“Sonder Trade” şirkətindən eksklüziv təqdimat Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
İyunun 6-da Bakının prestijli məkanlarından olan “Luciano” restoranında premium dəriyə qulluq markası “Licapè”nin təqdimatına həsr olunmuş xüsusi şam yeməyi təşkil olunub.
Tədbir Azərbaycanın kosmetika və gözəllik sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Sonder Trade” tərəfindən təşkil edilib. Şirkət beynəlxalq üz baxımı və kosmetik brendlərin Azərbaycandakı rəsmi distribütoru olaraq, innovativ və yüksəkkeyfiyyətli məhsulların yerli bazara təqdim edilməsini davam etdirir.
Gecə çərçivəsində qonaqlara “Licapè” markasının fəlsəfəsi, məhsul çeşidləri, dəriyə qulluq sahəsində təqdim etdiyi yeniliklər və üstünlükləri haqqında ətraflı məlumat verilib. Tədbir iştirakçıları məhsullarla yaxından tanış olmaq, onların xüsusiyyətlərini öyrənmək və markanın gələcək planları barədə məlumat almaq imkanı əldə ediblər.
Təqdimat gecəsində ölkənin tanınmış influenser və kontent yaradıcıları da iştirak ediblər. Qonaqlar arasında Nadjiba, Apruza, Hemistyle, Millastanza, Roseistanza və digər tanınmış simalar yer alıblar. Tədbir boyunca qonaqlar arasında fikir mübadiləsi aparılıb, gözəllik və dəriyə qulluq sahəsində son tendensiyalar müzakirə olunub.
Səmimi və zövqlü atmosferdə keçən gecə “Licapè” markasının Azərbaycan bazarındakı inkişaf strategiyasının təqdimatı baxımından mühüm əhəmiyyət daşıyıb. “Sonder Trade” gələcəkdə də dünya səviyyəli kosmetik və dəriyə qulluq brendlərini yerli istehlakçılara təqdim etməyə davam edəcəyini bildirib.




Baxış sayı:111
Bu xəbər 09 İyun 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















