Icma.az
close
up
RU
“Sosial media məni iki dəfə ərə verib”

“Sosial media məni iki dəfə ərə verib”

Icma.az, Milli.az saytına istinadən bildirir.

Aktrisa Sevinc Əliyeva rejissor Fuad Əlişovla boşandıqdan sonra həyatında yaranan dəyişikliklərdən söz açıb.

Milli.Az xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin "Pərvizə görə" layihəsində danışıb.

O bildirib ki, ayrıldıqdan sonra həyata baxışı dəyişib:

"Boşanma qərarından sonra həyata baxışım dəyişdi. Karyerama yönəlmədim, əksinə sferadan getmişdim və demişdim ki, qayıtmayacağam. Tamam başqa bir işdə, şirkətdə adminstrator kimi çalışdım, 9-da işə gedib 6-da çıxırdım. Beş-altı ay sonra dedim ki, yox, alınmır. Həm maddi baxımdan qane etmirdi, həm də... Mənə desinlər ki, dağı dağın üstünə qoy, ya da filan işi get danış, edərəm. Amma ofisdə otur, kompüterdə yaz, kağızı apar. Gördüm ki, bu, mən deyiləm, hər gün eyni rutin, sıxılıram. Adi nəsə almağa kimisə göndərəndə deyirdim ki, mən gedim, çıxım hava alım, aktiv hərəkət edim. Onda uşaqlar baxçaya gedirdilər, işdən çıxırdım, onları götürüb evə gedirdim. Bilmirəm ki, necə çatdırırdım? Ordan çıxandan sonra "Səs Azərbaycan" layihəsində çalışdım. Evə gəlirdim, yuxulu-yuxulu yemək bişirirdim ki, hazır olsun. Uşaqları aparım, bunun qışı var, soyuğu var. Onda maşın yox idi, taksi çağır, yolu başa sal. Nihat balaca idi, qucağımdaydı. İndi arxaya dönüb baxıram ki, bunu necə etmişəm? Elə bilirəm ki, indi edə bilmərəm. Yəqin ki,  insan hər şeyə qadirdir. Bəlkə də yanaşmamız başqa cürdür. Onda Sevinc Əliyeva deyildim. "Səs Azərbaycan"da  çalışırdım, mənə işləmək və maaş lazım idi ki, üç uşağı böyüdüm. İndi başa düşürsən ki, öz ayaqlarımın üstündə dura bilirəm, mən işləri seçirəm. Sosial şəbəkələrdə pis şərh görməmişəm. Nəzərə alsaq ki, sosial media məni iki dəfə ərə verib, iki dəfə toyumu ediblər, xəbərim yoxdur. Yenə də şərhləri oxuyanda görürdüm ki, nə olsun cavandır, gedib xoşbəxt olsun, yazıblar. Yəni insanların reaksiyası yaxşı idi. Amma ərə getməmişdim. Birinci ərə getmə xəbəri filmlə bağlı yayılmışdı, ikinci dəfə sosial mediadakı pərəstişkarıma görə oldu. Hər şəklimin altına bir rəy yazır. Ümumiyyətlə o insanı tanımıram, profili də bağlıdır. Necəsə o insanla mənim şəklimi birləşdirib yazdılar ki, ailə qurub. Şok vəziyyətinə düşdüm ki, ümumiyyətlə bu insanı tanımıram. Filmi anladım, fotoya görə belə düşünülmüş ola bilər. Burada isə ümumiyyətlə tanımıram. Jurnalistlərə zəng edirəm, səhifə də tanınmış deyil. Dostumuz Elvin Elxana zəng etdim, dedim, bu nədir? O da zəng etdi, tapdıq. Şərh yazan insan fiziki qüsurlu idi, ailəsi isə çox alicənabdır. Akademik nəslindəndir, tək uşaqdır. Sadəcə pərəstişkarlıq edirdi, xoş rəylər yazırdı. Onlarla da danışdıq, aydınlaşdırdıq ki, bizlik deyil. Sonradan tapdıq, jurnalistin özü ilə danışdıq, sildirdik. Bu məsələdə həmin insan üçün narahat oldum. Fiziki qüsurlu idi deyə psixoloji gərgin olmuşdu".

Aktrisa Sevinc Əliyeva övladları ilə bağlı açıqlama verib. O bildirib ki, uşaqlarına heç vaxt əl qaldırmayıb:

"Bilmirəm, bunu necə etdim? Uşaqlarda azadlıq və azad seçim var. Amma bir qədər də məndən çəkinirlər. Uşaqları heç vaxt döyməmişəm. Demirəm ki, qulağından dartmamışam və sairə. Yəni şiddət göstərməmişəm ki, deyim, ona görə qorxurlar. Lakin nəsə desəm ki, olmaz, deyirlər, oldu, ana qışqırmasın. İndiki uşaqlar da bizim kimi deyillər. Gözləri açıqdır, dünya görüşləri çoxdur. Məsələn, uşaq deyir, ana filan ölkəni gəzmək istəyirəm. Mən onun yaşında olanda bilmirdim ki, Azərbaycandan başqa harasa getmək olar? Həmişə demişəm, nə edirlərsə, hər bir seçimlərində, hər zaman yanlarındayam. Nə olursa, olsun. Daşa dəyməlisiniz ki, öyrənəsiniz. Mənim deməyimlə deyil, mən deyim, o, onu istəyirsə, qoy, getsin, başı dəysin, oğlan qızı sevdi, ayrıldı və sairə. Mən desəm ki, o qız pisdir, yenə də onu sevəcək. Amma dəstəkləsəm, sonra alınmasa, deməyəcək ki, sən dedin deyə alınmadı. Bunu başımız daşa dəyə-dəyə öyrənməliyik. Sözsüz ki, ailədə hər iki valideynin olması vacibdir. Ataları ilə tez-tez görüşürlər. İkinci dəfə ailə qurmaq istəmirəm. Ümid edirəm ki, maksimum 10 il sonra qızımı ərə verim. Qayınanalıq mənlik deyil, getsinlər yaşasınlar. Arada bir uşağa baxaram, nənəlik edərəm. O nənələrdən olmayacam ki, nəvələrini böyüdürlər e... Maşallah. Halal olsun. Mənim bütün səbrim övladlarımda bitdi, əsəb sistemim o deyil. Körpə uşağı götürüm, oynadım. Amma gecəni yanımda qalmasın, yatmaq istəyirəm. Allah mənə ömür versin ki, çalışacam hər şəraitlərini qura bilim. Toya gedirlərsə, uşağı yanımda qoysunlar. Amma uşağı versinlər ki, ana sən böyüt, istəmirəm. Qayınana kimi də qarışan deyiləm. Mötərizədə 10 il sonra gəlinimdən danışıram (gülür)".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see719

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see470

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see271

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see214

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see211

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see189

Dondurma dadında banan

13 İyul 2026 18:44see189

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see179

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see178

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see176

Bu hissələri heç vaxt saxta almayın Avtomobil sahiblərinə VACİB XƏBƏRDARLIQ

13 İyul 2026 12:44see163

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see163

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see160

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see160

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... Prezident

13 İyul 2026 12:52see156

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see156

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see155

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see155

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see153

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri