Sonuncu yaxın dostumu itirdim... ANAR
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
"Mənim üçün çox böyük itki, çox böyük ağrıdır”.
Modern.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib.
“Bu gün səhər Elçinin ölüm xəbərini almışam. İndiyə qədər özümə gələ bilməmişəm. Bir yazı da yazmışam, “Ədəbiyyat qəzeti”ndə çıxacaq. Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim”, - deyə Anar qeyd edib.
Qeyd edək ki, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün ömrünün 82-ci ilində vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 03 Avqust 2025 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















