İnsanlar niyə sosial mühitdən uzaqlaşır?
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bəzi insanlar böyüdükcə sosial mühitdən uzaqlaşır, insanlarla ünsiyyətdə çətinlik çəkir, kollektiv içində fikirlərini sərbəst ifadə etməkdən çəkinirlər.
Başqalarının onları mühakimə edəcəyi və ya tənqid edəcəyi qorxusu zamanla özünəinamın azalmasına, sosial münasibətlərin məhdudlaşmasına səbəb ola bilər.
Bəs bu davranışların arxasında hansı psixoloji amillər dayanır?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanların sosial mühitdən uzaqlaşmasının arxasında çəkingən şəxsiyyət xüsusiyyətləri, özünəinamın aşağı olması, rədd edilmək və mühakimə olunmaq qorxusu, eləcə də uşaqlıqda yaşanan mənfi təcrübələr dayanır:
“Ailədə daim tənqid edilən, başqaları ilə müqayisə olunan, fikirlərinə hörmət göstərilməyən və səhvlərinə görə cəzalandırılan uşaq zamanla özünü ifadə etməyi təhlükə kimi qəbul edir. Bu davranış modeli yetkinlik dövründə də davam edir.
Lakin sosial çəkingənliyin hər zaman uşaqlıq travmalarından qaynaqlandığını düşünmək düzgün deyil. Sağlam şəxsiyyətin formalaşması üçün ailədə uşağa yaşından asılı olmayaraq fərd kimi yanaşılmalıdır. Onun fikirlərinə hörmət edilməli, hissləri kiçildilməməli, səhv etmək inkişafın normal hissəsi kimi qəbul olunmalıdır.
Uşaq bilməlidir ki, səhv etdikdə alçaldılmayacaq, fikrini bildirdikdə cəzalandırılmayacaq. Çünki daim tənqid və mühakimə qorxusu altında böyüyən insan özünü sərbəst ifadə etmək əvəzinə, başqalarının gözləntilərinə uyğun davranmağa başlayır. Bu problemin aradan qaldırılması üçün ilk növbədə qorxunun səbəbi müəyyənləşdirilməlidir. İnsan tənqid olunmaqdan, rədd edilməkdən, səhv etməkdən, yoxsa özünü başqalarından aşağı görməkdən qorxur?
Səbəb aydınlaşmadan yalnız ünsiyyət qurmağa məcbur olmaq problemi həll etmir. İnsan tədricən özünə uyğun sosial mühitlərdə ünsiyyət qurmalı, fikrini ifadə etməli və başqalarının reaksiyasını şəxsi dəyərinin göstəricisi kimi qəbul etməməlidir. Başqalarının hər fikrini nəzərə alaraq yaşamaq insanı öz həyatından uzaqlaşdırır.
Hər kəs tərəfindən bəyənilmək mümkün deyil və insan bunu qəbul etməlidir. Əgər bu qorxu sosial münasibətlərə, işə və gündəlik həyata mane olursa, psixoterapevtə müraciət edilməlidir. Psixoterapiya qorxunun mənbəyini müəyyənləşdirməyə, düşüncə və davranış modellərini dəyişməyə kömək edir”.
Psixoloq qeyd edir ki, məqsəd insanı ünsiyyətcil olmağa məcbur etmək deyil, başqalarının mühakiməsindən qorxmadan özünü ifadə edə biləcək psixoloji sərbəstliyə qovuşdurmaqdır.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: sosial mühit Rövşən Nəcəfov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 12 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















