Icma.az
close
up
RU
“Sosial qrupların düşmən əlindən alınması böyük uğurdur” Zahid Oruc

“Sosial qrupların düşmən əlindən alınması böyük uğurdur” Zahid Oruc

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Son 5 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət  ordu quruculuğu qədər xalqımızı Vətən müharibəsində Qələbəyə gətirən ən mühüm siyasətlərdən biri oldu. Eyni zamanda, Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin həyata keçirdiyi islahatların uğurlu olduğunu xüsusi vurğulamaq istərdik".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə Dövlət Sosial Müdafiə Fondunun gələn ilki büdcəsi barədə danışarkən bildirdi.

"Hətta millət vəkillərin nəticələrini fərqli gördüyü dəyişikliklər, xüsusilə əlilliyin təyinatı, həssas təbəqələrlə iş və pensiya sistemində aparılan tədbirlər sonda sosial siyasətin mühüm  təminatına, dövlət əleyhinə yönəldilən sosial qrupların düşmən qüvvələrin əlindən alınmasına səbəb oldu, dövlətin güclü yerinə çevrildi. İki Qarabağ savaşının nəticəsində on minlərlə vətəndaşımızın tələbləri ilə hesablaşmağı bacarması təqdirəlayiq işlərdir. Keçmiş nazirlərdən qalan ağır miras və sovet dövrünün pensiya siyasətindən qopmaq üçün bir neçə fərqli modelin seçilməsindən sonra indi yürüdülən siyasəti məqbul qiymətləndiririk.  

Fondun büdcəsinin 2026-cı ildə bir neçə istiqamət üzrə artırılması pensiya, müavinət və sosial ödənişlərin daha sabit və vaxtında verilməsinə imkan yaradır, əhalinin həssas qruplarına-yaşlılara, əlillərə, aztəminatlı ailələrin sosial qorunmasını təmin edir.  Elektron xidmətlərin inkişafı imkan verir ki, onlayn müraciətlər, elektron pensiya təyinatı, şəxsi hesabların birbaşa izlənilməsi kimi xidmətlər vətəndaş razılığını yaradır, bürokratiyanı azaldır, əmək bazarının şəffaflaşmasına töhvə verir, hədəfli dəstəyə imkan yaardır. Lakin bir neçə problemə diqqət cəlb etmək istərdik.

Dövlət Statistika Komitəsinin 2023-cü ilin yanvarın 1-nə olan məlumata görə, ölkəmizdə pensiyaçıların sayı 1 milyon 114 min nəfər, 2022-ci ildə 1 milyon 200 min nəfər, 2020-ci ilin eyni dövründə isə 1 milyon 270 min nəfər pensiyaçı qeydiyyatda olub. 

Digər tərəfdən, Azərbaycanda təxminən 1.8 milyon nəfər muzdla çalışır, onların 500 mindən artığı 350-550 manat maaş (median əməkhaqqı) alır. 

Son 3 ildə əmək pensiyası alanların sayı 156 min nəfər azalıb, əksinə, yaşa görə müavinət alanların sayında artım baş verib. Belə ki, 2021-ci ilin 1 yanvar statistikasına görə, ölkədə 102 min nəfər aylıq 220 manat müavinət alırdısa, 3 ildə rəqəm 50 min nəfər artıb. Vətəndaşlar arasında 65 yaşı tamam olsa da pensiya kapitalının yetərli səviyyədə olmadığına görə dövlətdən 220 manat müavinət alanların sayı artır. Bəllidir ki, pensiya kapitalının həddi 40.320 manat təşkil edir. 

Belə şəraitdə, pensiya kapitalının miqdarı ilə bağlı dəyişikliyin aparılmasına dair müxtəlif çağırışlar var,  lakin onun büdcə təsirini yalnız Hökumət və müvafiq nazirlik verə bilər. Ümidvarıq ki, oxşar hesablamalar Hökumətdə  daim aparılır. Əlbəttə, fərqindəyik ki, ölkəmizdə bir pensiyaçıya 1.5. işləyən şəxs düşür və beynəlxalq orta göstəricisindən aşağıdır.

İkinci məsələ, İşislzikdən sığorta ilə bağlıdır. 01 yanvar 2023-cü il tarixə ölkə üzrə 126.117 nəfər yaşa görə əmək pensiyaçı əmək fəaliyyətini davam etdirir. Bu kateqoriyadan olan şəxslər Fonda işsizlikdən sığorta haqqı ödəməsinə baxmayaraq, əmək fəaliyyətini dayandırdıqda işsiz şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmirlər. Həqiqətən də belə insanlar ya ödənişdən azad olmalıdılar, ya da artıq yaşa görə işdən azad olunduqları halda müəyyən sığrta ödənişi əldə edə bilərlər.

Nəhayət, sonuncu  məsələ, Hesabla Palatanın çox peşəkar rəyinə görə onlara təşəkkür etməklə bərabər, sənəddə göstərilən bir məsələyə diqqətinizi çəkmək istərdik.

Haqqı ödənilən ictimai işlərə 2024-cü ildə 3,4 mln. manat vəsait xərc yönəlib, növbəti ildə bu istiqamətdə xərclər cari ilin sonuna gözlənilən göstəricisinə bərabər olması proqnozlaşdırılıb.

2024-cü ildə müvəqqəti məşğulluğun təmin edilməsi məqsədilə 409 nəfər işsiz və ya işaxtaranla əmək müqaviləsi bağlanaraq, haqqı ödənilən ictimai işlərə cəlb edilib. 2025-ci ilin sonuna rəqəmin 881 nəfərə çatacağı gözlənilir.

Növbəti ildən isə bu göstəricinin cari ilin gözlənilən icrası ilə müqayisədə 48,4% azalaraq 455 nəfər olacağı proqnozlaşdırılır ki, İzahata əsasən bu şəxslərin “DOST İş Mərkəzi” MMC vasitəsilə müvafiq işlərə cəlb olunması nəzərdə tutulur 

“Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydanın 2.6-cı maddəsinə əsasən ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və şəhər, rayon yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər.

Təqdim edilmiş məlumatlara əsasən, haqqı ödənilən ictimai işlərdə olmanın müddəti cari ilin sonuna 26 ay, növbəti ildə isə 23 ay olacağı gözlənilir. Haqqı ödənilən ictimai işlərdə olmanın orta müddətinin qanunvericilikdə müəyyən olunmuş müddətdən orta hesabla 12 dəfə çox olması həmin işlərin müvəqqəti deyil, faktiki olaraq daimi məşğulluq forması kimi qəbul edilməsinə gətirib çıxarır.

Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən haqqı ödənilən ictimai işlər müvəqqəti məşğulluğundəstəklənməsi məqsədi daşıyır. 

Palata qeyd edir ki, vətəndaşların işlərə uzun müddətə cəlb edilməsi işaxtaranların daimi işlə təmin olunması büdcə yükünü artırır, işçi motivasiyasının azaldır və əmək bazarında təhrifedici təsirlərin yaranması kimi riskləri də gücləndirir. 

Əlbəttə başadüşüləndir. Lakin belə vəziyyət məcburi addımdır, belə vəziyyət xüsusilə də bölgələrdə müəyyən sayda insanların son ümid yeridir. Ona görə ölkəmizin bütün ərazisində dayanıqlı  və sabit iş yerləri yaradılana qədər ictimai işlər bağlı dövlət siyasətinin davam etdirilməsi vacibdir.

Bir daha Fondun növbəti ildə işinə uğurlar ayzulayır, layihəyə müsbət verəcəyimizi bildiririk".

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri