Icma.az
close
up
RU
Sosial mediada ifadə azadlığı: sərhədlər nələrdir? ARAŞDIRMA

Sosial mediada ifadə azadlığı: sərhədlər nələrdir? ARAŞDIRMA

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Sosial media müasir dövrdə insanların ünsiyyət qurması, informasiya əldə etməsi və öz fikirlərini ifadə etməsi üçün əsas platformalardan birinə çevrilib.

İnternet texnologiyalarının inkişafı nəticəsində ifadə azadlığı yeni ölçülər qazanıb, lakin bu azadlıq bir sıra hüquqi və etik problemlərlə də üzləşir. İfadə azadlığı beynəlxalq hüquq normaları ilə qorunsa da, sosial mediada yayılan məzmunun tənzimlənməsi və məhdudlaşdırılması məsələsi dünya ölkələrində geniş müzakirə olunan mövzulardan biridir.

Bəs sosial mediada ifadə azadlığının sərhədi varmı? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, ifadə azadlığı BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 19-cu maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə təsbit olunub. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən də hər kəsin söz və ifadə azadlığı var. Lakin bu azadlıq mütləq deyil və müəyyən hallarda məhdudlaşdırıla bilər. Dövlətlər milli təhlükəsizlik, ictimai asayişin qorunması, böhtan və nifrət nitqinin qarşısının alınması kimi hallarda ifadə azadlığına hüquqi çərçivələr daxilində məhdudiyyətlər tətbiq edə bilərlər.

Onun sözlərinə görə, sosial media platformaları ifadə azadlığını qorumaq və tənzimləmək məsələsində mühüm rol oynayır. Bu platformalar istifadəçilərin paylaşdığı məzmunlara nəzarət edir və bəzi hallarda onları məhdudlaşdırır:

"Məsələn, nifrət nitqi, zorakılığa çağırış, şəxsi məlumatların yayılması və yalan məlumatların paylaşılması sosial media platformalarının qaydalarına uyğun olaraq silinə bilər. Bununla yanaşı, bəzi dövlətlər dezinformasiya və təhlükəli məzmunlarla mübarizə aparmaq üçün qanunvericiliyə xüsusi müddəalar əlavə edirlər. Avropa İttifaqında qəbul edilən Rəqəmsal Xidmətlər Aktı sosial media platformalarına qanunsuz məzmunların sürətlə silinməsi üçün müəyyən tələblər qoyur. ABŞ qanunvericiliyində isə 230-cu Bölmə sosial media şirkətlərini istifadəçilərin paylaşdığı məzmunlara görə məsuliyyətdən qismən azad edir".

Ayxan Məmmədli: Sosial mediada ifadə azadlığının hüquqi aspektləri müasir dünyada ən aktual məsələlərdən biridir

Hüquqşünas qeyd edib ki, bununla belə, sosial mediada ifadə azadlığının hüquqi tənzimlənməsi ilə bağlı bir sıra problemlər və çağırışlar mövcuddur. Bəzi hallarda məhdudiyyətlər senzura səviyyəsinə çata bilər və ifadə azadlığının pozulmasına səbəb ola bilər. Digər tərəfdən, platformalar avtomatik süzgəc sistemlərindən istifadə etdikdə yanlış məzmunlar silinə bilər və bu da istifadəçilərin hüquqlarının pozulmasına gətirib çıxarar. Sosial medianın tənzimlənməsi ilə bağlı digər vacib məsələ məlumat azadlığı və milli təhlükəsizlik arasında balansın qorunmasıdır:

"Ümumiyyətlə, sosial mediada ifadə azadlığının hüquqi aspektləri müasir dünyada ən aktual məsələlərdən biridir. Hüquqi tənzimləmələr azadlıqların qorunmasını və ictimai təhlükəsizliyin təmin olunmasını tarazlaşdırmağa çalışır. Gələcəkdə bu sahədə daha dəqiq qanunvericilik normalarının hazırlanması, sosial media platformalarının məsuliyyətinin artırılması və fərdi hüquqların daha effektiv qorunması məsələləri ön plana çıxacaq",- Ayxan Məmmədli fikrini yekunlaşdırıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri