Icma.az
close
up
RU
SOS! Uşaqlarımıza yeni təhlükə 2 həftənin üzücü statistikası

SOS! Uşaqlarımıza yeni təhlükə 2 həftənin üzücü statistikası

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son iki həftə ərzində qeyri-çimərlik ərazilərdə azyaşlı və gənclərin boğulması ilə bağlı ard-arda faciəli xəbərlər gəlir. Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, yalnız son 14 gündə 7 nəfər çaylarda, göllərdə və kanallarda bataraq həyatını itirib.

Sonuncu faciə Şəmkir rayonunun Qədimqala kəndində yaşanıb. Göldə batmış 3 azyaşlının - 2016-cı il təvəllüdlü Fərdi Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Nadirli və 2021-ci il təvəllüdlü İsmayıl Nadirlinin meyitləri axtarışlardan sonra tapılıb və aidiyyəti üzrə təhvil verilib.

İyulun 3-də isə Beyləqan şəhəri ərazisindən keçən Xanqızı kanalında çimərkən batan 2011-ci il təvəllüdlü Əkbər Qasımlının meyiti sudan çıxarılıb. Sabirabadda da Kür çayında 19 yaşlı Bakı Biznes Universitetinin tələbəsi Eldəniz Məmiyev boğulub. O, maliyyə ixtisası üzrə 2-ci kursu yeni bitirmişdi. Toyuqlu pizza

Ağcabədidə isə Yuxarı Qarabağ kanalında daha bir faciə baş verib: 2007-ci il təvəllüdlü Anar Əmirov suya qərq olub.

FHN-in açıqlamasında vurğulanır ki, çimərlik üçün nəzərdə tutulmayan ərazilərin - kanalların, arxların, çayların, göllərin sualtı relyefi təhlükəli, axını sürətli, dərinliyi və şəffaflığı qeyri-müəyyəndir. Bu səbəblə belə yerlərdən istifadənin həyat və sağlamlıq üçün ciddi təhlükə yaratdığı bildirilir. Nazirlik əhalini, xüsusilə valideynləri xəbərdar edir: uşaq və yeniyetmələri nəzarətsiz buraxmayın, təhlükəsizlik qaydalarına əməl edin və çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən uzaq durun.

Hər il təkrar olunan bu faciələr bir daha göstərir ki, məsuliyyətsizlik başlıca səbəbdir. Amma uşaqlar və yeniyetmələrin həyatını xilas etmək üçün qabaqlayıcı tədbirlər də zəruridir. Xüsusilə Şəmkirdə həyatını itirənlərin hamısının azyaşlı olması məsuliyyətin daha çox böyüklərin üzərində olduğunu göstərir.

Hər kanala və ya arxa nəzarətçi təyin etmək əlbəttə mümkün deyil. Amma ən azından təhlükəli ərazilərə giriş məhdudiyyətləri qoymaq, xəbərdaredici lövhələr yerləşdirmək, müəyyən yerlərdə növbətçi xilasedicilər saxlamaqla bu qurbanların sayını azaltmaq olar.

Bu hadisələr bir daha göstərir ki, su hövzələrində təhlükəsizlik yalnız fərdi məsuliyyətlə deyil, həm də sistemli tədbirlərlə təmin olunmalıdır. Uşaqların həyatını qorumaq üçün hamımız üzərimizə düşəni etməliyik.

Aqşin Əlili 

FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili “Yeni Müsavat”a bildirib ki, son 15 gün ərzində bu kimi qeyri-çimərlik ərazilərdə boğulma nəticəsində 11 suda boğulma faktı qeydə alınıb: “Bu su hövzələri mürəkkəb relyefə, sürətli axına, qeyri-məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malikdirlər. Belə hövzələr insanların həyatına ciddi təhlükədir. Biz bir daha əhaliyə, xüsusən valideynlərə müraciət edirik ki, nəzarətsiz qeyri-çimərlik ərazilərdən, o cümlədən bu kimi su hövzələrindən istifadə etməsinlər. Uşaqları və yeniyetmələri nəzarətsiz qoymasınlar. 

Fövqəladə Hallar Nazirliyi hansısa ərazidə çimərlik təşkil etmir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yalnız ictimai çimərliklərdə təhlükəsizlik tədbirlərini həyata keçirir. Məsələn, sualtı müayinələr aparır, üzmə sərhədlərini müəyyən edən nişanlar, maarifləndirici lövhələr quraşdırılır, həmin ərazilərdə xilasetmə texniki vasitələr gətirilir ki,  hansısa hadisə baş verəndə suda batan şəxslə bağlı ilkin müdaxilə edilsin. Nəzarət olunmayan ərazilərdə orada heç bir təhlükəsizlik tədbirləri görülmür. Mən bir məsələni də qeyd edim ki, hər yerdə çimərlik təşkil etmək mümkün deyil. Həmin ərazi çimərlik şərtlərinə cavab verməlidir. Suvarma kanalında beton piltələrdən istifadə olunur, suyun surəti olduqca sürətlidir, dərinlik 4-5 metr, bəzən isə daha artıqdır. Əlbəttə ki, belə bir ərazidə çimmək təhlükəlidir. Bu kimi su hövzələrində peşəkar dalğıc belə tək çıxa bilmir. Xüsusi avadanlıqlardan istifadə edir. Adi vətəndaşa isə lap çətin olar".

A.Əlili qeyri-çimərlik ərazilərə giriş qadağasından da danışıb: “Xəzər dənizinin Azərbaycan sahilinin uzunluğu təxminən 955 km-dir. Bundan əlavə, ölkəmizdə kifayət qədər süni göllər, su kanalları var. Bütün bu ərazilərə bir metrdən bir lövhə yerləşdirmək mümkün deyil. İnsanlar diqqətdə saxlamalıdırlar ki, xilasedici olmayan yerdə çimmək olmaz. Kür çayında dövlət tərəfindən nəzərdə tutulmuş çimərlik var. Onlar Yevlax, Şirvan və Sabirabad rayonlarında yerləşir. FHN olaraq həmin ərazilərdə təhlükəsizlik tədbirlərini həyata keçiririk. Mingəçevir Su Anbarının sahilinə də nəzarət edilir. Həmin relyef çimərliyə uyğundur və çimərlik şərtləri ilə təmin olunub. Amma bu o demək deyil ki, hər yerdə çimərlik təşkil etmək olar. Bunun üçün relyef ona imkan verməlidir”.

Elmar Nurəliyev

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qəzetə açıqlamasında deyib ki, hər il dünya üzrə 400 minə yaxın insan suda boğulur ki, bunun da 98 faizi qeyri-çimərlik ərazidə baş verir: “Ona görə də rəsmi icazə verilən ərazilərdə çimmək lazımdır. İlk tələb budur. Çünki fəaliyyətinə icazə verilən çimərliklərdə mövsüm başlamamışdan öncə suyun altına baxış keçirilir, relyef müayinə olunur, suyun tərkibi araşdırılır.Təhlükə riski olmadıqdan sonra insanlara çimməyə icazə verilir. Və həmin ərazilərdə xilasedicilər olur. Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin verdiyi statistika da göstərir ki, onların nəzarət etdiyi çimərliklərdə boğulma halı qeydə alınmayıb”. 

Ekspert deyir ki, qeyri-çimərlik ərazisi olan su hövzələrinin hamısına qadağa lövhələri yerləşdirmək mümkün deyil: “Həmin ərazilərə yalnız maarifləndirici lövhələr qoyula bilər. Yaxud da qeyri-çimərlik ərazidə çimənlərin çox olduğunu nəzərə alıb hansısa tədbirlər həyata keçirmək olar. Xilasetmə xidməti təşkil etmək və ya oraya girişi məhdudlaşdırmaq olar. Lakin bütün su hövzələri boyunca xilasedici qoymaq mümkün deyil. İnsanlar əlverişsiz hava şəraitində çimərliklərə getməməlidirlər. Küləyin sürəti 10-12 metrdən artıq olarsa, spirtli içki qəbul edilən halda, qaranlıqda çimərliyə gedib çimmək təhlükəlidir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri