd, Azərbaycan və Türkiyənin taleyində yeni bir epoxanın başlanğıc nöqtəsi kimi tarixə düşür.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see264

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see146

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see144

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see141

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see119

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see118

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see117

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri