Icma.az
close
up
RU
SOS: Bu məhsullarda təhlükə var!

SOS: Bu məhsullarda təhlükə var!

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gündəlik istifadə etdiyimiz bəzi məhsullar əslində orqanizmimiz üçün böyük təhlükə yaradır. Məsələ ondadır ki, son vaxtlar istər yol kənarlarında, istərsə də mağazalarda çərəz, quru meyvə, müxtəlif turşular, ədviyyat kimi məhsulların üstü açıq şəkildə satışı artıb. İlk baxışda adi görünən bu cür satış üsulu zamanı sanitar-gigiyenik qaydalara əməl edilmədikdə qidalar insan orqanizmi üçün ciddi risklər yarada bilər. Axı, məsələn, üstü açıq ədviyyatı (sumaq, istiot, sarıkök və s.) yumaq mümkün deyil.

Bəs söhbət hansı risklərdən gedir? İnsanlar nələrə diqqət etməlidir?

Sosioloq Lalə Mehralı öz sosial media hesabında mövzu ilə bağlı heyrətamiz fakt açıqlayıb. O deyib ki, bazar və marketlərdə satılan çərəzlərə, meyvə qurularına həşəratlardan qorumaq üçün "dixlofos" deyilən milçək dərmanı çiləyirlər, o bunun şahidi olub:

“Bu dərmanın təbii ki, insan orqanizminə verdiyi zərərdən danışmağa dəyməz, bu aydın məsələdir. Bu səbəbdən quru meyvələri bazardan almaq əvəzinə özüm hazırlayıram”.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı Musavat.com-a deyib ki, açıqda satılan bir çox qida məhsullarının saxlanması ciddi risklər yaradır:

“Xüsusilə, belə məhsulların satıldığı yer, daşınma zamanı qablaşdırılması, daşınma prosesində məhsulun fərdi xüsusiyyətləri nəzərə alınaraq saxlanma temperaturu və uyğunluq prinsipləri vacibdir. Bu qaydalara əməl olunmadıqda isə məhsul, hətta keyfiyyətli və təbii olsa belə, öz keyfiyyətini itirə bilər. Çünki bu məhsullar mütləq şəkildə çirklənməyə məruz qalır və bir çox hallarda yuyulmadan istifadə olunur ki, bu təhlükəni daha da artırır. İlk növbədə bilmək lazımdır ki, söhbət əsasən çərəzlərdən, ədviyyatlardan, çəki ilə satılan paxlalılardan, eləcə də ev şəraitində hazırlanmış turşulardan gedir. Hər bir məhsulun özünəməxsus saxlanma şəraiti və temperatur rejimi var, mütləq uyğun qabda saxlanılmalıdır. Əgər uyğun qablarda saxlanılmırsa, həmin qablar müəyyən temperatura məruz qaldıqda zərərli maddələr buraxa bilər ki, bu maddələr birbaşa qidaya keçir. Eyni zamanda temperatur rejiminə əməl olunmadıqda, xüsusilə çərəzlərdə kiflənmə baş verir. Kiflənmə zamanı toksiki maddələr ifraz olunur ki, bu da orqanizmdə daxili orqanların — xüsusilə qaraciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur”.

Ekspert qeyd edib ki, belə məhsullar yol kənarında və ya açıq şəraitdə, küçədə satıldıqda müxtəlif ağır tüstülər, toz və ekoloji çirklənmə ilə təmasda olur:

“Hansı ərazidə satılırsa, həmin mühitə uyğun çirklənmə baş verir. Bu isə xüsusilə immun sistemi zəif olan insanlarda, azyaşlılarda, yaşlılarda və xroniki xəstəlikləri olan şəxslərdə daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Eyni zamanda allergiya yarada, həzm sisteminin, mədə-bağırsaq fəaliyyətinin pozulmasına gətirib çıxara bilər. Əksər hallarda insanlar həmin qidanı qəbul etdikdən sonra qəfil qarın ağrısı və ishal ilə üzləşir, lakin bəzən bunun məhz çərəzlərdən və ya ədviyyatlardan qaynaqlandığını bilmirlər”.

Məhsəti Hüseynovaya görə, ən təhlükəli məqamlardan biri də yuyulması mümkün olmayan ədviyyatlardır:

“Bu məhsullar həm mikroblarla, həm kimyəvi tullantılarla, həm də tozla çirklənə bilər və bütün bu çirklənmələr birbaşa qida vasitəsilə insan orqanizminə daxil olur. Digər mühüm məsələ isə satıcının sanitar-gigiyena qaydalarına əməl etməməsidir. Əl gigiyenasına riayət olunmaması, məhsula çirkli əllə toxunulması nəticəsində müxtəlif bakteriya və viruslar qidaya keçə və onun çirklənməsinə səbəb ola bilər. Ümumiyyətlə, bu kimi məhsulları alarkən mənşəyi bəlli olan, etibarlı mənbələrdən və düzgün saxlanılan yerlərdən alınmasına diqqət yetirilməlidir. Xüsusilə, qablaşdırılmış məhsullarda qablaşmanın üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olmasına, istehsal tarixinə, son istifadə müddətinə və saxlanma şəraitinə baxmaq vacibdir. Əgər çərəzlər açıq şəkildə alınırsa, mütləq yuyulmalıdır. Məhsulun görünüşündə, dadında hər hansı uyğunsuzluq, kənar qoxu və ya məhsulun bir hissəsində kiflənmə müşahidə olunarsa, həmin qidadan istifadə edilməməlidir. Çünki kif qısa müddətdə bütün məhsula yayılır və bu da onun tamamilə yararsız hala düşməsinə səbəb olur. Buna görə də bu məqamlara xüsusi diqqət yetirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri