Icma.az
close
up
RU
Azərbaycan niyə özünün ərzaq təminatını ödəyə bilmir? MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Azərbaycan niyə özünün ərzaq təminatını ödəyə bilmir? MÜTƏXƏSSİSLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uzun illərdir Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən addımlar atılır. Bununla əlaqədar Prezident İlham Əliyevin hakimiyyəti dövründə kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmləri, aqrar məhsul istehsalçılarının maliyyə savadlılığının artırılması, aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlərin müəyyənləşməsi və həlli, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi ilə bağlı müxtəlif sərəncam və tapşırıqları olub. Bununla yanaşı, ötən ilin dekabr ayının 17-i ölkə başçısının imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanla fermerlərə edilən güzəştlər istiqamətində dəyişikliklər bu sahənin inkişaf strategiyasının tərkib hissələrindən biridir.

Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının əksinə olaraq, bu gün ölkədəki bir çox sektorları ovcunda cəmləşdirə bilən şəxslər sanki bilərəkdən Azərbaycanın ərzaq təhlükəsizliyini sual altında qoymaq üçün əlindən gələni əsirgəmir. Bu səbəbdən də ölkəmiz özünün bir sıra tərəflərdən ərzaq təminatını daxili istehsal hesabına ödəyə bilmir. Mütəxəssislər isə qeyd edir ki, bunun bir sıra səbəbləri var və başlıca səbəblərdən biri də məhz bu sahədə peşəkarlarının sayının kifayət qədər olmamasıdır.

Ölkəmizdə dərc edilən statistik məlumatlarda bildirilir ki, Azərbaycan yerli istehsal hesabına buğda, arpa, qarğıdalı, mal əti, qoyun əti, quş əti, süd və süd məhsulları, balıq və balıq məhsulları ilə özünü tam təmin edə bilmir. Bu yöndə hələ də idxal mallarına, yaxud xammala ehtiyac var.

Bununla yanaşı, Azərbaycan meyvə-tərəvəz və yumurta kimi məhsullar üzrə təlabatını 100% yerli istehsal hesabına ödəyə bilir. Lakin ölkə müxtəlif çeşid sular, meyvə-tərəvəz şirələri və duz kimi sənaye emalından keçmiş məhsullar üzrə özünü təmin edə bilmir.

Kənd təsarüffatı üzrə ekspert Vahid Məhərrəmov Avtosfer.az-a açıqlamasında deyib ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edilmir:

“İstehsalın inkişafı üçün peşəkar kadr çatışmazlığı ciddi bir problem olaraq qalır. Kənd təsərrüfatının inkişafı üçün gələcəkdə hansı işlərə fokuslanmaq barədə aydın plan və strategiyalara ehtiyac var. 30 ildən artıq bir müddət ərzində biz kənd təsərrüfatı sahəsində peşəkar kadrlar yetişdirə bilməmişik. Aqronom və baytar kimi mütəxəssislərimiz azdır. Bu sahənin inkişafı üçün müvafiq kadrların yetişdirilməsi və bu istiqamətdə fəaliyyətə başlanılması vacibdir.

Əlimizdə yetərli kadr olmadığından digər ölkələrdən, xüsusilə İsrail və Türkiyədən mütəxəssislər gətirilir. Lakin bu mütəxəssislərin yerli problemləri bilməməsi səbəbilə onların rolu kənd təsərrüfatı sahəsinin inkişafında çox zəifləyib. Yerli kadrların yetişdirilməsi bu sahənin gələcək inkişafı üçün vacibdir. Kadr yetişdirmədən bu sahədə müsbət nəticələr əldə etmək mümkün deyil”.

Ekspert əlavə olaraq qeyd edib ki, kənd təsərrüfatında suvarma problemləri, torpaqlarda deqradasiya prosesi, seleksiya işlərinin Sovet dövründəki sistemin dağılması və keyfiyyətli istehsal vasitələrinin çatışmazlığı kənd təsərrüfatının inkişafına ciddi maneələr yaradır:

“Uzun müddət torpaqlar yalnız istifadəyə yönəldilib, minerallar və gübrələr verilməyib, bu da torpaqların səmərəsiz istifadəsinə səbəb olub. Bu problemlər nəticəsində Azərbaycan öz ərzaq tələbatını ödəməkdə çətinlik çəkir. Hazırda ölkə öz buğdaya olan tələbatının 70%-dən çoxunu idxal yolu ilə təmin edir. Ət, süd və kərə yağı idxalı da artmaqdadır. Eyni zamanda, düyü idxalı rekord səviyyəyə çatıb. Halbuki, Azərbaycan öz düyü istehsalını artırmaq məqsədilə dövlət proqramı qəbul edib, amma bu proqramın hədəfləri yerinə yetirilmir. Hazırda ölkə 50 min tondan çox düyü idxal edir, bu da ölkənin düyü tələbatının 85%-ni təşkil edir”.

Vahid Məhərrəmov son olaraq bildirib ki, hər bir məhsulun istehsalı ilə bağlı dövlət proqramları qəbul edilsə də bu proqramların çoxu hələ yerinə yetirilməyib:

“Kənd Təsərrüfatı Nazirliyində yüksək səviyyəli peşəkar kadrların işləməsi çox vacibdir. Nazirlikdə peşəkar rəhbərlərin olması digər sahələrdən fərqli olaraq, kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayacaq”.

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, Azərbaycan iqtisadiyyatında, xüsusilə qida sektorunda, ciddi fundamental problemlər müşahidə edilir:

 “Bu problemlərin başlıca səbəbləri arasında iqtisadi mühitdəki çatışmazlıqlar, ekosistem strukturlarının müəssisələrin fəaliyyətini səmərəli təşkil etməməsi, uğurlu brendlərin yaradılmaması və dünya bazarlarında rəqabət edə biləcək keyfiyyətli məhsulların istehsalında çətinliklər durur.

İqtisadiyyatın miqyas problemləri də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bazarının kiçik olması, yerli rəqabətin zəif olması və təşəbbüslərin azlığı kiçik miqyaslı istehsal proseslərinə yönəlməyə səbəb olur. Müasir texnologiyaların tətbiqi və bu sahəyə investisiyaların cəlb edilməsi istiqamətindəki zəifliklər də bu problemləri dərinləşdirir. Beləliklə, ekosistem strukturlarının səmərəsizliyi də özünü birbaşa büruzə verir.

Digər mühüm problem isə kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasıdır. Azərbaycanda kənd təsərrüfatı sektorunun ümumi iqtisadiyyatda yaratdığı əlavə dəyər yalnız 6%-ə bərabərdir, bu da qonşu Gürcüstanın 7%-lik göstəricisindən aşağıdır. İsraildə isə bu göstərici yalnız 4%, Hollandiyada isə 2%-dir. Bu rəqəmlər Azərbaycanda əmək məhsuldarlığının nə qədər aşağı olduğunu və bu sahəyə qoyulan investisiyaların kifayət etmədiyini göstərir”.

Ekspert əlavə olaraq qeyd edib ki, kənd təsərrüfatı sahəsində aşağı məhsuldarlıq həm də ixtisaslı əmək qüvvəsinin çatışmazlığına gətirib çıxarır:

“Yüksək təhsil alan şəxslərin daha yüksək mənfəət gətirən sahələrə yönəlməsi, bu sektorda peşəkar çatışmazlıqların yaranmasına səbəb olur. Bununla yanaşı, kənd təsərrüfatında çalışan əhalinin sayının azalması bu sahədə gələcəkdə daha da ciddi problemlərin yaranacağına işarə edir.

Müasir texnologiyaların tətbiqi və innovasiyaların istifadəsi də Azərbaycanda zəif inkişaf etmiş sahələrdən biridir. Rəqabətədavamlı məhsulların istehsalında müasir standartlara uyğun istehsalın tətbiqi və xarici bazarlarda daha yüksək qiymətlərlə satışın həyata keçirilməsi istiqamətində zəruri addımlar atılmalıdır.

Azərbaycanın qida sektorundakı bu problemlər, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı üçün mühüm bir çağırışdır. İqtisadiyyatın müasirləşməsi və bu sahədə daha sərfəli mühitin yaradılması üçün ciddi islahatlar və strateji planlamalar həyata keçirilməlidir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Fevral 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri