Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Baxın, uşaqlarımıza nə yedizdiririk!

Baxın, uşaqlarımıza nə yedizdiririk!

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Körpələrini 6 aya qədər süni qida və ya ana südü ilə qidalandırmalarından asılı olmayaraq, əlavə qidaya keçid zamanı anaların qarşısında bir çox suallar meydana gəlir.

Təbii valideynlik tərəfdarları ilk qidaların evdə hazırlanmış və ya bütün ailənin yediyi qidalardan olmasını təkid etsələr də, çoxsaylı pediatrlar hazır “market” sıyıqları və digər uşaq qidalarının heç də təbii qidalardan geri qalmadığını, bu qidaların tərkib etibarilə daha zəngin və vitaminli olduğunu iddia edir. Bəs həqiqətənmi hazır uşaq qidaları evdə hazırlanmış qidalardan heç nə ilə fərqlənmir, hələ əksinə onlarla müqayisədə müəyyən üstünlüklərə malikdir?

Qlobal uşaq qidası bazarı illik 6 milyard gəlirə malikdir. Sadəlövh valideynlər məkrli istehsalçıların gəlir mənbəyinə çevriliblər. Lakin, valideynlər unudurlar ki, hazır uşaq qidaları satın aldıqda, onlar sadəcə həmin qida üçün yox, həm də o qidanın emal prosesi, qablaşdırılması, saxlanılması, daşınması, reklam olunması və marketinqi üçün də pul ödəyirlər. Nəticə etibarilə, hazır uşaq qidaları bənzər təbii qidalardan çox baha başa gəlir. Son zamanlar təbiilik tərəfdarlarının sayının artması, istehsalçıların mövqelərinə böyük zərbə vurubdur. Odur ki, indi market rəflərində tez-tez “orqanik” uşaq qidalarına rast gəlmək olar. Qazanc əldə etmək üçün körpələrin sağlamlığını təhlükəyə atan şirkətlərin işini sadəlövh valideynlər daha da asanlaşdırır. Övladlarınızın sağlamlığına qarşı laqeyd qalmaq istəməyən ata və analar bəzi marketinq hiylələrindən xəbərdar olmalıdır.

thealphaparent.com saytı evdə hazırlanan və dükandan alınan eyni tərəvəz tərkibli püreləri fərqləndirmək üçün araşdırma aparmışdır. Fotoda solda evdə hazırlanan yaşıl noxud püresi, sağda isə onun hazır dükan alternatividir. Ən azından görünüş fərqi göz qabağındadır. İfrat emal olunma nəticəsində həmçinin qidanın rəf həyatını artırmaq üçün istifadə edilən prosedurlar tərəvəzin öz təbii rənginin və qidalandırıcı maddələrin itirilməsinə səbəb olmuşdur.

Uşaqların psixologiyasına dərindən bələd olan istehsalçılar sıyıq və ya püreləri qırmızı, narıncı və ya yaşıl rəngə boyayırlar. Bu, bəzən acınacaqlı nəticələrə səbəb olur. 1970-ci illərdə ABŞ-da uşaq qidaları istehsalı ilə məşğul olan bir şirkətin çiyələk dadlı hazır səhər yeməklərinin tərkibinə uşaqlarda ürəkbulanmaya səbəb olan süni rəngləndirici qatması qalmaqala səbəb olmuşdu. Minlərlə valideyn uşağının “qan” qusduğunu düşünərək təcili yardım çağırmışdı.

Xərcləri azaltmaq üçün bir sıra şirkətlər həqiqi qidaları su və qatılaşdırıcı maddələrlə, məsələn, nişasta ilə əvəzləyirlər. Qatılaşdırıcı maddə rolunu adətən rafinə olunmuş düyü, qarğıdalı və buğda nişastası oynayır. Hər hansı dənli bitkinin rafinə olunması, onun tərkibindəki vitaminlərin, proteinlərin liflərin azalmasına səbəb olur. Hər bir aşbaza məlumdur ki, istənilən qidaya bir balaca un və ya nişasta əlavə etməklə onu qatılaşdırmaq, həcmini artırmaq olar. Üstəlik, rafinə olunmuş nişasta dişlərin ətrafında toplanaraq çürümələrə səbəb olur. Beləlklə, istehsalçı marketdə satılmayan aşağı keyfiyyətli məhsulları su ilə qarışdıraraq onu yenidən bazara çıxarır. Şüşə qablaşdırmalarda satılan hazır uşaq qidalarının tərkibinə nəzər yetirsəniz, onların tərkibində ən çox suyun yer aldığını görə bilərsiniz. Qutularda satılan uşaq qidalarının üzərindəki inqrediyentlər siyahısında isə “şəkərə” rast gəlməsəniz də, bu qidaları dadaraq əksəriyyətinin dadının şirin olduğunu yoxlaya bilərsiniz. Belə çıxır ki, uşaqlarınızın sağlamlığı naminə bu qidaları seçdiyiniz halda, siz sadəcə “şəkər” və “su” üçün pul ödəyirsiniz. Əksər uşaq qidalarının tərkibində allergen maddələr, xüsusilə qlüten mövcuddur. Bəzi qidaların üzərinə “qlütensiz” etiketi vurulsa da, istehsalat zamanı həm qlütenli və həm də qlütensiz bitkilərin eyni avadanlıqlarda emal olunduğu çoxumuza məlumdur.

Uşaq qidalarına dair beynəlxalq qanunvericiliyə əsasən, qidaların adında hər hansı bir proteinin adı çəkilirsə, qidanın tərkibində o protein ən az 40% təşkil etməlidir. Məsələn, əgər bir uşaq qidası “Toyuq buğlaması” adlanırsa, o qidanın tərkibində ən az 40% toyuq olmalıdır. Əksər şirkətlərin istehsal etdiyi qidaların adında istifadə olunan proteinlər isə əslində o qidanın cəmi 5-8%-ini təşkil edir. 2012-ci ildə Qrinviç Universiteti tərəfindən həyata keçirilmiş araşdırmanın nəticələrinə əsasən, ən məşhur uşaq qidası brendlərinin tərkibində uşağın gündəlik tövsiyyə olunan kalsium, maqnezium, sink və digər mühüm maddələrin miqdarının cəmi 5%-ini təmin etdiyi məlum olmuşdur. Araşdırma nəticəsində sübut olunub ki, əksər brendlərə məxsus qidalar çizburgerdən daha az bəsləyici tərkibə malikdir.

Qidaların emal prosesi zamanı onların tərkibindəki faydalı qidalandırıcı maddələr ölür. Odur ki, qablaşdırmaların üzərində “orqanik” yazılmasına baxmayaraq, onların qida dəyəri, evdə hazırlayacağınız qeyri-orqanik qidaların qida dəyərindən də azdır. Məhz bu səbəbdən istehsalçılar bu qidaları “gücləndirmək” məcburiyyətində qalır. Onların qida dəyərini qaytarmaq üçün tərkiblərinə sintetik vitaminlər və minerallar qatılır. Hazır qidaların tərkib etibarilə zəngin olması barədə iddialar da məhz buradan qaynaqlanır.

Smiters İnstitutunun 2012-ci ildə həyata keçirdiyi araşdırmaya əsasən, 2 yaşından öncə hazır uşaq qidaları ilə qidalanan uşaqlarda İntellekt Əmsalının (IQ) daha aşağı olduğu aşkarlanıb. Buna səbəb odur ki, körpələrin beyin toxumaları həyatlarının məhz ilk 2 ilində fəal şəkildə inkişaf edir və bu dövrdə onların zəngin tərkibli qidalarla bəslənməsi zəruridir.

Hazır uşaq qidalarının tərkibində olan, lakin, qablaşdırmanın üzərində adı çəkilməyən inqrediyentlərdən biri də trans yağlardır. İstehsalçıların təbii yağlar əvəzinə trans yağlardan istifadə etməsinin səbəbi odur ki, bu yağlar qidanın dadını və konsistensiyasını yaxşılaşdırır, istehsalat xərclərini azaldır və məhsulların rəf ömrünü uzadır.

Bu mövzuda həyata keçirilən digər araşdırmalar zamanı, gün ərzində iki dəfə hazır düyü sıyığı kimi qidalarla qidalandırılan uşaqların zəhərli arsen maddəsinin təsirinə 50 dəfə daha çox məruz qalması ehtimalı olduğu aşkarlanmışdır! (“Gray”, 2011; “The Local”, 2013).

Bir çox hazır uşaq qidalarının, xüsusilə şüşə qablaşdırmalardakı qidaların tərkibində rəngsiz, şirin qoxuya malik benzol adlı tezalışan maye var. Bu maddə təmizlənməmiş neftin, benzinin və siqaret tüstüsünün də tərkibində var. Həm insanlar və həm də laboratoriya heyvanları üzərində aparılmış təcrübələr nəticəsində benzolun xərçəng xəstəliyinə səbəb olduğu aşkarlanıb.

Bəzi uşaq qidaları plastik və ya alüminium tərkibli qablaşdırmalarda satılır. Zərərli təsirlərindən əlavə, bu qablaşdırmaların hazırlanması üçün külli miqdarda təbii resurslar sərf olunur. Nəticə etibarilə isə, bu qablaşdırmalar zibilxanalarda qalaqlanaraq uşaqlarla yanaşı, təbiətə də ciddi ziyan vurur.

Bir məsələ də var ki, xüsusilə şüşə qablaşdırmalarda satılan qidalar evdə hazırlanan qidalardan daha çox israf olunur. Adətən uşaqlar bərk qidaya keçdikdə ilk olaraq cəmi bir neçə qaşıq yeyirlər. Qablaşdırmalar daha böyük olduğu üçün siz o hazır qidanı atmaq məcburiyyətində qalırsınız. Bundan qaçınmaq üçün bəzi valideynlər zorla qidanın hamısını uşağa yedirirlər. Nəticə etibarilə körpələrin mədəsi böyüyür və bu gələcəkdə çəki ilə bağlı problemlərə gətirib çıxarır.

İsraf məsələsindən əlavə, hazır uşaq qidalarının qablaşdırması körpələr üçün təhlükə mənbəyidir. Həyata keçirilən bir sıra araşdırmalar nəticəsində şüşə qablaşdırmaların qapaqlarının tərkibində hətta ən az miqdarda belə sonsuzluğa və xərçəngə yol açan hormon pozucu Bisfenol-A (BPA) maddəsi aşkarlanmışdır (Health Canada, 2009). Qablaşdırmaların tərkibindəi BPA maddəsi qidaların tərkibinə də keçir.

Etiketlərin üzərinə diqqətlə baxsanız aşağıdakı aldadıcı yazılara rast gələ bilərsiniz:

– “Şəkərsiz”: bu yazı çoxlarımız üçün təsəlli olur və qablaşdırmanı çevirib qidanın tərkibində nələrin olduğuna adətən diqqət yetirmirik. Əgər inqrediyentlər siyahısında “meyvə siropuna” rast gəlsəniz, əmin olun ki, əlinizdə tutduğunuz uşaq qidasının tərkibi şəkərlə zəngindir.

– “Süni rəngləyicilər, dadlandırıcılar və konservantlar yoxdur” – süniləri yoxdur, amma təbiiləri var! Qidanın tərkibindəki limon turşusu və şəkər də konservant rolunu oynaya bilər. Bunların hər ikisi körpələrin dişlərini çürüdür, reflüks və sağlamlıqla bağlı digər problemlərə yol açır. Təbii dadlandırıcıların da tərkibində eynilə süni dadlandırıcıların tərkibində olduğu qədər kimyəvi maddələr ola bilər.

Son olaraq diqqəti hazır uşaq qidalarının tərkibində tapılan yad cisimlərə yönəltmək istəyərdik. Bu cisimlərə sancaq, zəhərli maddə, yazılı kağız (2004), şüşə (2006), soxulcan (2008), dəmir bənd, pas, plastik hissəciklər (2010), ilbiz (2011), plastik boru, ölmüş çəyirtkə, siçan rüşeymləri, veterinar preparatlar, insan dırnağı (2012), taxta parçaları, ölü hörümçək (2013), ülgüc qırığı, sürfələr, metal hissəcik (2014) tapılmışdır. İnternetdə müvafiq araşdırma apararaq bu hadisələrin hər biri haqqında məlumat əldə edə bilərsiniz.

Əziz valideynlər, unutmayın ki, körpələrin düzgün qidalandırılması onların fiziki və əqli inkişafi üçün vacib səbəblərdəndir. Davamçılarımız olan övladlarımızın sağlam gələcəyi naminə bu məsələyə həssas yanaşmaq bir valideyn kimi hər birimizin vəzifəsidir. Bu vəzifəmizi layiqincə yerinə yetirmək ümidi ilə,

Müəllif: Xumar Ərşadlı

İstifadə olunmuş mənbələr: www.thealphaparent.com və www.soznatelno.ru.

Vib.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 06:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see308

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see259

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see258

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see252

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see243

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see223

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see223

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see212

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see208

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see206

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see205

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see198

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see193

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see190

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see185

​Ermənistan OPEC dən borc aldı Büdcə kəsirini bağlamaq üçün

03 Sentyabr 2026 20:18see183

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see182

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see181

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see171

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri