Icma.az
close
up
RU
Niyə insanlar muzeyə getmək istəmir? SƏBƏBLƏR

Niyə insanlar muzeyə getmək istəmir? SƏBƏBLƏR

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Muzeylər bir ölkənin tarixi yaddaşını, mədəni irsini və milli kimliyini gələcək nəsillərə çatdıran ən mühüm mədəniyyət ocaqlarıdır. Lakin son illərdə muzey mədəniyyətimizdə müəyyən geriləmələr müşahidə olunur.

İnsanlar bəzən muzeylərin pullu olmasından narazılıq etsələr də, pulsuz muzeylərə maraq göstərməmələri diqqət çəkir.

Bəzən bu vəziyyətin səbəbi muzeylərin kifayət qədər tanıdılmaması və maarifləndirmə-təbliğat işlərinin zəif aparılması ilə əlaqələndirilir.

Bəs bu problemi aradan qaldırmaq üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov muzey mədəniyyətinin geriləməsinin bir neçə səbəbini izah edib:

“Onlardan biri də cəmiyyətdə intellektual səviyyənin zəifləməsidir. Bu səbəbdən teatra və muzeylərə maraq azalır. Mən bunu birbaşa dünyagörüş və intellektual səviyyə ilə əlaqələndirirəm. Burada həm ailələrin, həm də məktəblərin rolu böyükdür. Təəssüf ki, maarifləndirmə və təbliğat işləri yetərincə aparılmadığından proses mənfi istiqamətdə inkişaf edir.

Məsələni yalnız maliyyə ilə bağlamaq doğru deyil. Çünki ölkəmizdə pulsuz muzeylər var, həmçinin muzeylərdə tez-tez ödənişsiz günlər elan olunur. Ancaq insanların marağı daha çox yeməyə, içməyə və çayxanalara yönəlir. Muzeylər isə lazımi diqqəti görmür.

Əlavə olaraq, muzeylərin tanıdılması və təbliği zəifdir. Ən önəmli muzeylərin adlarını qeyd etsək, bir çox gənc onların yerini belə bilmir. Bu isə ciddi problemdir”.

Deputatın fikrincə, bu səbəblərin aradan qaldırılması üçün insanların intellektual səviyyəsinin artırılması və dünyagörüşünün zənginləşdirilməsi vacibdir:

“Bununla yanaşı, davamlı maarifləndirmə işləri aparılmalı, muzeylərlə məktəblər arasında əməkdaşlıq gücləndirilməlidir. Mən bunu Tarix Muzeyində müşahidə etmişəm: muzeylə orta məktəblər arasında sıx əlaqə qurulub, şagirdlər muzeyə gedərək tariximiz və mədəniyyətimizlə tanış olur, tədbirlərdə iştirak edirlər.

Muzeylər bizim tariximiz, dəyərlərimiz və mədəniyyətimizdir. Onları gücləndirmək, sevdirmək və cəmiyyətdə bu mədəniyyəti daha da inkişaf etdirmək vacibdir. Bu sahədə geriləməyə yol vermək olmaz”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri