Icma.az
close
up
RU
Sorğuları süni intellektin əvəzinə insanın cavablandırdığı çatbot yaradılıb

Sorğuları süni intellektin əvəzinə insanın cavablandırdığı çatbot yaradılıb

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Google" şirkətinin keçmiş əməkdaşı Taker Brayant xarici görünüşünə görə süni intellekt çatbotunu xatırladan, lakin əslində neyron şəbəkədən istifadə etməyən "ChatTJB" adlı xidməti istifadəyə verib.

Moderator.az bu barədə RBK-ya istinadən xəbər verir.

Layihənin əsas fərqi ondan ibarətdir ki, istifadəçilərin bütün sorğularını şəxsən Brayant oxuyur və cavabları özü yazaraq göndərir.

Xidmətin tanıtımı üçün ABŞ-nin San-Fransisko şəhərində reklam lövhələri yerləşdirilib. Reklamda "ChatTJB" "AI əsaslı aparıcı çatbot interfeysi" kimi təqdim olunsa da, kiçik şriftlə AI qısaltmasının bu halda "artificial intelligence" (süni intellekt) deyil, "average individual" (orta statistik insan) mənasını verdiyi qeyd olunur.

"ChatTJB" qəsdən real süni intellekt xidmətlərindən daha yavaş və qeyri-sabit işləyir. Cavablar dərhal göndərilmir və yalnız layihənin müəllifi sorğunu gördükdən sonra hazırlanır. Brayant cavabların mütləq doğru olacağına zəmanət vermir. Xidmət bəzən qeyri-dəqiq məsləhətlər verə, müəmmalı cavab yaza və ya izahı şeir formasında təqdim edə bilər. Şəkil yaratma funksiyası da əllə həyata keçirilir və istifadəçiyə neyron şəbəkənin hazırladığı təsvir əvəzinə müəllifin çəkdiyi rəsm göndərilir.

Müəllif bildirir ki, "ChatTJB" "ChatGPT" və digər süni intellekt köməkçilərinə rəqib olmaq məqsədi daşımır. Layihə satirik sənət işi kimi hazırlanıb və insanların çatbotların ünsiyyət tərzi, interfeysi və inamlı cavablarına həddindən artıq etibar etməsinə diqqət çəkməyi hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Avqust 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri