Icma.az
close
up
RU
SOS: Bu bioloji qidalara yaxın düşməyin!

SOS: Bu bioloji qidalara yaxın düşməyin!

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

AQTA yararsız bioloji aktiv qida məhsulu barədə tədbir görülüb. Söhbət Məlik Bağırzadənin Türkiyədən idxal etdiyi “Cosmoactive İlaç Anonim Şirketi”nin istehsalı olan “Bilgam” adlı bioloji aktiv qida məhsulundan gedir.

Məhsulun etiket məlumatlarında "Vitamin B12" göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.

Qeyd edək ki, bioloji aktiv qida məhsulları (BAQM) orqanizmin ehtiyacı olan gündəlik vitamin, mineral və digər vacib qida maddələrini tamamlamasına kömək edir. Kalsium, D vitamini, fol turşusu, omega-3 və B vitaminləri sümüklərin, ürək-damar sisteminin, beyin və ümumi inkişafın dəstəklənməsində mühüm rol oynayır.

BAQM uşaqlar, böyüklər və yaşlılarda sağlam funksiyaların qorunmasına yardımçı olur. Sümük möhkəmliyi, enerji mübadiləsi, hamiləlikdə sağlam inkişaf, immun sistem dəstəyi və yaşla bağlı dəyişikliklərdə əlavə müdafiə kimi təsirlərə malikdir. Həkimlər tövsiyə edir ki, BAQM qidalanmanı əvəz etmir və qəbul edilməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Musavat.com-a şərhində bildirib ki, BAQM müalicə vasitəsi deyil. Lakın onun sözlərinə görə, bu maddələr hər kəs üçün uyğun da deyil: “Əgər istifadə olunacaqsa, analiz verilərək, həqiqətən həmin maddənin orqanizmdə az olmasını bildiyi halda peşəkar mütəxəssislər tərəfindən təyin olunmalıdır. Əks halda, insan orqanizmində bir çox zərəri ola bilər.

Yaxşı olar ki, dövlət nəzarətindən keçən, doğru texnologiya ilə istehsal olunan yerlərdən alınsın. Əksər hallarda mənşəyi bəlli olmayan məhsulların, ağır metalların, pestisidlərin olması və prosedur zamanı bir çox mikro-bioloji çirklənməyə yol verilməsi həmin məhsulların insan orqanizmində fəsadlar törətməsinə səbəb ola bilər. Eləcə də BAQM orqanizm üçün parçalanma və sorulma xüsusiyyətlərinə malik olmalıdır və buna aidiyyəti qurumlar tərəfindən nəzarət edilməlidir.

Bir çox halda bu məhsulları xarici ölkələrdən nəzarətdən keçməyən yerlərdən yaxud onlayn satış platformalarından alırlar ki, bu da daha təhlükəli nəticəyə gətirib çıxarır. Mineral çatışmazlığı olan şəxslər –hamilələr, yaşlılar, xüsusi qidalanma ehtiyacı olan insanlar, balanslı qidalana bilməyən yeniyetmə və gənclər keyfiyyətli BAQM-dan istifadə edə bilərlər. Lakin hamilələr, süd verən qadınlar, qaraciyər və böyrək xəstəlikləri olan, xroniki xəstəlikləri olub digər dərmanlar qəbul edənlər, xüsusilə qan durulaşdırıcı dərmanlar qəbul edənlər, daha diqqətli olmalıdırlar. Bəzən “bitki tərkibli”, “təbii” sözləri insanları aldadır. Bu baxımdan daha diqqətli olmaqda fayda var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 İyul 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri