Icma.az
close
up
RU
Sosial iqtisadi mənzərə ... Azərbaycan xalqı öz cari sosial xərclərini neft pulu olmasa, ödəyə bilmir

Sosial iqtisadi mənzərə ... Azərbaycan xalqı öz cari sosial xərclərini neft pulu olmasa, ödəyə bilmir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan hökuməti 2025-ci ilin yekununda dövlət borcunun 25 milyard 404,1 milyon manat, 2026-cı ilin yekununda isə 27 milyard 51,7 milyon manat təşkil edəcəyini proqnozlaşdırır. Bizimyol.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi xəbər verir. Məlumata görə, bu il xalis birbaşa dövlət borclanması 1 milyard 976,1 milyon manat azaldılacaq, gələn il isə 1 milyard 647,6 milyon manat artırılacaq. 2025-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 399,6 milyon manat, 2026-cı ildə isə 2 milyard 457,6 milyon manat olacağı gözlənilir.2026-cı ildə borcların artırılması hansı iqtisadi strategiyaya əsaslanır?Bu artımın iqtisadi dayanıqlılığa, xüsusilə də büdcə sabitliyinə, inflyasiya səviyyəsinə və sosial xərclərə təsiri necə qiymətləndirilə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bütün dünyada dövlətlər borc götürür: “Borcun idarə olunması ilə bağlı dövlətin strategiyası var. Həm xarici borcun məbləği ilə bağlı limit var, həm də ümumi dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ilə bağlı hədəf göstəricisi var. Ümumiyyətlə, yazılı təsdiq olunmuş formada strategiyası var. Dövlət borcunu ümumi daxili məhsula (ÜDM) nisbətdə yuxarı həddə 30 %, xarici valyutada dövlət borcunun ümumi limiti 10 milyard dollar təyin edilməsi hazırkı vəziyyətdə bu limitlər çərçivəsindədir. Dövlətin belə diskomford olduğu məsələ deyil. Təyin etdiyi, təsdiq etdiyini limitlər çərçivəsindədir. Yuxarı limitlərə uyğun gedir.

Büdcə təsdiq edir, 42 milyard. Gəlir 39 milyarddır. Bu 39 milyardın da 13 milyarda yaxını neft fondundan götürülür. Gəliri neft fondundan hazır götürülmüş, bədii dillə desək, “halva” şəklində götürülmüş pulu çıxarsaq, kənarlaşdırsaq vergidən, gömrükdən, rüsumdan, cərimədən, əmlakın idarə edilməsindən topladığı 26 milyard pulu var. Digər tərəfdən də 42 milyard xərci var. Təqribən 13 milyard, daha dəqiq desək 12,7 milyard neft fondundan götürür. Yerdə qalan 3 milyardı isə borclarla həll etməyə çalışır. Dövlət maliyyəsinin idarə etməsidir. Bütün dünyada dövlətlər borc götürür. Yəni bu, bizə məxsus bir məsələ deyil. Hər bir ölkədə bu var. 65 % faizi keçəndə bu riskli hesab olunur. Bizdə çox aşağıdır. Hələ ki, 20-25 % hərəkət edir. Hökumət də özünə 30 % limit qoyub. Bu normaldır. Bu zaman nə etməlidir? 3 milyardı xərclərdən kəsməlidir. Məsələn; Qarabağın bərpası getməlidir, yaxud sosial xərcləri kəsməlidir və sair. Bunu da eləməmək üçün borc götürür. Normal praktikadır”.

Xalid Kərimli

İqtisadçı ekspert vurğulayıb ki, borclanmanın bir hissəsi sosial xərclərin qarşılanmasına gedir: “Təbii ki, borclanma sosial xərclərin maliyyələşdirilməsində də iştirak edir. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan xalqı hələ, öz cari sosial xərclərini neft pulu olmasa ödəyə bilmir. Borclanmanın da bir hissəsi sosial xərclərin qarşılanmasına gedir. Amma inflyasiya təsirinə gəldikdə, Mərkəzi Bankın son iclasında da qeyd edildi, biz iqtisadçılarla görüşəndə də bu mövzunu müzakirə etdik. Tələb inflyasiyası, yəni pulun çoxluğu ilə bağlıdır. Bu, ölkədə hal-hazırda inflyasiyanın əsas səbəbi deyil. Əsas inflyasiya səbəbləri xərc və idxal baxımından olan səbəblərdir. Yəni pulun çoxluğu ilə əlaqədar məsələ deyil. Sahibkarların xərcinin artması ilə əlaqədar məsələdir. Bir də idxal və pulun ucuzlaşması ilə bağlıdır. Manat dollarla birgə ucuzlaşdı. Biz elə bilirdik ki, dollara 1,70 dirsə ucuzlaşmır, amma il başlayandan 13 %-ə qədər avroya görə ucuzlaşır və digər valyutaya görə də ucuzlaşması var. Bu baxımdan hal-hazırda çox xərcləmirik və yaxud inflyasiyanın əsas səbəbləri tələb inflyasiyası deyil. Daha çox təklif inflyasiyasıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri