Icma.az
close
up
RU
Sosial şəbəkələr hüquqi tənzimlənməyə ehtiyac duyur AYDINLIQ GƏTİRİLDİ

Sosial şəbəkələr hüquqi tənzimlənməyə ehtiyac duyur AYDINLIQ GƏTİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

" İnternet hazırda ən sürətli yayım vasitəsidir. İnternet üzərindən əlaqə qurulması, xüsusilə sosial şəbəkələr vasitəsilə məlumatlandırma və interaktivlik imkanı olduqca güclü və sürətlidir. Buna görə də sosial şəbəkələr toplum həyatının vacib və ayrılmaz elementinə çevrilmiş, oradakı davranışın hüquqi tənzimlənməsi aktuallaşmışdır. Günümüzdə sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın məsuliyyət yaratdığı geniş müzakirə olunur. Bu hallar qanunla da tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, beynəlxalq praktika da bu məsələyə xüsusi yanaşmanı tələb edir: "Türkiyə Cümhuriyyətinin Cinayət Məcəlləsinin 125-ci maddəsində əməl səsli, yazılı və ya görüntülü vasitələrlə törədildikdə təhqir cinayəti tərkibi yaradır. Rusiya Federasiyasında isə 2011-ci ildən vətəndaşı təhqir etmək cinayət məsuliyyətindən çıxarılaraq inzibati xəta hesab olunur, lakin vəzifəli şəxslərin, din xadimlərinin və hərbi qulluqçuların təhqiri cinayət məsuliyyəti doğurur. Avropa Məhkəməsinin qərarlarında ifadə azadlığına məhdudiyyət yalnız ciddi ictimai tələbat olduqda əsaslı hesab edilir və bu zaman başqalarının nüfuz və hüquqlarının qorunması prioritet götürülür. Eyni zamanda, ictimai xadimlərə yönəlmiş tənqidin hüdudları fərdi şəxslərlə müqayisədə daha geniş qəbul olunur.

Azərbaycan qanunvericiliyi də bu prinsiplərə uyğun tənzimlənmişdir. Konstitusiyada hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit olunub. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən, həqiqətə uyğun olmayan və şərəf-ləyaqəti ləkələyən məlumatlar məhkəmə qaydasında təkzib edilə, zərərçəkmiş şəxs isə təzminat tələb edə bilər. Şərəf, şəxsə cəmiyyət tərəfindən verilən ictimai qiymət kimi; ləyaqət, şəxsin öz mənəvi keyfiyyətlərinə verdiyi dəyər kimi; nüfuz isə başqalarının həmin şəxsə verdiyi qiymət kimi dəyərləndirilir. Təhqir şəxsiyyətin nalayiq formada alçaldılması, böhtan isə yalan olduğunu bilə-bilə yayılan nüfuzdan salan məlumatlardır.

Bu cür əməllər kütləvi çıxışlarda, mətbuatda və ya internetdə nümayiş etdirildikdə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən məsuliyyət yaradır. CM-nin 148-1-ci maddəsinə görə, internetdə saxta istifadəçi adları və profillər vasitəsilə böhtan və ya təhqir cinayət əməli hesab olunur. Təhqiredici sözlərin doğru və ya yalan olması fərq etmir, əsas odur ki, bu hərəkət şərəf və ləyaqəti alçaldır. Əməl təhqir edilən anda başa çatmış sayılır.

Hazırda sosial mediada əsas problemlərdən biri saxta hesablarla bağlıdır. İstifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, ad-soyad və ya digər məlumatları yanlış olan, məlumatları gizlədən və ya başqasına məxsus məlumatlarla razılıq olmadan açılan profillər saxta hesab sayılır. İctimai iaşə obyektləri, tarixi şəxsiyyətlər və ərazi adları ilə açılan səhifələr isə hazırkı qanunvericilikdə tam dəqiq tənzimlənməyib. Bu hallarda istintaq belə hesabları saxta kimi qiymətləndirə bilər və qanunun şərhinə ehtiyac yarana bilər.

Cinayət Prosessual Məcəlləsinə əsasən, saxta hesabın sahibinin yerini müəyyən etmək üçün istintaq hərəkətləri məhkəmə qərarı ilə məcburi aparılır. İP ünvanı və digər məlumatlar əldə edildikdən sonra mütəxəssislərin köməyi ilə həmin şəxsin kimliyi müəyyən edilir.

Ölkə hüdudlarından kənarda yerləşən şəxslərin də məsuliyyətdən kənarda qalması mümkün deyil. CM-də göstərildiyi kimi, Azərbaycan vətəndaşı xaricdə törətdiyi və həm Azərbaycan, həm də həmin dövlətin qanunvericiliyinə görə cinayət hesab edilən əmələ görə Azərbaycanda məsuliyyətə cəlb edilə bilər. Eyni zamanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də ölkəmizin maraqlarına və vətəndaşlarına qarşı cinayət törətdikdə qanunvericiliyimizlə məsuliyyət daşıyırlar. CM-nin 147 və 148-ci maddələri üzrə zərərçəkmiş məhkəməyə müraciət edə bilər, 148-1-ci maddə üzrə isə işlər prokurorluq tərəfindən istintaq edilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Avqust 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri