Icma.az
close
up
RU
Veysəloğlu Qrupu: Dayanıqlı İnkişafın Sosial və İqtisadi Lokomotivi

Veysəloğlu Qrupu: Dayanıqlı İnkişafın Sosial və İqtisadi Lokomotivi

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri


Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafı – geniş və çoxşaxəli prosesdir


Biznesin inkişafı üçün yaradılan münbit şərait Veysəloğlu Şirkətlər Qrupunun da dayanıqlı inkişafını təmin edir.


Şəbəkə marketləri ilə işləyən fermerlərin məhsulları israf olmur, çünki məhsulu almağa söz verən şəbəkə marketləri var



Son illər Azərbaycanın iqtisadi siyasətində əsas istiqamətlərdən biri dayanıqlı inkişaf modelinin qurulmasıdır. Bu model yalnız iqtisadi artımın deyil, eyni zamanda sosial rifahın, institusional sabitliyin və ekoloji tarazlığın təmin olunmasına yönəlib. Ölkədə aparılan sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun gücləndirilməsi və rəqəmsallaşma prosesləri bu məqsədə xidmət edir.

Dayanıqlı inkişaf – gələcək nəsillərin ehtiyaclarını təhlükəyə atmadan, indiki nəsillərin iqtisadi, sosial və ekoloji tələblərini qarşılamaq bacarığıdır. Qeyd etdiyimiz kimi Azərbaycanın iqtisadi strategiyası da bu prinsip üzərində qurulub. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı – geniş və çoxşaxəli prosesdir. Dövlət bu istiqamətdə islahatlar aparır, iqtisadiyyatın müxtəlif sahələrini stimullaşdırır və sosial rifahın artırılmasına çalışır. Neftdənkənar sahələrə keçid və rəqəmsal iqtisadiyyatın qurulması uzunmüddətli dayanıqlılığın əsasını təşkil edir.

Ənənəvi olaraq neft-qaz sektoruna əsaslanan Azərbaycan iqtisadiyyatı son illərdə şaxələndirmə siyasəti ilə qeyri-neft sahələrini – kənd təsərrüfatı, turizm, logistika, informasiya texnologiyaları, sənaye və ticarət – inkişaf etdirməyə fokuslanmışdır.

2024-cü ildə qeyri-neft sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 70%-ə yaxınlaşıb.


Vergi daxilolmalarının 78%-i qeyri-neft sahəsindən formalaşıb.

Azərbaycan iqtisadiyyatı artıq təkcə enerji sektoruna deyil, real sektora da arxalanır. Bu, fiskal sabitlik və dayanıqlı artım üçün vacibdir.

İqtisadi inkişaf üçün insan kapitalı mühüm faktordur. Dövlət bu sahədə Təhsil Strategiyası 2030, Peşə təhsili mərkəzləri, YAŞAT və ASAN Könüllüləri vasitəsilə resurslar yaradır.

2023-cü ildə peşə təhsili alan tələbələrin sayı əvvəlki ilə nisbətən 28% artmışdır.

Dövlət 2025-ci ilədək 5 rəqəmsal bacarıq mərkəzi açmağı planlaşdırır.

 Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı İnkişaf Hesabatı”na əsasən, Azərbaycan bu gün dünyanın 163 ölkəsi arasında “Davamlı İnkişaf Məqsədləri İndeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Belə bir göstəriciyə görə, respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderliyə yüksəlib. Azərbaycanın sonuncu “Dayanıqlı İnkişaf Hesabatı”nda “davamlı inkişaf məqsədləri indeksi” üzrə 50-ci yerdə qərarlaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi, eyni zamanda, beynəlxalq qiymət kimi xarakterizə olunur.



Yaşıl iqtisadiyyat və ekoloji davamlılıq

Dayanıqlı iqtisadiyyat təkcə iqtisadi artım deyil, sosial rifah və ekoloji tarazlıqla bağlıdır. Azərbaycanın yaşıl zona təşəbbüsləri regionda nümunə ola bilər.

“Azərbaycan 2030 strategiyasında “yaşıl artım”ı prioritet hədəflərdən biri kimi qəbul etmişdir. Qarabağda “yaşıl enerji zonası”, bərpa olunan enerji layihələri (Xızı və Abşeronda külək və günəş) buna misaldır.

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün qeyri-neft sektorunun gücləndirilməsi strateji hədəf olaraq müəyyən edilib. Bu kontekstdə şəbəkə marketləri təkcə pərakəndə satış sektorunun aparıcı oyunçuları kimi deyil, həm də vergi ödəyiciləri, sosial rifah təminatçıları və daxili bazarın stimullaşdırıcıları kimi mühüm rol oynayırlar. Onların fəaliyyətinin genişlənməsi dayanıqlı iqtisadi artımın əsas sütunlarından birinə çevrilib.

“İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri” məsələsi Azərbaycanda həm sosial, həm iqtisadi, həm də ticarət sektorunun tənzimlənməsi baxımından əhəmiyyətlidir.

Dövlət Vergi Xidmətinin 2024-cü ilə dair məlumatına əsasən, şəbəkə marketlərindən daxil olan vergi ödənişləri 130 milyon manatdan artıq oub. Bu, onların ölkənin ən iri qeyri-neft sektoru vergi ödəyicilərindən biri olduğunu göstərir.


Vergi gəlirlərində payı olan şəbəkə marketləri arasında Veysəloğlu Şirkətlər Qrupuna məxsus olan  "Araz", "OBA” və s. kimi iri ticarət şəbəkələri – ölkə üzrə ticarət dövriyyəsinin və qeyri-neft sahəsi üzrə vergi ödənişlərinin əhəmiyyətli hissəsini təşkil edirlər. Bu marketlər yüksək aylıq dövriyyəyə malikdirlər, əməkhaqqı fondları böyük olduğuna görə sosial sığorta və gəlir vergisi daxilolmalarını artırırlar. ƏDV (Əlavə Dəyər Vergisi) ödəyicisi olaraq dövlət büdcəsinə mühüm vəsaitlər köçürürlər.  Əmlak, torpaq və mənfəət vergisi 

baxımından da aktiv vergi ödəyiciləridir.

Veysəloğlu Şirkətlər Qrupu ötən il ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Adları açıqlanan şirkətlər arasında Veysəloğlu Şirkətlər Qrupuna aid olan biznes subyektləri "Araz Supermarketlər Şəbəkəsi", "Oba Marketlər Şəbəkəsi" və "Veysəloğlu MMC” yer alır. Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətə ödədiyi vergi məbləğinin ümumi həcmi 75,7 milyon manat təşkil edir. Ərzaq sektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə Veysəloğlu Şirkətlər Qrupu birinci yerdə qərarlaşıb. Açıqlanan rəqəmlər deməyə əsas verir ki, Veysəloğlu Şirkətlər Qrupu yerli istehlakçılara dəstək verən və əhəmiyyətli sayda iş yerləri yaradan şirkət olmaqla yanaşı, həm də iri vergi ödəyicisi qismində ölkə iqtisadiyyatına lazımi töhfəni vermiş olur.

Bu faktorlar “Veysəloğlu” Şirkətlər Qrupunun yalnız iri vergi ödəyicisi deyil, həm də ölkənin iqtisadi və sosial inkişafında mühüm rol oynayan bir qurum olduğunu göstərir. Göstəricilər şəbəkə marketlərinin fiskal dayanıqlığa töhfəsini açıq şəkildə nümayiş etdirir.


Şəbəkə marketləri iqtisadi sabitliyin dayaq nöqtəsinə çevrilir


Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov  iştrak etdiyi tədbirlərin birində bildirib ki, ölkədə iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramların icra olunması ilə investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Aydın Talıbov qeyd edib ki, biznesin inkişafı üçün yaradılan münbit şərait Veysəloğlu Şirkətlər Qrupunun da dayanıqlı inkişafını təmin edir. O qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində şəbəkə marketlərinin iqtisadiyyatın inkişafında və tənzimlənməsində mühüm rol oynadığına diqqət çəkib. O  ölkəmizdə də şəbəkə marketlərinin bu istiqamətdə verdiyi töhfələrdən bəhs edib: “Azərbaycanda şəbəkə marketləri yaranmazdan əvvəl əhali qida təhlükəsizliyi, xidmətin keyfiyyəti ilə bağlı suallarını hara ünvanlayacağını bilmirdi. İndi isə şəbəkə marketlərinin sayəsində müştərilər öz tələb və istəklərinin ünvanını dəqiq bilirlər. Şəbəkə marketlərinin öhdəsinə götürdüyü bu funksiya ölkədə müasir ticarətin və xidmət keyfiyyətinin artmasına gətirib çıxarır”.

Qrup təsisçisi  şəbəkə marketlərinin yerli istehsalı dəstəkləməsi mövzusuna da toxunub: “Məhsul istehsalını düzgün planlaşdıra bilmədiyi üçün satışda çətinlik yaşayan və iflasa yaxın vəziyyətdə olan şirkətlər şəbəkə marketlərlə əməkdaşlıq sayəsində dayanıqlılığa nail ola biliblər. Şəbəkə marketləri fermerlərlə birbaşa işləməyə başlayandan, onlar da işlərini düzgün planlaşdırmağa başladılar. Şəbəkə marketləri ilə işləyən fermerlərin məhsulları israf olmur, çünki məhsulu almağa söz verən şəbəkə marketləri var. Onlar keyfiyyətsiz məhsul istehsal edə bilmir, çünki şəbəkə marketləri onlardan standartlar tələb edir. Şəbəkə marketləri fermerlərin inkişafında da maraqlı olduğu üçün onlara müxtəlif yollarla dəstək göstərir”.

Şirkətlərin ətraf mühit mövzularında həssas olmasının vacibliyini bildirən Aydın Talıbov bilidirb ki,  batereya tullantıları təbiətə külli miqdarda ziyan vurur: “Biz  yeni və çoxtemperaturlu yük avtomobillərinin alınması üçün 8 milyon manat investisiya yatırmışıq, beləliklə, az avtomobil ilə daha çox iş görməyə çalışırıq ki, avtomobillərimizdən təbiətə daha az zəhərli qaz ötürülsün. Lakin bunlar kifayət deyil. Hesab edirəm ki, tükənən resurslardan, xüsusi ilə sudan istifadəni azaltmaq üçün həm şirkətimizdə, həm də ölkəmizdə təbliğat işlərini gücləndirməliyik. Su israfı mövzusunda insanlarımız təəssüf ki, çox israfçılığa yol verir”.


Veysəloğlu Şirkətlər Qrupu “Dayanıqlı İnkişaf” siyasətini yeniləyib

Qeyd edək ki,  Veysəloğlu Şirkətlər Qrupu dayanıqlı inkişaf sahəsində geniş və sistemli fəaliyyətlər həyata keçirir. Bu fəaliyyətlər iqtisadi, sosial və ekoloji sahələri əhatə edir və şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsasını təşkil edir.

Veysəloğlu Şirkətlər Qrupu, cari ildən dayanıqlı inkişaf sahəsində fəaliyyətlərini daha əhatəli və ictimaiyyətə əlçatan etmək üçün "Dayanıqlı İnkişaf üzrə Hesabatlılıq" siyasətini yeniləyib. Bu siyasət, Qrupun iqtisadi, sosial və ekoloji sahələrdə həyata keçirdiyi korporativ sosial məsuliyyət (KSM) fəaliyyətlərinin strukturlaşdırılmış və sistemli şəkildə təqdimatını təmin edir. Şirkət, yenilənmiş siyasət çərçivəsində, növbəti ildən etibarən "Dayanıqlı İnkişaf üzrə Hesabatı"nı ictimaiyyətə rəsmi veb saytı vasitəsilə təqdim edəcəyini elan edir.

Bu, maraqlı tərəflərə dayanıqlı inkişaf sahəsində həyata keçirilən tədbirlər və onların nəticələri haqqında məlumatları daha əlçatan edəcək. Şirkətlər Qrupu, həmçinin korporativ sosial məsuliyyət layihələrində əməkdaşlar, müştərilər, tərəfdaş qurumlar və şəxslərin iştirakını təşviq etməklə onların sosial məsuliyyət mövzularında fərqindəliyini artırmağı hədəfləyir. Bu təşəbbüs, birgə icra olunan layihələrin əhatəsini genişləndirmək və tərəfdaşlarla birlikdə cəmiyyətin dayanıqlı inkişaf prinsiplərinə uyğunlaşmasına töhfə vermək məqsədini daşıyır. 

Veysəloğlu Şirkətlər Qrupu dayanıqlı inkişaf sahəsindəki bu təşəbbüsləri ilə Azərbaycanın iqtisadi, sosial və ekoloji inkişafına mühüm töhfələr verir. Şirkətin bu istiqamətdəki fəaliyyəti, həm yerli, həm də beynəlxalq səviyyədə nümunəvi bir model kimi qiymətləndirilə bilər.


Dayanıqlı inkişaf üçün sosial sahibkarlığın rolu


Sosial sahibkarlıq üzrə mütəxəssis Tural Abbasov Sherg.az-a deyib ki, şəbəkə marketləri yerli brendlərə rəfdə yer ayırmaqla onları böyüməyə təşviq edir. Bu, kənd təsərrüfatından tutmuş yüngül sənayeyə qədər istehsal sahələrinə müsbət təsir göstərir:

 "Azərbaycanda dayanıqlı iqtisadi inkişaf yalnız makroiqtisadi sabitliklə deyil, həm də cəmiyyətin ən geniş təbəqələrinin iqtisadi imkanlara çıxışı ilə ölçülməlidir. Bu baxımdan, sosial sahibkarlıq və alternativ məşğulluq modelləri – xüsusilə şəbəkə marketinqi – daha çox diqqət tələb edir.

Şəbəkə marketinqi – doğru tətbiq olunduğu halda – sosial sahibkarlığın bir forması kimi çıxış edə bilər. Burada əsas məqam, fərdlərin yalnız gəlir qazanmaq deyil, eyni zamanda məhsul və xidmətlər üzərindən real dəyər yaratmalarıdır. Bu model, xüsusilə də gənclər, qadınlar və regionlarda yaşayan insanlar üçün aşağı riskli sahibkarlıq imkanı təqdim edir.

Lakin bu potensialın reallaşması üçün üç əsas şərt var:

Etik yanaşma və şəffaflıq – məhsulun və ya xidmətin real bazar dəyəri olmalıdır, sistem insanları aldatmağa deyil, dəyər paylaşımına söykənməlidir.

Maarifləndirmə – iştirakçılar sistemin necə işlədiyini tam başa düşməli, hüquq və öhdəliklərini bilməlidirlər.

Tənzimləmə – dövlət bu sahədə standartlar müəyyən etməli və piramida sxemləri ilə şəbəkə marketinqini aydın şəkildə ayırd etməlidir.

Qısası, əgər şəbəkə marketinqi etik çərçivədə inkişaf edərsə, bu model inklüziv və dayanıqlı iqtisadiyyatın formalaşmasında mühüm alətə çevrilə bilər. Sosial sahibkarlığın prinsipləri ilə üst-üstə düşdüyü nöqtədə isə, bu fəaliyyət forması yalnız fərdi deyil, ictimai fayda da yarada bilər." 

Ekspertin sözlərnə görə, şəbəkə marketinqi mahiyyət etibarilə aşağı başlanğıc kapitalı ilə sahibkarlığı təşviq edən, fərdi təşəbbüsləri gücləndirən və istənilən demoqrafik qrupdan insanların iqtisadi aktivliyini stimullaşdıra bilən bir modeldir. Bu, xüsusilə də işsizlik və qeyri-formal məşğulluğun yüksək olduğu regionlarda alternativ gəlir mənbəyi kimi dəyərləndirilə bilər: “Lakin qeyd etmək vacibdir ki, bu modelin dayanıqlı iqtisadi inkişafa real töhfəsi onun etik tətbiqindən, transparensiyasından və istehlakçı mərkəzli yanaşmasından asılıdır. Təəssüf ki, bir çox hallarda bu sahədə piramida sxemlərinə bənzər sui-istifadə hallarına rast gəlinir ki, bu da bütövlükdə sektorun reputasiyasına zərər vurur. Əgər düzgün tənzimlənərsə və maarifləndirmə ilə müşayiət olunarsa, şəbəkə marketinqi az sərmayə ilə öz biznesini qurmaq istəyənlər üçün sosial-iqtisadi yüksəliş platformasına çevrilə bilər. Amma bu, dövlət qurumlarının, QHT-lərin və akademik dairələrin ortaq nəzarəti və dəstəyi ilə mümkündür."

Məqalə Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:16
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pezeşkianın oxuduğu şeirdəki gizlinlər: nə demək istədi?

29 Aprel 2025 20:04see180

iPhone 17e gəlir: Apple nə planlaşdırır?

29 Aprel 2025 20:46see162

Bəzi dövlət qurumları maşınlarını satışa çıxardı 1200 manatdan... SİYAHI

29 Aprel 2025 20:07see144

Dövməsini bəyənməyib atəş açdı

29 Aprel 2025 19:58see137

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see137

ABŞ Azərbaycanda polad və ferroərintilər istehsalını araşdırır

29 Aprel 2025 19:30see133

Siqaret çəkənlərə xəbərdarlıq!

30 Aprel 2025 02:04see133

Gənc ailələrin sosial iqtisadi çağırışları: Azərbaycan və dünya təcrübəsi ARAŞDIRMA

29 Aprel 2025 19:17see132

Kreml Berlini ittiham etdi: “Ukraynalıların qanı əllərinizdədir!”

29 Aprel 2025 19:19see127

İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

29 Aprel 2025 19:17see126

Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər

29 Aprel 2025 19:12see125

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

30 Aprel 2025 15:03see125

Atletiko nun futbolçusu karyerasını La Liqanın digər klubunda davam etdirə bilər

29 Aprel 2025 19:59see123

PSJ yarımfinalın ilk oyununda Arsenal ı məğlub etdi

30 Aprel 2025 01:07see122

İsveçdə silahlı hücum: 3 ölü

29 Aprel 2025 22:03see122

Onlar böyük həvəslə bu idmanla məşğul olmağa başlayıblar Elman Nəsirov

30 Aprel 2025 15:03see121

Rəsmi Moskva: Kiyevlə müvəqqəti atəşkəsə deyil, şərt olmadan danışıqlara hazırıq

30 Aprel 2025 00:09see120

Fərid Qayıbov Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirdi FOTOLAR

30 Aprel 2025 23:40see119

Beyonsenin konsertində VIP qonaqlar arasında dava düşdü

30 Aprel 2025 15:05see115

Tramp zarafat etdi: “Yeni Roma Papası özüm olardım”

30 Aprel 2025 01:14see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri