Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

“Sosial media məni iki dəfə ərə verib”

“Sosial media məni iki dəfə ərə verib”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aktrisa Sevinc Əliyeva rejissor Fuad Əlişovla boşandıqdan sonra həyatında yaranan dəyişikliklərdən söz açıb.
Demokrat.az xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin "Pərvizə görə" layihəsində danışıb.
O bildirib ki, ayrıldıqdan sonra həyata baxışı dəyişib:
"Boşanma qərarından sonra həyata baxışım dəyişdi. Karyerama yönəlmədim, əksinə sferadan getmişdim və demişdim ki, qayıtmayacağam. Tamam başqa bir işdə, şirkətdə adminstrator kimi çalışdım, 9-da işə gedib 6-da çıxırdım. Beş-altı ay sonra dedim ki, yox, alınmır. Həm maddi baxımdan qane etmirdi, həm də... Mənə desinlər ki, dağı dağın üstünə qoy, ya da filan işi get danış, edərəm. Amma ofisdə otur, kompüterdə yaz, kağızı apar. Gördüm ki, bu, mən deyiləm, hər gün eyni rutin, sıxılıram. Adi nəsə almağa kimisə göndərəndə deyirdim ki, mən gedim, çıxım hava alım, aktiv hərəkət edim. Onda uşaqlar baxçaya gedirdilər, işdən çıxırdım, onları götürüb evə gedirdim. Bilmirəm ki, necə çatdırırdım? Ordan çıxandan sonra "Səs Azərbaycan" layihəsində çalışdım. Evə gəlirdim, yuxulu-yuxulu yemək bişirirdim ki, hazır olsun. Uşaqları aparım, bunun qışı var, soyuğu var. Onda maşın yox idi, taksi çağır, yolu başa sal. Nihat balaca idi, qucağımdaydı. İndi arxaya dönüb baxıram ki, bunu necə etmişəm? Elə bilirəm ki, indi edə bilmərəm. Yəqin ki,  insan hər şeyə qadirdir. Bəlkə də yanaşmamız başqa cürdür. Onda Sevinc Əliyeva deyildim. "Səs Azərbaycan"da  çalışırdım, mənə işləmək və maaş lazım idi ki, üç uşağı böyüdüm. İndi başa düşürsən ki, öz ayaqlarımın üstündə dura bilirəm, mən işləri seçirəm. Sosial şəbəkələrdə pis şərh görməmişəm. Nəzərə alsaq ki, sosial media məni iki dəfə ərə verib, iki dəfə toyumu ediblər, xəbərim yoxdur. Yenə də şərhləri oxuyanda görürdüm ki, nə olsun cavandır, gedib xoşbəxt olsun, yazıblar. Yəni insanların reaksiyası yaxşı idi. Amma ərə getməmişdim. Birinci ərə getmə xəbəri filmlə bağlı yayılmışdı, ikinci dəfə sosial mediadakı pərəstişkarıma görə oldu. Hər şəklimin altına bir rəy yazır. Ümumiyyətlə o insanı tanımıram, profili də bağlıdır. Necəsə o insanla mənim şəklimi birləşdirib yazdılar ki, ailə qurub. Şok vəziyyətinə düşdüm ki, ümumiyyətlə bu insanı tanımıram. Filmi anladım, fotoya görə belə düşünülmüş ola bilər. Burada isə ümumiyyətlə tanımıram. Jurnalistlərə zəng edirəm, səhifə də tanınmış deyil. Dostumuz Elvin Elxana zəng etdim, dedim, bu nədir? O da zəng etdi, tapdıq. Şərh yazan insan fiziki qüsurlu idi, ailəsi isə çox alicənabdır. Akademik nəslindəndir, tək uşaqdır. Sadəcə pərəstişkarlıq edirdi, xoş rəylər yazırdı. Onlarla da danışdıq, aydınlaşdırdıq ki, bizlik deyil. Sonradan tapdıq, jurnalistin özü ilə danışdıq, sildirdik. Bu məsələdə həmin insan üçün narahat oldum. Fiziki qüsurlu idi deyə psixoloji gərgin olmuşdu".
Aktrisa Sevinc Əliyeva övladları ilə bağlı açıqlama verib. O bildirib ki, uşaqlarına heç vaxt əl qaldırmayıb:
"Bilmirəm, bunu necə etdim? Uşaqlarda azadlıq və azad seçim var. Amma bir qədər də məndən çəkinirlər. Uşaqları heç vaxt döyməmişəm. Demirəm ki, qulağından dartmamışam və sairə. Yəni şiddət göstərməmişəm ki, deyim, ona görə qorxurlar. Lakin nəsə desəm ki, olmaz, deyirlər, oldu, ana qışqırmasın. İndiki uşaqlar da bizim kimi deyillər. Gözləri açıqdır, dünya görüşləri çoxdur. Məsələn, uşaq deyir, ana filan ölkəni gəzmək istəyirəm. Mən onun yaşında olanda bilmirdim ki, Azərbaycandan başqa harasa getmək olar? Həmişə demişəm, nə edirlərsə, hər bir seçimlərində, hər zaman yanlarındayam. Nə olursa, olsun. Daşa dəyməlisiniz ki, öyrənəsiniz. Mənim deməyimlə deyil, mən deyim, o, onu istəyirsə, qoy, getsin, başı dəysin, oğlan qızı sevdi, ayrıldı və sairə. Mən desəm ki, o qız pisdir, yenə də onu sevəcək. Amma dəstəkləsəm, sonra alınmasa, deməyəcək ki, sən dedin deyə alınmadı. Bunu başımız daşa dəyə-dəyə öyrənməliyik. Sözsüz ki, ailədə hər iki valideynin olması vacibdir. Ataları ilə tez-tez görüşürlər. İkinci dəfə ailə qurmaq istəmirəm. Ümid edirəm ki, maksimum 10 il sonra qızımı ərə verim. Qayınanalıq mənlik deyil, getsinlər yaşasınlar. Arada bir uşağa baxaram, nənəlik edərəm. O nənələrdən olmayacam ki, nəvələrini böyüdürlər e... Maşallah. Halal olsun. Mənim bütün səbrim övladlarımda bitdi, əsəb sistemim o deyil. Körpə uşağı götürüm, oynadım. Amma gecəni yanımda qalmasın, yatmaq istəyirəm. Allah mənə ömür versin ki, çalışacam hər şəraitlərini qura bilim. Toya gedirlərsə, uşağı yanımda qoysunlar. Amma uşağı versinlər ki, ana sən böyüt, istəmirəm. Qayınana kimi də qarışan deyiləm. Mötərizədə 10 il sonra gəlinimdən danışıram (gülür)".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri