Icma.az
close
up
RU
“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” Elşən Musayev

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” Elşən Musayev

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“İsveçrədə sığınacaq alan Emin Hüseynovun separatçı Ovsep Xurşudyanla birgə yeni layihəyə başlaması və qonaq qismində ilk olaraq revanşist, inkarçı fəaliyyəti ilə tanınan David Stepanyanı öz efirinə dəvət etməsi əslində məni qətiyyən təəccübləndirmədi. Niyə? Çünki Emin, illər boyunca azərbaycanlıların deyil, məhz ermənilərin aşiqi olub. Çünki Eminin yapısındakı, genindəki, qanındakı erməni çalarları, erməni ruhu ona başqa cür davranmağa imkan vermir. Və nəhayət: Çünki Emin əmr quludur, xüsusi xidmət orqanlarının ştatlı “verbovka”sıdır və eyniadlı səbəbdən də “kuratorları” nə tapşırıq versə, onları qeyd - şərtsiz icra etməyə məhkumdur”.

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev söyləyib.

Millət vəkili bildirib ki, o, Emin Hüseynovla ilk dəfə 2015-ci ildə Strasburqda qarşılaşıb: “AŞPA-nın inzibati binasında balaca bir bufet var. Hərdən nümayəndə heyətimizin digər üzvləri ilə bərabər ya iclaslardan sonra, ya da müzakirələrarası ora düşərdik ki, çayla, kofeylə boğazımızı yaşlayaq. Və nə zaman getsək, bir baxırdıq, Emin orada “bitib”. Yanında da bir çəlimsiz qız. Üstəlik, davamlı şəkildə, dayanmadan, nəsə yazıb-pozurdular. Sonradan bildim ki, həmin qız da erməni əsillidir və bunların “cızmaqaraları” Azərbaycanı nüfuzdan salmağa yönəlik çağırışlardır. Vərəq şəklində tirajlayıb paylayırdılar. Foyedə. Kuluarlarda. Yetənə. Kim qarşılarına çıxdı - ona. Hətta bir dəfə çaşıb mənə də vermişdilər.

Bundan sonra sosial şəbəkələrdə onun vətəndaşlıq almaq üçün Ermənistan rəhbərliyinə müraciət etməsi barədə xəbərlər dolaşdı. Daha sonra məlum oldu ki, İsa Qəmbərin oğlu İlkin Qəmbərin saxta erməni soyqırımı haqda çəkdiyi sənədli filmin əsas rəyçisi Emin imiş. Ondan sonra erməni Karine Markaryanla vətəndaş nikahına girdi, Vardanyanın müdafiəsinə qoşuldu, erməni mətbuatının əsas manşetlərindən, erməni diasporunun tədbirlərindən boylandı. Əlqərəz, Emin həyatının heç bir dönəmində və etapında erməni əskikliyindən, erməni çatışmazlığından, erməni kasadlığından əziyyət çəkmədi. Hara getdisə onları tapdı, onlarla qucaqlaşdı, onlarla əlbirləşdi... 

Yəni demək istəyirəm ki, bu gün haqqında bəhs edilən, erməni ilə ortaq layihə hazırlayan, öz studiyasını separatçılarla, ən aşağılıq adamlarla “bəzəyən” Emin, bax həmin Emindir!

Nankor Emin! Qatı ermənipərəst Emin! Revanşistdən, daşnakdan daha betər Emin! Şizofren Mehmanın qardaşı Emin! Şərəf və vicdan anlayışlarından bir ömür boyunca qısır qalan Emin! Qadın paltarı ilə, dikdabanla, pariklə, iri dolğulu dodaq boyası, ənlik və kirşanla səfirlik həndəvərlərində bərq vuran Emin..!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 İyul 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri