Icma.az
close
up
RU
“Sona qədər bizi orada saxlayıblarsa, bu da yaxşı göstəricidir”

“Sona qədər bizi orada saxlayıblarsa, bu da yaxşı göstəricidir”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FIFA referisi Elçin Məsiyev iyunda Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.

Futbolpress.az xəbər verir ki, onun başçılıq etdiyi hakimlər briqadası qrup mərhələsində Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarını idarə edib. Məsiyev, həmçinin, 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə – Niderland (2:1) matçının ehtiyat hakimi olub.

I kateqoriyaya malik 33 yaşlı referi AFFA-nın mətbuat xidmətinə müsahibəsində fikirlərini bildirib:

– U-21-lərin Avropa çempionatının final oyunundakı idarəçiliyiniz UEFA-nın Hakimlər Komitəsi tərəfindən necə qarşılandı?
– Oyunlarda idarəçiliyimiz yaxşı səviyyədə alındı, UEFA-nın oradakı komitə üzvləri pozitiv fikirlər səsləndirdilər. Hətta bu yaxınlarda Bakıda səfərdə olmuş UEFA Hakimlər Komitəsinin üzvü Byon Kuypers idarə etdiyim Çexiya – İngiltərə oyununu tribunadan izləyib, performansımı dəyərləndiribmiş. Halbuki bizim bundan xəbərimiz olmayıb. Matçdan sonra mənimlə bu barədə söhbət etdi, idarəçiliyimi çox bəyəndiyini, razı qaldığını dedi.

– Turnirin 1/4 və yarımfinal mərhələsinə təyinat aldınız. Finalda da yer almaq şansınız var idi?
– Əslində final oyununa namizəd idim. Həlledici matçda iştirak etməyi çox istəyirdim. Bildiyiniz kimi, final görüşünü niderlandlı hakim idarə etdi. Niderland millisi isə yarımfinalda məğlub oldu. Niderland yığması finala vəsiqə qazansaydı, çox güman ki, final matçına təyinat alacaqdım. Əsas odur ki, təəssüratlar yaxşı oldu, uğurlu performansla yadda qaldıq. UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik. Sona qədər bizi orada saxlayıblarsa, bu da yaxşı göstəricidir.

– Avropa çempionatına təyinatın gələcək karyeranıza nə kimi təsiri ola bilər?
– İnanıram ki, bu amil karyeramız üçün faydalı olacaq. Bu idarəçiliyin gələcək təyinatlara müsbət təsir edəcəyini düşünürəm. Bizə göstərilən etimadları doğrultmağa və daha yüksək səviyyəli turnirlərə təyinat almağa çalışacağıq.

– Daha yüksək səviyyəli turnir dedikdə hansı yarışları nəzərdə tutursunuz?
– Bu, A millilərin Avropa çempionatından sonra qitənin ən böyük ikinci turniridir. Bizə bildirdilər ki, U-21-lərin qitə birinciliyinə təyinat alan hakimlər diqqət mərkəzindədirlər və gələcəkdə əsas millilər arasında Avropa çempionatının final mərhələsinə namizədlərdir. Düzdür, həmin səviyyəyə çatmaq üçün hələ müyyən mərhələlərdən keçəcəyik. Əsas sınaqlardan biri Slovakiyadakı turnir idi və bundan üzüağ çıxdıq. Qarşıdakı avrokubok mövsümündə inamlı idarəçiliklə Avropa çempionatına bir addım da yaxınlaşmağa çalışacağıq.

– 2024-cü ilin dekabrında FIFA-da I kateqoriyaya yüksəldiniz və ötən ay U-21-lərin Avropa çempionatına təyinat aldınız. Hakim kimi ən böyük hədəfləriniz nələrdir?
– Hər bir hakimin ən böyük arzusu Çempionlar Liqasının final oyununu idarə etməkdir. Mənim də ən böyük hədəflərim Çempionlar Liqası, Avropa çempionatı və dünya çempionatına təyinat almaq və bu turnirlərin final oyununu idarə etməkdir. Bilirik ki, bizim kimi ölkələrin nümayəndələri üçün bu, ikiqat çətindir. Ancaq etimadı doğrultmaq və həmin səviyyədə oyunlara təyinat almaq üçün əlimizdən gələni edəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Sentyabr 2026 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri