Sosial şəbəkədə yeni qadağanı pozanın cəzası...
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib. Söhbət burada "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanununda edilən dəyişiklikdən gedir.
Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Yəni bunun izahı verilir ki, əxlaqsız ifadələrin səslənməsinə, belə məzmun yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağandır. Bu da İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə məsuliyyət yaradır.
Dəyişiklik edilmiş qanunda da qadağan edilən məlumatın internetdə yerləşdirilməsinə görə cərimə var. Yəni belə bir məlumatın yerləşdirilməsinə görə vətəndaş 500 manatdan 1000 manatadək cərimə edilə bilər.
Bu dəyişiklik söz azadlığının məhdudlaşdırılması deməkdir? Xeyr.
Tutaq ki, kimsə Azərbaycan xalqına və ya bir bölgəyə və yaxud peşəyə aid hər hansısa qeyri-etik söz deyir, söyüş söyürsə, bəli, bu, qanun pozuntusudur. Ancaq kimsə sosial şəbəkədə, məsələn, “Azərbaycan xalqı qorxaqdır” desə, yenə də prinspcə təhqirə yaxın olsa da, qanun pozuntusu deyil. Burada vətəndaş söz azadlığından istifadə edir. Yəni bu qanunda əxlaqsızlıqdan söhbət getməlidir. Əxlaqsız hərəkət yoxdursa, məsuliyyət də yoxdur”, - hüquqşünas bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 17 Yanvar 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















