Icma.az
close
up
RU
Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Yeni araşdırma sosial mediada yayılan zehni sağlamlıq və neyroinkişaf mövzulu məzmunun böyük hissəsinin etibarsız olduğunu ortaya qoyub.
Bizim.Media xəbər verir ki, Böyük Britaniyada Şərqi İngiltərə Universitetinin tədqiqatçıları 5000 paylaşımı analiz edərək onların 56 faizinin qeyri-dəqiq və ya əsassız məlumatlar ehtiva etdiyini müəyyən ediblər.
Yanlış məlumatların ən çox yayıldığı platforma kimi TikTok qeyd olunub.
 

Tədqiqat göstərib ki, autizm və DEHB kimi neyroinkişaf mövzularında paylaşılan məlumatların yanlışlıq payı depressiya, narahatlıq və qidalanma pozğunluqları ilə bağlı məzmunla müqayisədə daha yüksəkdir.


Araşdırmanın həmmüəllifi Eleanor Çatbern bildirib ki, sosial mediada diqqət çəkən və sürətlə yayılan videoların hamısı etibarlı olmur.
Onun sözlərinə görə, yanlış məlumatların bu qədər geniş yayılması istifadəçilərdə səhv təsəvvürlərin formalaşmasına səbəb ola bilər.
Tədqiqatçılar YouTube, TikTok, Facebook, Instagram və X platformalarında ümumilikdə 27 araşdırmanı təhlil ediblər.
Nəticələrə görə, yanlış məlumatların səviyyəsi platformadan və mövzudan asılı olaraq dəyişir.
TikTok-da DEHB ilə bağlı videolarda bu göstərici 52 faiz, autizmlə bağlı videolarda isə 41 faiz təşkil edib.
YouTube-da orta göstərici 22 faiz, Facebook-da isə 15 faizə yaxın olub.
 

Araşdırmada qeyd olunub ki, sosial media gənclər üçün zehni sağlamlıqla bağlı məlumat əldə etməyin əsas mənbələrindən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 10-19 yaş arası hər yeddi nəfərdən biri psixi pozğunluq yaşayır və bu yaş qrupunda xəstəlik yükünün 15 faizini təşkil edir.


Mütəxəssislər bildirirlər ki, gənclər çox vaxt simptomlarını anlamaq üçün sosial mediaya müraciət edir.
Lakin yanlış məlumatlar normal davranışların xəstəlik kimi qəbul edilməsinə və ya ciddi problemlərin düzgün qiymətləndirilməməsinə səbəb ola bilər.
Bu isə düzgün müalicənin gecikməsi riskini artırır.
TikTok CNBC-yə açıqlamasında araşdırmanın bəzi hissələrinin köhnə məlumatlara əsaslandığını bildirib və platformada zərərli sağlamlıq məzmununun silindiyini vurğulayıb.
YouTube isə istifadəçilərə daha etibarlı məlumat təqdim etmək üçün lisenziyalı mütəxəssislərin kontentinə üstünlük verdiyini açıqlayıb. (e-saglam.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Mart 2026 02:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri