Icma.az
close
up
RU
Sosial media vitrini : İnsanlar niyə olduqları kimi görünmək istəmir?

Sosial media vitrini : İnsanlar niyə olduqları kimi görünmək istəmir?

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Psixoloq: Real həyatda necə davranmalıyıqsa, virtual məkanda da elə olmalıyıq


Sosial şəbəkələr müasir insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Burada insanlar özlərini istədikləri kimi təqdim edir, paylaşdıqları şəkillər və məkanlarla fərqli bir obraz yaradırlar. Çox vaxt bu paylaşımlar real həyatla üst-üstə düşmür. İstirahət anları, gözəl məkanlar və seçilmiş kadrlar adi günlərin yerini alır. Bu isə izləyicilərdə yanlış təsəvvür formalaşdırır. Nəticədə sosial şəbəkələrdə görünən həyat reallıqdan uzaq bir vitrini xatırladır. İnsanlar öz gündəlik həyatlarını deyil, arzuladıqları həyatı nümayiş etdirirlər.

Bəs bunu etməyin səbəbi nədir? 


Sualımızı cavablandıran psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq hər gün artır:


“Estafetin sosial şəbəkələrə keçməsinin təbii bir proses olduğunu qəbul etmək lazımdır.Sosial şəbəkələr hardasa real həyatın aynasıdır. Real həyatda necə davranmalıyıqsa, virtual məkanda da elə olmalıyıq. Sosial mediada nümayiş olunan həyat reallığı tam əks etdirmir və bəzi hallarda cəmiyyətdə psixoloji gərginlik yaradır. İnformasiya kirliliyinin qarşısını almaq və insanları yanlış təsirlərdən qorumaq üçün daha keyfiyyətli və maarifləndirici məzmuna üstünlük verilməlidir. Psixologiyada mühüm bir bəhs var, adabtasiya problemi. Bu nədir? İnsan hər bir şeyə öyrəşir və istənilən təzə vərdiş bir müddət sonra adiləşir. İnsan bu adiləşmədən sıxılır və nəticədə bu sıxıntını aradan qaldırmaq üçün yenilik-yeni vərdiş  axtarışına çıxır. Sosial şəbəkələr daim və hər an yeni məlumatlar ötürdüyü üçün insanın bu tələbatını, yəni yeniliyə ehtiyacını ödəyir. Nə edək? Təbii ki, müasir dövrdə sosial şəbəkələri bağlamaq qeyri-mümkündür. Bir yol var,o da sosial şəbəkələrdən düzgün istifadə etməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Avqust 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri