Icma.az
close
up
RU
Sonsuzluğa səbəb olduğu bildirilən enerji içkiləri ilə bağlı daha bir XƏBƏRDARLIQ

Sonsuzluğa səbəb olduğu bildirilən enerji içkiləri ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, son illər enerji içkiləri gənclər arasında ən çox tələb və marağa səbəb olan içkilər siyahısındadır. Bu içkilərin sağlamlığa təsirini az-çox hər birimiz bilirik, mütəmadi müzakirə edilir, fəsadları barədə xəbərdarlıqlar olunur.  Lakin buna baxmayaraq insan orqanizmi üçün zərərli olan həmin içkilərdən istifadə edənlərin sayında ilbəil artım müşahidə edilir. Bəziləri bunu içkilərin satışına hər hansı bir məhdudiyyətin qoyulmaması ilə əlaqələndirir. Bu məqam enerji içkilərini daha əlçatan edir. Eyni zamanda sözügedən içkilərlə bağlı istər sosial şəbəkələrdə, istərsə də televiziyalarda tez-tez reklam kampaniyaları həyata keçirilir. Bu da yeniyetmələr arasında aludəçiliyi gücləndirən amillərdəndir.
“Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na görə, Azərbaycanda energetik içkilərin yaşı 18-dən yuxarı şəxslərə satılması nəzərdə tutulub,amma  yenə də azyaşlı şəxslərə enerji içkilərinin satıldığının şahidi oluruq. Mövcud vəziyyət həm cəmiyyət, həm də dövlət qurumları tərəfindən ciddi narahatlıq doğurur.
Millət vəkili Hikmət Babaoğlu enerji içkilərinə nəzarət olunması və məhdudiyyətlərin tətbiq edilməsi yönündə çıxış edib. O, bunu enerji içkilərinin insan saglamlığı üçün törətdiyi ziyanla əlaqələndirib: "Enerji içkilərindən istifadə edən uşaqlarda 20 yaşdan sonra şəkər xəstəliyi və tükənmişlik sindromu başlayır. Nəticə etibarilə demoqrafik artıma təsir edir, çünki onların uşaqları olmur”, -deyə deputat bildirib. O, həmçinin  Ombudsman aparatı və Milli Məclisin İnsan hüquqları komitəsini buna qarşı mübarizə aparmağa çağırıb.
Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi  İlkin Şirinov  Bizim.Media-ya enerji içkilərinin zərərlərindən danışıb.
"Enerji içkilərinin törətdiyi fəsadlar dəfələrlə müzakirə edilib. Bunun üçün xüsusi həkimin, qida mütəxəssisin rəyinə gərək yoxdur. İnsanlar öncəliklə öz sağlamlıqlarının və himayələrində olan azyaşlıların qeydinə qalmalıdır.

Xüsusilə hamilə qadınların, şəkərli diabet xəstələrinin, sağlamlıq problemləri olan insanların bu içkilərdən istifadəsi məqbul sayılmır. Dəfələrlə bu barədə tövsiyələr edilir. Enerji içkilərindən mütəmadi istifadə insan sağlamlığında müxtəlif xəstəliklərə yol açır. Məlum olduğu kimi, bu içkilərin tərkibində rəngləndiricilər, koffein, şəkər, dadlandırıcı kimi kimyəvi maddələr var. Bunlardan aşırı dərəcə istifadə yuxusuzluğa gətirib çıxarır. Bəzən azyaşlı uşaqların da bu tipli içkilərdən istifadə etdiyini görürük”, - o, deyib.
Ekspertin sözlərinə görə bu sahədə xüsusi nəzarət mexanizminə ehtiyac yoxdur:
“Valideynlər özləri nəzarət etməlidirlər. 18 yaşına çatmamış uşaqlara qadağa qoysunlar. Valideynlər uşaqlarının bu içkiləri içdiyini görüb heç bir reaksiya vermir. Belə məsələlərdə məsuliyyət öncəliklə insanlara düşür. Dəfələrə xəbərdarlıq edilir ki, bu tipli içkilərdən çox istifadə etdikdə asılılıq yaradır, əsəb sisteminin pozğunluğuna gətirib çıxarır, allergik xəstəliklərə yol açır, amma situasiya dəyişmir”, - deyə İ.Şirinov fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Mart 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri