Icma.az
close
up
RU
“mygov” platformasında məlumat sorğuları barədə bildirişlər göndəriləcək

“mygov” platformasında məlumat sorğuları barədə bildirişlər göndəriləcək

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“mygov” rəqəmsal hökumət platformasında yeni funksionallıq istifadəyə verilib.

Bu barədə "APA-Economics"ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Belə ki, artıq vətəndaşlar özəl qurumlar tərəfindən məlumatlarının sorğulanması barədə bildirişlər alırlar.

Nəticədə vətəndaşlar “mygov” tətbiqi və veb platforması üzərindən məlumatlarının hansı qurumlar tərəfindən sorğulandığını daha operativ izləyə bilirlər. Sorğulama baş verdiyi anda sistem avtomatik olaraq “mygov” tətbiqi vasitəsilə vətəndaşa bildiriş göndərir. İstifadəçi bildirişə klik edərək “Bildirişlər” moduluna keçid edə və “Tarixçəyə keçid et” düyməsi vasitəsilə daha ətraflı məlumatı əldə edə bilər. Əgər vətəndaş bildirişdə qeyd olunan şirkət (qurum) tərəfindən sorğulanmaq istəmirsə, bu zaman "İcazələrin idarə edilməsi" moduluna daxil olaraq müvafiq sorğulamanı bağlaya bilər.

Yeni funksionallığın əsas məqsədi vətəndaşların şəxsi məlumatlarına nəzarətini artırmaqdır. Bu xüsusiyyət sayəsində vətəndaşlar məlumatlarının sorğulanması barədə vaxtında xəbərdar olur və prosesə daha rahat şəkildə nəzarət edə bilirlər.

Sorğular məzmununa uyğun olaraq yeddi kateqoriya üzrə qruplaşdırılır: fərdi məlumatlar, məşğulluq, ailə, təhsil, nəqliyyat, sosial müdafiə və təminat, rabitə. Nəticədə vətəndaş məlumatların hansı qurum tərəfindən və hansı kateqoriya üzrə sorğulandığını bilir və öz məlumat dövriyyəsini daha səmərəli şəkildə izləyir.

Qeyd edək ki, fərdi məlumatların istifadəsi zamanı vətəndaş razılıqlarının rəqəmsal qaydada idarə olunması da “mygov” platformasının təqdim etdiyi imkanlardan biridir. Vətəndaşlar “İcazələrin idarə edilməsi” bölməsi vasitəsilə özəl şirkətlər tərəfindən aparılan məlumat sorğularını izləyə, verdikləri razılıqları idarə edə, onların qüvvədə qalma müddətini müəyyənləşdirə, eləcə də istədikdə dayandıra və ya yenidən aktivləşdirə bilirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri