Sosial rifahın və dayanıqlı inkişafın əsas göstəricisi
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son çıxışında qeyd etdiyi kimi, bu gün ölkədə qazlaşma səviyyəsi 96 faizə çatmışdır. Bu göstərici müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf tarixində mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilir və dövlətin vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş ardıcıl və məqsədyönlü siyasətinin real nəticəsidir.
Qazlaşdırma məsələsi uzun illər ərzində ölkənin sosial infrastrukturunun əsas problemlərindən biri olmuşdur. Xüsusilə regionlarda və ucqar yaşayış məntəqələrində təbii qazla təminatın aşağı səviyyədə olması əhalinin gündəlik həyatına ciddi çətinliklər yaradırdı. Lakin son illərdə həyata keçirilən genişmiqyaslı dövlət proqramları bu problemi köklü şəkildə həll etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan enerji strategiyası çərçivəsində qazpaylayıcı şəbəkələrin yenilənməsi, yeni magistral və paylayıcı xətlərin çəkilməsi, kənd və qəsəbələrin mərhələli şəkildə qazlaşdırılması təmin edilmişdir. Nəticədə bu gün ölkənin demək olar ki, bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur.
Cənab Prezident çıxışında vurğulamışdır ki, qazlaşmanın 96 faizə çatması təkcə texniki göstərici deyil, eyni zamanda sosial ədalətin, regional bərabərliyin və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasının bariz nümunəsidir. Bu, dövlətin vətəndaşa verdiyi dəyərin, onun rahat və təhlükəsiz həyat şəraitinin təmin olunmasının göstəricisidir.
Qazlaşdırma proqramı eyni zamanda ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır. Təbii qazdan istifadənin genişlənməsi ətraf mühitin qorunmasına, meşə ehtiyatlarının saxlanılmasına və alternativ, ekoloji təmiz enerji mənbələrinə keçidə töhfə verir.
Bu gün Azərbaycan yalnız daxili tələbatı ödəyən deyil, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır. Ölkə daxilində qazlaşma səviyyəsinin yüksək olması bu güclü enerji siyasətinin daxili sosial dayaqlarla möhkəmləndirildiyini göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşıdakı dövrdə qazlaşdırılmamış azsaylı yaşayış məntəqələrinin də mərhələli şəkildə təbii qazla təmin olunması istiqamətində işlər davam etdiriləcəkdir. Bu isə ölkədə qazlaşma səviyyəsinin tamamlama mərhələsinə çatacağını göstərir.
Beləliklə, qazlaşmanın 96 faizə yüksəlməsi müasir Azərbaycanın sosial yönümlü dövlət modelinin, güclü iqtisadiyyatın və uzaqgörən siyasi liderliyin məntiqi nəticəsidir. Bu uğur Azərbaycan vətəndaşının rifahı naminə həyata keçirilən siyasətin davamlı və əhatəli xarakter daşıdığını bir daha sübut edir.
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















